Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Rəsmi xronika


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Sergey Şoyqunu qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirliklərinin əməkdaşlığının genişlənməsindən məmnunluğunu vurğuladı, nazirliklər arasında müxtəlif istiqamətlərdə işlərin həyata keçirilməsinin, təcrübə mübadiləsinin aparılmasının qarşılıqlı surətdə faydalı olduğunu bildirdi və bu səfərin də bu sahədə əməkdaşlığın daha da genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də тАЬSivilizasiyaların dialoquтАЭ Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri, Avropa Şurasının keçmiş Baş katibi Valter Şvimmeri qəbul etmişdir.
Dövlətimizin başçısı ölkəmizdə bütün sahələr üzrə sürətli inkişafa nail olunduğunu, genişmiqyaslı iqtisadi layihələrin uğurla həyata keçirildiyini bildirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də İslam Konfransı Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlunu qəbul etmişdir. Dövlətimizin başçısı тАЬMədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsiтАЭ mövzusunda beynəlxalq forumun ölkəmizdə keçirilməsini YUNESKO və İSESKO kimi nüfuzlu təşkilatların Azərbaycana olan hörmətinin və bu istiqamətdə ölkəmizdə həyata keçirilən işlərə verilən qiymətin əlaməti kimi dəyərləndirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İslam İnkişaf Bankının prezidenti, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Direktorlar Şurasının sədri Əhməd Məhəmməd Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Direktorlar Şurasının növbəti iclasının Bakıda keçirilməsini beynəlxalq iqtisadi qurumlar tərəfindən Azərbaycana göstərilən böyük marağın təzahürü kimi qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sektorunda, özəl sektorda həyata keçirilən genişmiqyaslı işlərdən danışdı və ölkəmizin Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığının Azərbaycanda özəl sektorun daha da inkişaf etdirilməsi işinə xidmət etdiyini bildirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyənin inşaat və şəhərqurma naziri Faruk Nafiz Özakı qəbul etmişdir. Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əminliklə bildirdi ki, qonağın Azərbaycana bu səfəri də ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini verəcəkdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Böyük Britaniyanın York hersoqu, şahzadə Endryunu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Belçikanın dövlət naziri, Avropa Parlamentinin üzvü, sabiq Baş nazir Jan-Luk Dehaeni qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Belçika arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin Azərbaycan-Avropa Birliyi əməkdaşlığının genişlənməsi baxımından əhəmiyyətini vurğuladı, ölkəmizin Avropa ailəsinə inteqrasiyası ilə bağlı görülən işlərdən danışdı.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb