Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Rəsmi xronika


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Prezident sarayında Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernar Amodrik dü Şafonu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı Bernar Amodrik dü Şafonun səfir kimi fəaliyyət göstərdiyi dövrdə Azərbaycan-Fransa əlaqələrinin inkişafına öz töhfəsini verdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini söylədi.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Prezident sarayında ABŞ-ın тАЬSülh korpusuтАЭ təşkilatının direktoru Ronald Tşetterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı təşkilatın fəaliyyətinin Azərbaycanda geniş əhatə dairəsinə malik olmasını yaxşı hal kimi qiymətləndirdi. Prezident İlham Əliyev тАЬSülh korpusuтАЭ təşkilatının bundan sonra da ölkəmizdə uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Prezident sarayında Polşanın iqtisadiyyat naziri, Polşa-Azərbaycan Hökumətlərarası iqtisadi komissiyasının həmsədri Pyotr Qjeqoj Voznyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Polşa arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Polşanın iqtisadiyyat nazirinin ölkəmizə bu səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
***

Noyabrın 8-də Dəvəçi rayonu ərazisində Taxtakörpü su anbarının və su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Prezident İlham Əliyev Samur-Abşeron kanalı sistemi üzrə uzunmüddətli strategiya və texniki-iqtisadi əsaslandırmada təklif olunan sxemə əsasən, Taxtakörpü su anbarının su elektrik stansiyası ilə birgə tikintisi və Taxtakörpü-Ceyranbatan, Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi layihələrinin texniki-iqtisadi göstəriciləri ilə tanış oldu.
Prezident İlham Əliyev su anbarının və torpaq bəndin baş planına baxdı, içərisində yazı olan gilizi təmələ qoydu və düyməni basaraq betontökən maşını işə saldı.
Azərbaycan Prezidenti İlham Əliyev su anbarının yuxarı hissəsində inşa olunacaq 24-27 meqavat gücündə su elektrik stansiyasının layihəsi ilə də tanış oldu. Dövlətimizin başçısı su elektrik stansiyasının təməlinə də giliz ataraq, tikintiyə start verdi. Sonra Prezident İlham Əliyev yüksəkliyə qalxaraq, ətraf mənzərəni və tikintinin aparıldığı sahəni seyr etdi. Dövlətimizin başçısı daha sonra Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafına dair sənədli filmə baxdı, ölkəmiz üçün əhəmiyyətli olan su anbarının və elektrik stansiyasının vaxtında, keyfiyyətlə başa çatdırılması barədə müvafiq tapşırıqlarını verdi.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Prezident sarayında Amerika İsrail İctimai Məsələlər Komitəsinin nümayəndə heyəti ilə görüşmüşdür. Dövlətimizin başçısı Azərbaycanın ABŞ və İsrail ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, Amerika İsrail İctimai Məsələlər Komitəsinin nümayəndə heyətinin səfərinin ölkələrimiz arasında mövcud olan tərəfdaşlığın daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini bildirdi. Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırdı.
Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında siyasi sahədə əməkdaşlıqdan söhbət açaraq bildirdi ki, ölkəmiz antiterror koalisiyasının fəal üzvü kimi İraq və Əfqanıstanda sülhməramlı missiyasını uğurla həyata keçirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan Prezident İlham Əliyev torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın doğma yurdтАУyuvalarından didərgin düşdüyünü xatırlatdı.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb