Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycanla Polşa arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir
Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-27-də Polşa Respublikasında rəsmi səfərdə olmuşdur.
тАЬOkençieтАЭ hərbi hava limanında Azərbaycan Prezidenti İlham Əliyevi Polşanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Həmin gün Polşa Respublikası Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı sarayın önündə Polşa Respublikasının Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinski böyük hörmətlə və mehribanlıqla qarşıladılar.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Polşa Prezidentinin sarayında Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinski arasında görüş oldu.
Polşa Prezidenti Lex Kaçinski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Polşa Respublikasının тАЬXidmətlərə görəтАЭ Böyük Xaç Ordenini təqdim etmişdir. Bu mükafat dövlətimizin başçısına ölkələrimiz arasında münasibətlərin inkişafındakı xidmətlərinə görə verilmişdir.
Fevralın 26-da Polşa Prezidentinin sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi, Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin əhəmiyyəti xüsusi vurğulandı, əməkdaşlığın perspektivləri, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Lex Kaçinski Birgə bəyannamə imzaladılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşündən sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi və enerji sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğu bildirildi.
Həmçinin görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu və Polşa Prezidenti Lex Kaçinski bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu bildirdi.
Fevralın 26-da geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski birgə mətbuat konfransı keçirmişlər.
Dövlət başçıları əvvəlcə jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Polşa Prezidenti Lex Kaçinski bəyanatında bildirdi ki, ölkələrimiz arasında münasibətlər olduqca sıx, strateji xarakter daşıyır. Azərbaycan Polşanın strateji müttəfiqidir. Polşa öz xarici siyasətində Azərbaycanın Avratlantik strukturlara inteqrasiya olunmasına yardım göstərməyi vacib hesab edir. Cənab Prezidentlə apardığımız bugünkü danışıqlarımız zamanı cənab İlham Əliyev bildirmişdir ki, Dağlıq Qarabağ problemi dinc yolla həll olunmalıdır. Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və biz bu mövqeyi dəstəkləyirik.
Biz müzakirələr zamanı müxtəlif mövzulara toxunduq. Eyni zamanda enerji siyasətini nəzərdən keçirdik və Prezident bildirdi ki, bir il bundan əvvəlki vəziyyətdən fərqli olaraq, bizim regionda hazırda enerji məsələsinə siyasətdən ayrı baxıla bilməz. Biz risklər və imkanları da müzakirə etdik və problemləri nəzərdən keçirdik. Enerji əməkdaşlığı sahəsində, xüsusən də Krakovdakı konfransdan başlayaraq, indiyədək əldə olunmuş irəliləyişi nəzərdən keçirdik. Biz bilirik ki, Azərbaycanın nəinki xam neft, o cümlədən çox böyük təbii qaz yataqlarında çox böyük potensialı var və bu, mövcuddur. Biz bundan başqa qarşılıqlı maraq doğuran digər sahələrdə olan əməkdaşlığımızı da müzakirə etdik.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, biz haqlı olaraq bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi qiymətləndiririk. Bizim aramızda çox güclü siyasi dialoq aparılır. Bizim iqtisadi əlaqələrimizin inkişafı üçün də çox gözəl perspektivlər var. Mən əminəm ki, bu səfər və səfərin nəticələri bu sahədə də əməkdaşlığın dərinləşməsinə gətirib çıxaracaqdır.
Polşa bütün dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olmuşdur. Siz bu mövqeyi bu gün də təkrarladınız. Bu, münaqişənin həlli üçün çox əhəmiyyətlidir. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, danışıqlar predmeti olmayıb və olmayacaqdır. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və beynəlxalq dəstək, dünyanın aparıcı ölkələrinin bu barədəki mövqeləri, əlbəttə, məsələnin həlli üçün gözəl şərait yaradır. Mən aparılan danışıqlardan çox razıyam. Onlar çox uğurlu olmuşdur. Əminəm ki, bu danışıqlar və gələcək görüşlərimiz ikitərəfli münasibətlərin inkişafı üçün çox mühüm vasitə olacaq və Polşa-Azərbaycan dostluğu davam edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Varşavanın Pilsudski meydanında naməlum əsgərin məzarını ziyarət etmişdir. Dövlətimizin başçısı İlham Əliyev Polşanın bütün tarixi ərzində öz azadlığı uğrunda apardığı müharibələr zamanı verdiyi qurbanların xatirəsini ehtiramla yad etdi, abidə önünə əklil qoydu.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Senatının binasına gəldi. Burada Azərbaycan Prezidenti İlham Əliyevin Polşa Senatının marşalı Boqdan Boruseviç ilə görüşü oldu.
Görüşdə Azərbaycanın və Polşanın parlamentləri arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, beynəlxalq məsələlərdə mövqelərimizin yaxın olduğu bildirildi. Parlamentlərarası əlaqələrin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi qeyd olundu.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Baş naziri Donald Tusk ilə görüşmüşdür.
Azərbaycan ilə Polşa arasında iqtisadi, enerji sahələrində və digər sahələrdə əlaqələrin inkişafının xüsusi vurğulandığı görüşdə qeyri-enerji sektorunda da əməkdaşlıq üçün güniş imkanların olduğu bildirildi, perspektivdə bu imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyi diqqətə çatdırıldı.
Görüşdə humanitar sahədə də geniş bazanın, Azərbaycan və Polşa xalqları arasında tarixən sıx əlaqələrin mövcudluğu, dövlətimizin başçısının bu rəsmi səfərinin əhəmiyyəti vurğulandı. Qeyd olundu ki, bu səfər xüsusilə iqtisadi əlaqələrimizin inkişafı və konkret layihələrin həyata keçirilməsi baxımından çox faydalıdır.
Fevralın 26-da Varşavada Azərbaycan və Polşa respublikaları arasında əməkdaşlığa dair iki sənəd тАУ тАЬ1997-ci il 26 avqust tarixində Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında Mülki hava daşımaları haqqında Sazişə düzəlişlər edilməsi haqqında ProtokolтАЭ və тАЬAzərbaycan Televiziya və Radio VerilişləriтАЭ Qapalı Səhmdar Cəmiyyəti ilə Polşa Televiziyası arasında əməkdaşlığa dair SazişтАЭ imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada rəsmi görüşlərini başa çatdırdıqdan sonra fevralın 27-də Polşanın Qdansk şəhərinə gəlmişdir. Lex Valensa adına hava limanında Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinski, həmçinin Pomorsk voyevodalığının rəhbəri Roman Zabarovski və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
Hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Lex Kaçinski arasında qısa görüş oldu.
Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Lex Kaçinski Qdansk neft limanına gəldilər.
Dövlət başçıları Azərbaycanın və Polşanın dövlət bayraqları asılmış limanın inzibati binasının yuxarı mərtəbəsindən ümumi mənzərəni seyr etdilər. Sonra Prezidentlərin görüşü oldu.
Dövlətimizin başçısı İlham Əliyevə məlumat verildi ki, Baltik dənizi sahilində yerləşən və Avropanın ən böyük limanlarından olan bu infrastrukturdan dünyanın bir sıra ölkələrinə neft və neft məhsulları, daş kömür, kimya sənayesi məhsulları və digər yüklər daşınır. 1975-ci ildə tikilən və 50 milyon ton yük qəbul etmək gücünə malik olan limanda neft terminalı da fəaliyyət göstərir. Bu terminal тАЬSarmatiyaтАЭ konsorsiumunun həyata keçirəcəyi Odessa-Brodı-Qdansk neft kəməri layihəsinin son məntəqəsidir.
Konsorsiumun əsas planına görə bu kəmər böyük həcmdə Azərbaycan nefti ilə doldurulacaqdır. Gələcəkdə Qazaxıstan neftinin də bu kəmərlə daşınması nəzərdə tutulur. Rəsmi Astana ötən ilin noyabrında Litvada keçirilən Enerji Sammitində bəyan etmişdir ki, onlar öz neftlərinin müxtəlif marşrutlarla daşınmasına tərəfdardırlar. Odessa-Brodı-Qdansk layihəsi də Qazaxıstanın maraq dairəsindədir.
Prezident İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski binanın qarşısında qoyulan rəmzi abidə daşının üzərindəki xatirə lövhəsinə baxdılar. Lövhənin üzərinə тАЬAzərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xəzər dənizinin enerji daşıyıcılarının Baltik dənizi regionuna çatdırılması təşəbbüsünə hörmət əlaməti olaraq qoyulmuşdurтАЭ sözləri yazılmışdır.
Polşa Prezidenti Lex Kaçinski böyük dövlət adamı Heydər Əliyevin fəaliyyətini xatırladaraq, görülən bütün işlərin, həyata keçirilən nəhəng layihələrin məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirdi və bu lövhənin onun şərəfinə qoyulduğunu dedi.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsinin Azərbaycanın strateji tərəfdaşı olan Polşada əziz tutulduğuna, xidmətlərinin yüksək qiymətləndirildiyinə və Qdansk limanındakı bu lövhəyə görə təşəkkürünü bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Prezidenti Lex Kaçinski fevralın 27-də Qdansk şəhərindəki тАЬAzadlıq yoluтАЭ muzeyi ilə tanış olmuşlar.
Prezidentlər muzeydə 1944-cü ildən 1989-cu ilədək olan dövrə aid eksponatlara baxdılar.
Sonra prezidentlər Polşanın azadlıq uğrunda mübarizə yolunu əks etdirən filmə tamaşa etdilər. Filmdə Sovet İttifaqının dağılmasına təkan verən və Avropanın keçmiş sosialist respublikalarında, eləcə də Müstəqil Dövlətlər Birliyi ölkələrində kommunist rejiminə qarşı keçirilmiş etiraz aksiyaları və kütləvi nümayişlərdən bəhs olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Qdansk şəhərinin mərkəzində ucaldılmış тАЬHəlak olmuş tərsanə işçiləriтАЭ abidəsini də ziyarət etmişdir.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri başa çatmışdır.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb