Milli Məclis Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsini təsdiq etmişdir

Xəbər verildiyi kimi, Milli Məclisin noyabrın 25-də keçirilmiş iclasında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi təsdiq olunmuşdur.
Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, gələn ilin əsas maliyyə sənədi və büdcə zərfinə daxil olan digər qanun layihələri bir neçə gün ərzində parlamentdə geniş müzakirə edilmişdir. Müzakirələrdə çıxış edən deputatlar, layihə barədə fikir və təkliflərini söyləmişlər. Bəzi makroiqtisadi göstəriciləri xatırladan O.Əsədov demişdir ki, 2003-2008-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 4,2 dəfə artaraq 7,2 milyard manatdan 30,4 milyard manata çatmışdır. Adambaşına düşən ÜDM-in həcmi 2003-cü ildə 888 manat olduğu halda, 2008-ci ildə 3554 manat təşkil etmişdir. Bu illər ərzində dövlət büdcəsi 10 dəfədən çox artmışdır. Yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşmüş, 730 mindən artıq yeni iş yeri açılmışdır. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının bəhrələridir. Biz görürük ki, Azərbaycan iqtisadiyyatı yeni yüksəliş mərhələsinə qədəm qoyur.
Sonra hökumət üzvləri Milli Məclisdəki müzakirələr nəticəsində 2009-cu ilin dövlət büdcəsi layihəsinə və büdcə zərfinə daxil olan digər layihələrə olunan dəyişikliklər barədə məruzə etmişlər. Bildirilmişdir ki, 2009-cu il dövlət və icmal büdcə layihələrinin Milli Məclisin iclaslarında ətraflı müzakirəsi zamanı 56 deputat çıxış etmişdir. Deputatlar qanunvericilik bazasının və büdcə prosesinin təkmilləşdirilməsi, vəsaitlərin istifadəsində dövlət və ictimai nəzarətin artırılması, əhalinin maddi rifah halının, ölkənin müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, idman və aqrar potensialının daha da gücləndirilməsi, qeyri-neft sektorunun inkişafının təşviqi və bölgələrin inkişafı baxımından təklif və tövsiyələr irəli sürmüşlər. Deputatlar tərəfindən irəli sürülən təklif və tövsiyələr diqqətlə öyrənilmiş, bununla bağlı dövlət başçısı İlham Əliyevə məruzə olunmuşdur. Prezident hökumətə büdcənin imkanları daxilində həmin məsələlərin ən vaciblərini həll etməyi tapşırmışdır.
Bu məsələlərdən biri mövcud makroiqtisadi şəraitlə bağlı Azərbaycan Milli Bankı tərəfindən həyata keçirilən pul-kredit və məzənnə siyasəti nəticəsində bankın artmış valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi hesabına Milli Bankda məzənnə zərəri ilə bağlı yarana biləcək kapital çatışmazlığının "Milli Bank haqqında" Qanununa uyğun olaraq tənzimlənməsidir. Bunu nəzərə alaraq, 2009-cu ildə Milli Bankın kapital çatışmazlığının tənzimlənməsi məqsədi ilə onun nizamnamə kapitalına uzunmüddətli dövlət borc öhdəliklərinin yerləşdirilməsi üçün 2009-cu il dövlət büdcəsi haqqında qanun layihəsində nəzərdə tutulan dövlət daxili borclanma limitinin yuxarı həddinin artırılması təklif olunur.
Bir sıra xərclərin artırılması ilə bağlı təkliflərlə əlaqədar isə bildirilmişdir ki, bəzi tələb edilən artımlar və qarşıya qoyulan vəzifələr həm fiziki iş həcmi, həm maliyyə tutumu, həm də həyata keçiriləcək işlər baxımından o qədər böyükdür ki, onları nəinki bir büdcə ilində, hətta orta müddətli dövrdə həyata keçirmək imkan xaricindədir. Ona görə də həmin məsələlərə baxılmamışdır, bunlar növbəti illərdə öz həllini tapacaqdır. Eyni zamanda, büdcə zərfi Milli Məclisdə müzakirə olunduğu ərəfədə büdcə ilə əlaqəsi olan bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, ayrı-ayrı məsələlərin maliyyə təminatı ilə bağlı ölkə rəhbərinin müvafiq tapşırıqları olmuşdur ki, onların 2009-cu ilin dövlət büdcəsi layihəsi çərçivəsində nəzərə alınması məqbul olardı.
