Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Prezident sarayında Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Varel Frimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə tərəfdaşlığın səviyyəsindən məmnunluğunu ifadə etdi.
***
Prezident İlham Əliyev noyabrın 1-də Bakı şəhərinin Əziz Əliyev və İstiqlaliyyət küçələrində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlətimizin başçısı həmin küçələrdəki memarlıq abidələrinin qorunub saxlanılması, bərpası, bağların abadlaşdırılması və mövcud yaşıllıqların qorunması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.
***
Ölkəmizdə səfərdə olan Qətər Əmirinin xanımı, Qətər Elm və Mədəniyyət Fondunun prezidenti Şeyxa Moza bint Nasir əl-Misnəd noyabrın 1-də Heydər Əliyev Fondunda olmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Qətər Əmirinin xanımını xüsusi qonaqpərvərliklə, səmimiyyətlə qarşıladı. Azərbaycanın və Qətərin birinci xanımları əvvəlcə Fondun fəaliyyətinə həsr olunmuş sənədli filmə baxdılar. Sonra hörmətli qonaq Fondun muzeyi ilə tanış oldu. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Qətərin birinci xanımı Şeyxa Moza bint Nasir əl-Misnəd ilə görüşü oldu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Prezident sarayında İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul etmişdir. Dövlətimizin başçısı İSESKO ilə əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Prezident sarayında Portuqaliyanın sabiq prezidenti, BMT baş katibinin Sivilizasiyaların İttifaqında yüksək nümayəndəsi Jorj de Sampayonu qəbul etmişdir. Dövlətimizin başçısı тАЬGənclər sivilizasiyaların alyansı naminəтАЭ beynəlxalq konfransın Bakı şəhərində keçirilməsinin əhəmiyyətini vurğuladı və BMT baş katibinin nümayəndəsinin bu tədbirdə iştirakını yüksək qiymətləndirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Prezident sarayında Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Prezident İlham Əliyev Tadahiro Abenin səfir kimi fəaliyyəti dövründə Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verdiyini bildirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Prezident sarayında İslam Konfransı Gənclər Forumunun nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Bakıda тАЬGənclər sivilizasiyaların alyansı naminəтАЭ beynəlxalq konfransın uğurla keçməsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev konfransın əhatə etdiyi mövzunun və edilən çıxışların əhəmiyyətinə toxundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Prezident sarayında İsveçrə Konfederasiyası Milli Şurasının sədri Kristin Egerszegi-Obristi qəbul etmişdir. Dövlətimizin başçısı bu il Davosa səfəri zamanı İsveçrənin Prezidenti ilə görüşdüyünü və görüş zamanı səmərəli müzakirələr apardıqlarını qeyd etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Prezident sarayında Lixtenşteynin ətraf mühit, kənd və meşə təsərrüfatı naziri Hüqo Kvadereri qəbul etmişdir. Lixtenşteynin nümayəndə heyətinin Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında səmərəli əməkdaşlığa təkan verəcəyinə ümidvar olduğunu vurğuladı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Şəhidlər xiyabanının yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Dövlətimizin başçısı Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən oğullarının uyuduğu xiyabanda aparılmış yenidənqurma və abadlıq işlərinin keyfiyyəti ilə yaxından tanış oldu.
Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin ölməz ruhunun və xalqımızın qəhrəmanlıq mübarizəsinin rəmzi olan тАЬƏbədi məşəlтАЭ abidəsinə də baxdı. Dövlətimizin başçısı məşəli alovlandırdı.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.