Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Rəsmi xronika


Sentyabrın 10-da Bakıda, Nərimanov rayonu ərazisində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Mərkəzin maketi ilə tanış oldular, Mərkəzin məqsəd və vəzifələrini, eləcə də gələcək görünüşünü nümayiş etdirən filmə baxdılar.
Prezident İlham Əliyev ulu öndərin adını daşıyacaq Mərkəzin baş planını, gecə görünüşünü, muzeyin, 1284 yerlik konfrans salonunun, daxili məkanın, səhnənin, kitabxananın, mətbuat mərkəzinin və digər bölmələrin görünüşünü əks etdirən fotostendlərlə tanış oldu.
Tanışlıqdan sonra dövlətimizin başçısı içərisində тАЬAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir Azərbaycan dövlətçiliyinin banisi, dahi siyasətçi, ulu öndər, xalqımızın ümummilli liderinin adını daşıyan Heydər Əliyev Mərkəzinin təməli qoyulmuşdur.
İnşası nəzərdə tutulan Heydər Əliyev Mərkəzi dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi baxımından ölkənin ictimai-siyasi və mədəni həyatında böyük rol oynayacaqdır.
Mərkəz beynəlxalq səviyyəli tədbirlərin, konfransların, müsabiqələrin, festivalların, sərgi, konsert və ziyafətlərin təşkilinə imkan verən müasir texnologiyalarla təchiz olunmuş və bir məkanda konfrans zalı, muzey və mədəni irs mərkəzi, açıq foye, kitabxana və digər məqsədlər üçün nəzərdə tutulan salonları özündə birləşdirən çoxşaxəli struktura malik olacaqdır. Bu möhtəşəm tikili Heydər Əliyevin adını daşıyan memarlıq abidəsi kimi ucaldılacaqdır. 10 sentyabr 2007-ci ilтАЭ sözləri yazılmış kağız olan gilizi təmələ qoydu və beton qarışığı tökdü.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10тАУda Prezident sarayında məşhur memar xanım Zaha Hadidi qəbul etmişdir.
Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasiminin əhəmiyyətindən danışan dövlətimizin başçısı bunun Azərbaycan dövlətinin və xalqının həyatında əlamətdar hadisə olduğunu vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, yüksək beynəlxalq standartlar səviyyəsində inşa ediləcək bu Mərkəz təkcə Azərbaycan xalqı üçün deyil, eləcə də ölkəmizə gələn xeyli sayda xarici qonaqlara Azərbaycan haqqında daha ətraflı məlumat almaq işinə xidmət edəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın bir sıra məşhur tikinti komplekslərinin arxitektura müəllifi olan xanım Zaha Hadidin layihəyə rəhbərliyini yüksək qiymətləndirdi.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Prezident sarayında Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunun müavini Uilyam Ramseyin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə son zamanlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji layihələri, Xəzər hövzəsi regionunda enerji təhlükəsizliyinin bəzi aspektləri, Azərbaycanın beynəlxalq enerji əməkdaşlığındakı rolu və gələcək perspektivləri müzakirə olunmuşdur.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Prezident sarayında Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Davamlı inkişaf sektorunun direktoru Peter Tomsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycanın Dünya Bankı ilə uğurlu əməkdaşlıq etməsinə böyük əhəmiyyət verdiyini deyən dövlətimizin başçısı bu əməkdaşlığın ölkəmizin ümumi inkişafındakı rolunu xüsusi qeyd etdi. Prezident İlham Əliyev ölkəmizdə iqtisadi inkişafın sürətlə getdiyini vurğulayaraq, bu sahədə çoxlu yeni planların olduğunu da məmnunluqla bildirdi.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Prezident sarayında Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri xanım Mari Ann İsler Beqənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələri, parlamentlərarası əməkdaşlıq məsələlərinin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılmışdır.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Prezident sarayında İran-Azərbaycan Dostluq qrupunun sədri Əhəd Qəzainin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Azərbaycan-İran ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. O, İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfərinin əlaqələrimizin daha da genişlənməsi baxımından əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, İran-Azərbaycan Dostluq qrupu sədrinin ölkəmizə bu səfəri parlamentlərarası əməkdaşlığımızın daha da inkişafına xidmət edəcəkdir.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb