Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 27-də Dövlət bayrağı meydanında inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 27-də Dövlət bayrağı meydanında inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, Dövlət bayrağı meydanı mütəxəssislər tərəfindən yüksək peşəkarlıqla hazırlanmış xüsusi layihə əsasında yaradılır. Azərbaycanın тАЬAzenkoтАЭ şirkəti tərəfindən aparılan tikinti işlərinə xarici mütəxəssislər də cəlb edilmişdir. 20 min kvadratmetr ərazisi olacaq meydanda bütün lazımi infrastruktur yaradılacaqdır.
Prezident İlham Əliyev inşaat işləri aparılan ərazini gəzdikdən sonra Dövlət bayrağı meydanının layihəsinə baxdı, tikintinin keyfiyyəti və texniki parametrləri ilə maraqlandı, işlərin yüksək standartlara uyğun görülməsi ilə bağlı tapşırıqlarını verdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Yazıçılar Birliyinin əsaslı təmir və yenidənqurma işləri aparılmış binası ilə tanış olmuşdur.
Yazıçılar Birliyinin sədri Anar təmir və yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Dövlətimizin başçısı binanın əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə, xalqımızın ümummilli lideri Heydər Əliyevin foyedə qoyulmuş büstünə baxdı. Sonra Prezident İlham Əliyev Yazıçılar Birliyinin ayrı-ayrı iş otaqları, yaradılan şəraitlə tanış oldu.
Dövlətimizin başçısı binanın lazımi avadanlıqla təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də respublika Rəssamlar İttifaqı binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Dövlətimizin başçısı sərgi salonunda nümayiş etdirilən rəsm əsərlərinə də baxdı.
Prezident təmir və bərpa işlərindən razı qaldı.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də paytaxtda yenidən qurulmuş Mirzə Fətəli Axundov adına bağla tanış olmuşdur.
Bakı şəhərində parkların və xiyabanların əsaslı bərpası ilə əlaqədar dövlət başçısının tapşırıqlarına uyğun olaraq, 2008-ci ilin may ayında Axundov adına bağda yenidənqurma işlərinə başlanılmışdı. Bağ qısa vaxt ərzində tamamilə yeni görkəm almışdır.
Prezident İlham Əliyev bağda görülmüş yenidənqurma işlərindən razılığını bildirdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da ABŞ-ın ticarət nazirinin müavini Con Sallivanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev ABŞ nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkələrimiz arasında geniş əlaqələrin tərkib hissəsi olan iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığını qeyd etdi. Prezident İlham Əliyev vaxtın qısa olmasına baxmayaraq, nümayəndə heyətinin səfər proqramının zəngin olmasının əhəmiyyətini xüsusi vurğuladı və səfərin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini söylədi.
Prezident İlham Əliyev Azərbaycanda mövcud olan biznes mühitinin Dünya Bankı kimi aparıcı beynəlxalq maliyyə qurumu tərəfindən yüksək qiymətləndirilməsinin önəmini vurğuladı. Bunu ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda indi əsas diqqət iqtisadi islahatların daha da genişlənməsinə və enerji amilindən asılılığın maksimum dərəcədə azaldılmasına yönəldilmişdir.
***
Oktyabrın 29-da ölkəmizin ictimaiyyəti zəmanəmizin görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevi son mənzilə yola salmışdır. Mərhumun cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının matəmsayağı bəzədilmiş səhnəsində postament üzərində qoyulmuşdu.
Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli müğənni, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti Müslüm Maqomayev ilə vida mərasimində iştirak etmək üçün filarmoniyaya gəldi.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva görkəmli sənətkarın ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verdilər və onlarla birlikdə əyləşdilər.
Vida mərasiminin sonunda Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verdi, onlara Tanrıdan səbir dilədi.
Salonda Müslüm Maqomayevin ifasında onun əzəmətli тАЬAzərbaycanтАЭ mahnısı səsləndirildi. Mərasimə toplaşanların sürəkli alqışları və тАЬMüslüm, Müslüm!тАЭ nidaları altında dünya şöhrətli müğənninin cənazəsi filarmoniyanın binasından qaldırılaraq, Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, mərhumun ailə üzvlərinin, qohumlarının və minlərlə insanın müşayiəti ilə birinci Fəxri xiyabana aparıldı. Yol boyu insanlar müasir dövrün görkəmli musiqi xadimi, müğənni və bəstəkar, Azərbaycanın xalq artisti, SSRİ xalq artisti, əsl vətəndaş və gözəl insan Müslüm Məhəmməd oğlu Maqomayevin tabutunu ümumxalq məhəbbəti əlaməti olaraq gül-çiçəyə qərq edirdilər.
Fəxri xiyabanın ətrafı öz böyük oğlunu son mənzilə yola salmaq üçün əklillər və gül-çiçək dəstələri ilə gəlmiş insanlarla dolu idi. Matəm duası oxunduqdan sonra Müslüm Maqomayevin cənazəsi babasının, məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin məzarının yanında doğma torpağa tapşırıldı.
Mərhumun ruhuna müqəddəs Quran oxundu.
Məzarı üstünə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin, RF hökumətinin başçısı Vladimir Putinin, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, respublikanın müxtəlif dövlət qurumlarının, yaradıcılıq təşkilatlarının, ayrı-ayrı şəxslərin adından əklillər qoyuldu.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.