Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Prezident sarayında Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Katibliyinin тАЬÜzv olma prosesləriтАЭ üzrə qurumunun rəhbəri Arif Hüseyni qəbul etmişdir.
Görüş zamanı Azərbaycan ilə Ümumdünya Ticarət Təşkilatı arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılmışdır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Prezident sarayında Dubay Limanları, Gömrükxanaları və Azad Ticarət Zonası Korporasiyasının icraçı sədri Sultan Əhməd bin Süleyimi qəbul etmişdir.
Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərini xatırladan Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Dubayın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana gəlməsi ölkələrimizin iqtisadi əməkdaşlığının daha da genişləndirilməsində hər iki tərəfin maraqlı olduğunu göstərir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Prezident sarayında Gürcüstanın Baş naziri Zurab Noğaidelini qəbul etmişdir.
Prezident İlham Əliyev dedi ki, Gürcüstan Baş nazirinin respublikamıza səfəri hazırkı mərhələdə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaradacaqdır. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inkişaf edəcəkdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Prezident sarayında Almaniyanın ölkəmizdəki səfiri Per Stançinanı qəbul etmişdir.
Prezident İlham Əliyev Azərbaycan Almaniya əlaqələrinin inkişafının, eyni zamanda ölkəmizin Avropa Birliyi ilə də uğurlu əməkdaşlığının genişlənməsi işinə xidmət etdiyini vurğuladı. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Prezident sarayında AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri lord Rassel Constonu qəbul etmişdir.
Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və Azərbaycan-Avropa Şurası Parlament Assambleyası əməkdaşlığına dair fikir mübadiləsi aparılmışdır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Prezident sarayında Türkiyə Cümhuriyyətinin İğdır vilayətinin valisi Saim Saffet Karahisarlını qəbul etmişdir.
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə münasibətlərimizin dostluq, qardaşlıq səviyyəsində uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı İğdır vilayəti ilə əlaqələrə xüsusi önəm verildiyini bildirdi. İğdır vilayətinin iş adamları tərəfindən Naxçıvan Muxtar Respublikasına sərmayələr qoyulmasından və bu əlaqələrin ildən-ilə genişlənməsindən razılıqla bəhs edən Prezident İlham Əliyev İğdırın bələdiyyə sədri Nurəddin Aras ilə tez-tez görüşdüyünü nəzərə çatdırdı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Prezident sarayında ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesini ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə ATƏT arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Maurisio Pavesiyə təşəkkürünü bildirdi. ATƏT-in Azərbaycanın müxtəlif strukturları ilə həyata keçirdiyi layihələrin əhəmiyyətini xatırladan Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminliyini ifadə etdi.
***
Dekabrın 1-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir.
Prezident İlham Əliyev müşavirəni açaraq, qışa hazırlıqla bağlı bir müddət bundan əvvəl də müşavirə keçirdiyini xatırlatdı və dedi ki, ölkənin potensial imkanları çoxalsa da, enerjiyə tələbat da artmaqdadır. Respublikanın ayrı-ayrı rayonlarında tikilən yeni elektrik stansiyalarının bəzilərinin artıq istifadəyə verildiyini bildirən dövlətimizin başçısı görüləcək tədbirlərin enerji təhlükəsizliyi baxımından səmərə verəcəyini qeyd etdi, təbii qazla təminat baxımından da xeyli irəliləyişlərə nail olunduğunu dedi.
Enerji siyasəti ilə bağlı uzunmüddətli strategiyanın işlənib hazırlandığını deyən Prezident gündəlik tələbatla bağlı məsələlərin də həllinin vacibliyini vurğulamaqla yanaşı, bildirdi ki, regionun enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Bütöv Avropa üçün Azərbaycan yeni enerji mənbəyidir və bu, ölkəmizin strateji imkanlarını getdikcə daha da artırır.
Sonra aidiyyəti təşkilatların rəhbərləri müvafiq sahələrdə qışa hazırlığın ümumi vəziyyəti və mövcud çatışmazlıqlar barədə məlumat verdilər.
Prezident İlham Əliyev müşavirəyə yekun vurdu və dedi ki, vətəndaşlar elektrik enerjisi ilə fasiləsiz tam təmin olunmalı, xidmətin səviyyəsi müasirləşdirilməlidir.
Dövlətimizin başçısı qış mövsümünün problemsiz keçməsi üçün əlaqədar strukturların rəhbərlərinə tapşırıqlar verdi.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.