Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Bakı-Tbilisi-Ceyhan Heydər Əliyev qətiyyətinin təntənəsidir



«Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə etməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha da inamla inteqrasiya edəcəkdir».

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Uzun illərdən bəri istismara verilməsi intizar və həyəcanla gözlənilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri iyulun 13-də keçirilən açılış mərasimindən sonra həyata rəsmən vəsiqə aldı. Beləliklə, bu böyük enerji layihəsinin reallaşdırılması nəticəsində ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə həyata keçirilən yeni neft strategiyası özünün ən uca zirvəsinə çatdı. Bütün dünyada «Əsrin layihəsi» kimi dəyərləndirilən və üç ölkəni birləşdirən BTC-nin əfsanədən reallığa çevrilməsi Heydər Əliyev qətiyyətinin təntənəsini, eləcə də Azərbaycanın dünyanın və regionun söz sahibi olan ölkələrindən birinə çevrildiyini bariz şəkildə ortaya qoydu.
Qeyd etmək lazımdır ki, Xəzər regionunda neft istehsalı sənayesinin inkişafında dünyada neft ölkəsi kimi tanınan Azərbaycan həmişə aparıcı rol oynamışdır. «Əsrin müqaviləsi» ilə Azərbaycan tarixdə ilk dəfə olaraq, Xəzər dənizinin özünə məxsus olan sektoruna xarici investorları dəvət etdi. Bundan əvvəl Xəzər dənizində xarici şirkətlər heç vaxt fəaliyyət göstərməmişdi. Dünyada ilk dəfə sənaye üsulu ilə neft Azərbaycanda çıxarılmış, dünyada dəniz yataqlarında ilk dəfə neft də Azərbaycanda, Xəzər dənizində hasil edilmişdir.
Heydər Əliyevin yeni neft strategiyasının əsasında 1994-cü ildə başlanmış layihələr Azərbaycanın neft şöhrətini yenidən özünə qaytardı. O vaxt Azərbaycan çox çətin, ağır durumda idi. Müstəqilliyini yenicə əldə etmiş ölkə iqtisadi böhran içərisində yaşayırdı, siyasi vəziyyət o qədər də ürəkaçan deyildi. Ölkədə sabitlik hələ tam bərqərar olmamışdı. Azərbaycan çox riskli bir ölkə kimi tanınırdı və belə bir şəraitdə xarici sərmayəni Azərbaycana cəlb etmək çətin məsələ idi. Bu çox böyük siyasi iradə, müdriklik, uzaqgörənlik tələb edirdi. Nəzərə alsaq ki, həm ölkə daxilində, həm də bölgələrdə və bütövlükdə, müəyyən mənada dünyada Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinə inam o qədər böyük deyildi, bu işin həyata keçirilməsi böyük çətinliklərlə müşayiət olunurdu. İnanmayanlar, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının qarşısının alınmasına çalışanlar, problem və maneələr yaradanlar var idi. Yalnız Heydər Əliyevin siyasi iradəsi, çoxlarının nağıl hesab etdiyi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi Gürcüstan və Türkiyə ərazisindən keçməklə reallaşdı və bölgədə enerji təhlükəsizliyinin əsası qoyuldu.
Ümumiyyətlə, beynəlxalq ictimaiyyətin BTC-yə belə böyük maraq göstərməsi heç də təsadüfi deyil. Belə ki, 2030-cu ilədək dünyada enerjiyə olan tələbatın 60 faizədək artması gözlənilir. Bunu nəzərə alsaq, Xəzərin zəngin neft ehtiyatlarını dünya bazarlarına fasiləsiz və təhlükəsiz şəkildə çatdıracaq BTC-nin bölgə və qlobal baxımdan əhəmiyyəti daha da yaxşı anlaşılır.
Bu gün Azərbaycanda icra olunan layihələr dünyanın ən böyük enerji layihələridir. Dünyanın gələcəyi isə həm də enerji təhlükəsizliyi deməkdir. Artıq bunu hamı bilir və hamı görür ki, enerji təhlükəsizliyi ölkənin ümumi təhlükəsizliyinə çox böyük töhfə verir. Enerji müstəqilliyi ölkənin müstəqilliyini möhkəmləndirir. Bakı-Tbilisi-Ceyhan bizim müstəqilliyimizi möhkəmləndirəcək, enerji müstəqilliyimizi təmin edəcəkdir. Belə olan halda, xalqımızın rifah halı yaxşılaşacaq, milli maraqlarımız daha etibarlı təmin olunacaqdır. Bakı-Tbilisi-Ceyhan strateji əhəmiyyət daşıyan, ölkəmizin müqəddəratını, xoşbəxt gələcəyini təmin edən layihədir.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb