Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Rəsmi xronika


Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir. Prezident İlham Əliyev ölkəmizdə bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsinin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan qədim diyardır, lakin müstəqil ölkə kimi 17 yaşı var. Bu illər ərzində siyasi sistemin dəyişdirilməsinə, qanunun aliliyinin bərqərar olunmasına və ölkənin qısa müddətdə inkişafını təmin edən hüquqi sistemin yaradılmasına xüsusi diqqət yetirilmişdir. тАЬAzərbaycanın 2001-ci ildən Avropa Şurasının üzvü olduğunu və bir çox beynəlxalq sazişlərə və konvensiyalara qoşulduğunuтАЭ - deyən Prezident İlham Əliyev iqtisadi, siyasi və hüquqi sistemin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması istiqamətində görülən işlərdən də danışdı. Dövlətimizin başçısı dedi ki, bizim gələcəkdə də görəcəyimiz işlər çoxdur. Məhz bu səbəbdən də başladığımız və davam etdirməyi planlaşdırdığımız islahatları həyata keçirmək üçün fikir və təcrübə mübadiləsinin aparılması vacibdir. Prezident İlham Əliyev Azərbaycanla yaxından tanışlıq üçün bu tədbirin əhəmiyyətini vurğuladı və Bakıda keçirilən konfransın praktik baxımdan səmərəli olacağına əminliyini söylədi, konfrans iştirakçılarına uğurlar arzuladı. Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri İqor Roqov Azərbaycanla Qazaxıstan arasında əlaqələrin getdikcə genişlənməsini müsbət hal kimi dəyərləndirdi. Macarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Piter Pakjolay ölkəmizdə qanunun aliliyinin təmin edilməsi sahəsində nailiyyətlərin şahidi olduğunu söylədi, bu istiqamətdə Konstitusiya Məhkəməsinin rolunu vurğuladı. Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio dedi ki, 2001-ci ildə Avropa Şurasına üzv olduğu vaxtdan biz тАЬAzərbaycanın müxtəlif qurumları ilə sıx əməkdaşlıq edirikтАЭ. Prezident İlham Əliyev də Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Ölkəmizin Avropa Şurasına üzv olduğu 7 ildə mühüm nailiyyətlərin əldə edildiyini və bu əməkdaşlığın faydalı olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa ailəsinə inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atır. Prezident İlham Əliyev Avropa İttifaqı ilə uğurla həyata keçirilən yeni qonşuluq siyasətinin, enerji təhlükəsizliyi sahəsində görülən işlərin buna misal olduğunu qeyd etdi. Dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsindən danışaraq bildirdi ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edib, nəticədə 1 milyon insan doğma torpaqlarından didərgin düşübdür. Prezident İlham Əliyev eyni zamanda vurğuladı ki, indi Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir və hökumət məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı mühüm işlər görür. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi ki, 39 il öncə iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələn xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil ölkəmizin Konstitusiya Məhkəməsinin yaradılması və formalaşmasında da böyük xidmətlər göstərmişdir. Konstitusiya Məhkəməsinin sədri konfrans iştirakçıları adından Prezident İlham Əliyevə xatirə medalını təqdim etdi. *** Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkionu qəbul etmişdir. Görüşdə Azərbaycanla Venesiya Komissiyası arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. *** Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Boyden Qreyin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycanla ABŞ arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb