AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA VƏ SƏRƏNCAMINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA VƏ SƏRƏNCAMINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
ÄžAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna dəyişikliklər və əlavələr edilməsi haqqındaÄŸ Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyun tarixli 767 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. ÄžAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqındaÄŸ Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹9, maddə 187; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹12, maddə 1028) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.1. ÄžGömrük Qaydalarının Pozulması və Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinin rəisiÄŸ sözləri ÄžGömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisiÄŸ sözləri ilə əvəz edilsin;
1.2. ÄžNaxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədriÄŸ sözləri ÄžNaxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədriÄŸ sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹12, maddə 1001) ilə təsdiq edilmiş ÄžAzərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin SiyahısıÄŸnda ÄžNaxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədriÄŸ sözləri ÄžNaxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədriÄŸ sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 noyabr tarixli 475 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹11, maddə 937) ilə təsdiq edilmiş ÄžXidməti silah saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin SiyahısıÄŸnda aşağıdakı dəyişikliklər edilsin:
3.1. ÄžQaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsininÄŸ sözləri ÄžGömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsininÄŸ sözləri ilə əvəz edilsin;
3.2. ÄžNaxçıvan Gömrük KomitəsininÄŸ sözləri ÄžNaxçıvan Muxtar Respublikası Dövlət Gömrük KomitəsininÄŸ sözləri ilə əvəz edilsin;
3.3. Siyahının Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinə aid hissəsində Äžqaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbəsininÄŸ sözləri Äžgömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsininÄŸ sözləri ilə əvəz edilsin;
3.4. Siyahının Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük idarələrinin vəzifəli şəxslərinə aid hissəsində Äžqaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbələrininÄŸ sözləri Äžgömrük hüquqpozmalarına qarşı mübarizə şöbələrininÄŸ sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹9, maddə 872; 2008-ci il, ¹3, maddələr 169, 186, ¹5, maddə 364, ¹ 6, maddələr 483, 504) ilə təsdiq edilmiş Äžİnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin SiyahısıÄŸnın 4.1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
4.1. ÄžQaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsininÄŸ sözləri ÄžGömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsininÄŸ sözləri ilə əvəz edilsin;
4.2. ÄžNaxçıvan Muxtar Respublikasının Gömrük KomitəsininÄŸ sözləri ÄžNaxçıvan Muxtar Respublikasının Dövlət Gömrük KomitəsininÄŸ sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 dekabr 2008-ci il
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.