Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Prezident sarayında Cənubi Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini Li Çje Hunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Prezidenti iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri zamanı ikitərəfli əlaqələrimizin genişləndirilməsinə dair səmərəli fikir mübadiləsinin aparıldığını və bu səfərlərin nəticəsi olaraq hazırda Azərbaycan ilə Cənubi Koreya arasında əməkdaşlığın çox fəal mərhələsinə başlandığını bildirdi.
Li Çje Hun Cənubi Koreya Prezidenti Ro Mu Hyunun salamlarını Prezident İlham Əliyevə çatdıraraq dedi: тАЬCənubi Koreya Prezidenti Sizin Azərbaycana çox uğurlu rəhbərliyiniz sayəsində yüksək iqtisadi artımın əldə olunması ilə bağlı öz ehtiramını ifadə edirтАЭ.
Sonda Li Çje Hun Cənubi Koreya Prezidenti Ro Mu Hyunun məktubunu dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Cənubi Koreya Prezidenti Ro Mu Hyunun salamlarına və məktubuna görə minnətdarlığını bildirdi və onun da salamlarını Cənubi Koreyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
***
Avqustun 29-da Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunun ərazisində, Murtuza Muxtarov və Məhəmməd Naxçıvani küçələrinin kəsişməsində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının uçması ilə əlaqədar hadisə yerinə gəlmişdir.
Dövlətimizin başçısı qəza yerində xilasetmə işlərinin gedişi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, yaşayış üçün nəzərdə tutulmuş çoxmərtəbəli binanın uçması nəticəsində tikintidə çalışanlar arasında ölən və yaralananlar var. Uçmuş binanın yaxınlığında vətəndaşlara məxsus nəqliyyat vasitələrinə də ziyan dəymişdir. Hadisə baş verdikdən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin, Bakı Şəhər Prokurorluğunun və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilmiş, zəruri texniki vasitələrdən istifadə edilməklə dağıntılar altında qalması ehtimal olunan şəxslərin xilas edilməsi ilə bağlı tədbirlər görülməyə başlanmışdır.
Dövlətimizin başçısı xilasetmə işlərinin sürətləndirilməsi, qəzanın səbəblərinin araşdırılması, habelə həlak olanların ailələrinə və yaralılara lazımi kömək göstərilməsi barədə tapşırıqlar vermişdir.
***
Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına Sarayda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı sarayda əsaslı təmir və yenidənqurma işlərinin ən yüksək tələblər səviyyəsində və keyfiyyətlə görülməsi barədə tapşırıq və tövsiyələrini verdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Prezident sarayında Rusiya Federasiyası hökuməti Aparatının rəhbəri - hökumət sədrinin müavini Sergey Narışkini qəbul etmişdir.
Dövlətimizin başçısı Rusiya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini, Rusiya Federasiyası hökuməti sədrinin müavininin ölkəmizə ilk səfərinin də əməkdaşlığın gələcək inkişafına xidmət edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev iqtisadi sahədə daha sıx inteqrasiyaya nail olunması üçün hökumətlərarası komissiyanın fəal işləyəcəyinə ümidvar olduğunu söylədi.
Prezident İlham Əliyev dedi: тАЬİndi biz əmtəə dövriyyəsinin səviyyəsinə görə çox yüksək həddəyik. Son illərin dinamikası da çox müsbətdir, müştərək layihələrə böyük maraq göstərilir. Bütün bunlar məhz bizim münasibətlərimizin çox möhkəm siyasi bazasına əsaslanır.
Bakıya ilk dəfə səfər etməsindən və Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu bildirən Rusiya Federasiyası hökuməti sədrinin müavini Sergey Narışkin Azərbaycan xalqının ümummilli liderinin məzarını ziyarət etdiyini bildirərək dedi ki, Heydər Əliyevin əziz xatirəsi Rusiyada daim ehtiramla yad olunur. O, hökumətlərarası komissiyanın Rusiya tərəfindən yeni təyin olunmuş həmsədri kimi Rusiya-Azərbaycan münasibətlərinə töhfə verəcəyini söylədi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Prezident sarayında Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti cənab Çinq-Kuo Vunu qəbul etmişdir.
Dövlətimizin başçısı cənab Çinq-Kuo Vunu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti seçilməsi münasibətilə təbrik etdi, gələcək fəaliyyətində ona uğurlar arzuladı. Azərbaycan Prezidenti İlham Əliyev respublikamızda idmana böyük diqqət göstərildiyini qeyd edərək, digər idmançılarla yanaşı, boksçularımızın da beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etdiyini vurğuladı. O, Avropa, dünya çempionatlarının və bir sıra nüfuzlu beynəlxalq yarışların ölkəmizdə uğurla keçirildiyini bildirdi.
Cənab Çinq-Kuo Vu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti seçilməsi münasibətilə Azərbaycan Prezidentinin təbriklərinə görə minnətdarlığını bildirdi. O, ölkəmizdə dövlət tərəfindən idmana, o cümlədən boksun inkişafına göstərilən yüksək diqqətin şahidi olduğunu söylədi və rəhbərlik etdiyi assosiasiyanın Azərbaycanla uğurlu əməkdaşlıq etdiyini vurğuladı.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.