Deputatlara bütün bu məqamlar nəzərə alınmaqla 2009-cu ilin dövlət büdcəsi layihəsi çərçivəsində bir sıra xərclərlə bağlı edilməsi zəruri olan dəyişikliklər xatırladılmış, ilk olaraq ölkə prezidentinin müvafiq tapşırıqları, habelə müzakirələr zamanı deputatların səsləndirdiyi təkliflər və Hesablama Palatasının rəyi nəzərə alınmaqla, dövlət büdcəsi layihəsində xarici valyutaların məzənnə fərqinə görə yaranmış zərərlə bağlı xərc maddəsində edilən dəyişikliklər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, bütövlükdə ayrı-ayrı xərclərin tənzimlənməsi üçün ayrılan vəsaitin 3 milyon manatının və ya 44,1 faizinin sosial tədbirlərin əlavə maliyyələşdirilməsinə, o cümlədən elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, kütləvi informasiya vasitələri, bədən tərbiyəsi və gənclər siyasəti ilə bağlı tədbirlərə yönəldilməsi nəzərdə tutulur. Vəsaitin yerdə qalan 3 milyon 805 min manatı isə mənzil-kommunal təsərrüfatı, sənaye və tikinti, qanunvericilik, icra hakimiyyəti və yerli özünüidarə orqanlarının saxlanılması xərclərinə yönəldiləcəkdir.
O da bildirilmişdir ki, müzakirələr zamanı səslənən təkliflər parlamentin daimi komissiyaları tərəfindən də araşdırılmış və hökumət üzvləri ilə məsləhətləşmələr aparılmışdır. Bütövlükdə, 2009-cu ilin dövlət büdcəsi layihəsi "Büdcə sistemi haqqında" Qanunun tələblərinə tam cavab verir və onun qəbulu məqsədəuyğundur. 2009-cu ilin dövlət büdcəsi layihəsi Azərbaycanın milli maraqlarına, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qarşıda duran sosial və iqtisadi vəzifələrin uğurla həyata keçirilməsinə xidmət edir.
Sonra "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi səs çoxluğu ilə təsdiq edilmişdir. Gələn il dövlət büdcəsinin gəlirləri 12 milyard 177 milyon manat, xərcləri 12 milyard 355 milyon manat həcmində təsdiqlənmişdir. Qanun layihəsində icmal büdcənin gəlirləri 22 milyard 680 milyon manat, xərcləri isə 14 milyard 758 milyon manat qeyd olunmuşdur. Dövlət və icmal büdcələrinin gəlirləri proqnozlaşdırılarkən neftin bir barrelinin qiyməti 70 ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur.
Daha sonra "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında" qanun layihəsi ilə bağlı məlumat verilmişdir. Bildirilmişdir ki, bu qanun layihəsi ilə bağlı Milli Məclisdə aparılan müzakirələrin gedişi bir daha göstərdi ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məsələsi deputatların daimi diqqət mərkəzindədir. Müzakirələr zamanı bir çox təkliflər və tövsiyələr səsləndirilmişdir. Təkliflərin bəziləri nəzərə alınmışdır.
"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında" qanun layihəsi də səsə qoyularaq təsdiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin gəlirləri 1 milyard 775 milyon 547,4 min manat, xərcləri də həmin həcmdə olacaqdır.
Parlament 2009-cu ilin büdcə zərfinə daxil olan digər məsələləri - "Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında", "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" 2001-ci il 27 noyabr tarixli 222-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə" qanun layihələrini də təsdiq etmişdir.

06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.