Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Rəsmi xronika


Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev sentyabrın 3-də MOK-un inzibati binasında yeniyetmələrin IX Avropa Olimpiya festivalının qalibləri və onların məşqçiləri ilə görüşmüşdür.
Dövlətimizin başçısı İlham Əliyev görüşü açaraq demişdir ki, IX Avropa Olimpiya festivalında bizim milli komandamız 6-cı yeri tutmuşdur. Nəzərə alsaq ki, bu yarışda 50-yə yaxın ölkənin komandaları iştirak edib, 6-cı yeri tutmaq, sözün əsl mənasında, çox böyük nəticədir. Bu festivalda bizim idmançılarımız yeddi qızıl medal qazanmışlar. Bu da çox böyük göstəricidir.
Dövlətimizin başçısı gənc idmançılarımızın beynəlxalq yarışlarda, Olimpiya oyunlarında da yüksək nəticə göstərəcəklərinə ümidvar olduğunu söylədi.
***

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev sentyabrın 3-də MOK-un inzibati binasında son vaxtlar beynəlxalq yarışlarda uğurlar qazanmış güləş və taekvondo üzrə milli komandaların üzvləri və məşqçiləri ilə görüşmüşdür.
Dövlətimizin başçısı demişdir ki, Azərbaycanda idman çox sürətlə inkişaf edir. Gənc nəsil və təcrübəli idmançılar bizi həm sevindirirlər, həm də Azərbaycanın idman bayrağını həmişə yüksəkdə saxlayırlar. Azərbaycan son iki Olimpiya oyunlarında çox yaxşı iştirak etmişdir. İdmançılarımız Sidneydə 3, Afinada isə 5 medal qazanmışlar. Biz ümid edirik ki, Pekin Olimpiya oyunlarında da nəticələr yaxşı olacaq. Bu, idmançılardan, məşqçilərdən, federasiyaların rəhbərliyindən, klubların və bütün idman ictimaiyyətinin fəaliyyətindən asılıdır.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Prezident sarayında Litvanın «Verslo zinios»//«Business news» qəzetinin və «Verslo klase»//«Business class» jurnalının müxbirləri Ritas Staselisə və V.İvanovasa müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan-Litva ikitərəfli münasibətləri, qlobal enerji layihələrində Azərbaycanın rolu, regional əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı suallara cavab vermişdir.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Prezident sarayında Cənubi Koreyanın «GS E&S» şirkətinin nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunacaq yeni dəniz limanı ilə bağlı məsələlərin müzakirə olunduğu görüşü açaraq dedi ki, artıq xeyli vaxtdır bu layihə müzakirə olunur. Biz şəhərin mərkəzindəki dəniz limanını oradan köçürməyi planlaşdırırıq. O, yeni, daha geniş sahəyə köçürüləcəkdir. Mən çox şadam ki, «GS E&S» şirkəti bu cür gözəl layihə hazırlamışdır. Ümid edirəm ki, layihənin həyata keçirilməsi çox qısa müddətdə başa çatdırılacaqdır.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Prezident sarayında Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Prezident sarayında MDB-nin İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylonu qəbul etmişdir.
Dövlətimizin başçısı MDB Daxili İşlər Nazirləri Şurasının iclasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edərək, bu tədbirin MDB-nin üzvü olan ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyini bildirdi.
Qeyd edək ki, həmin gün Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını da qəbul etmişdir.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Prezident sarayında məşhur soydaşımız, görkəmli alim və ictimai xadim, İranda nəşr olunan «Varlıq» jurnalının baş redaktoru, Fransa Beynəlxalq Cərrahlar Akademiyasının üzvü, Bakı Dövlət Universitetinin və Azərbaycan Tibb Universitetinin fəxri doktoru Cavad Heyəti qəbul etmişdir.
Prezident İlham Əliyev doktor Cavad Heyətin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdi və ona möhkəm cansağlığı, gələcək işlərində uğurlar dilədi.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb