Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Rəsmi xronika


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Prezident sarayında тАЬAzərbaycanda siyasi hüquqların qorunması тАУ yeni meyarlarтАЭ mövzusunda beynəlxalq konfransın xarici ölkələrdən olan nümayəndələrini qəbul etmişdir.
Dövlətimizin başçısı Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin daha da demokratikləşməsi istiqamətində görülən işlərdən danışdı, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların hüquqlarının kütləvi şəkildə pozulduğunu vurğuladı.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Prezident sarayında Türkmənistanın müdafiə naziri Ağagəldi Mamedgəldiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Türkmənistan arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün çox yaxşı imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşlərini xatırladı, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından bu görüşlərin əhəmiyyətini vurğuladı. O, xalqlarımızın daim dostluq və əməkdaşlıq şəraitində yaşadıqlarını, müstəqilliyimizin hazırkı inkişaf mərhələsində ənənəvi qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinin zəruriliyini bildirdi.
***

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Prezident sarayında Avropa İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alan Vaddamsın etimadnaməsini qəbul etmişdir.
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirdi, yeni qonşuluq siyasətində Azərbaycanın fəal iştirak etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.
***

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Prezident sarayında Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Annaməmməd Məmmədovun etimadnaməsini qəbul etmişdir.
Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi və əməkdaşlığımızın daha da genişlənəcəyinə əminlik ifadə olundu.
***

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Prezident sarayında Tacikistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakir Vəzirovun etimadnaməsini qəbul etmişdir.
Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyev əlaqələrin daha da möhkəmlənməsi işində yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı səfirin öz fəaliyyətində bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu bildirdi.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Prezident sarayında Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyi qəbul etmişdir.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. İkitərəfli münasibətlərin daha da genişlənməsində qarşılıqlı səfərlərin mühüm əhəmiyyət daşıdığı bildirildi və indiki səfərin də əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Prezident sarayında bp şirkətinin icraçı vitse-prezidenti Endryu İnqlisi qəbul etmişdir.
Görüşdə bp ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, görülən və perspektivdə nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparıldı, işbirliyinin bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyinə əminlik ifadə olundu.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb