Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun ailə üzvləri Fəxri xiyabana gələrək, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər.
Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət, konsern və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri, xarici dövlətlərdən gəlmiş qonaqlar, Bakıdakı diplomatik nümayəndəliklərin rəhbərləri, müxtəlif ölkələrin təmsilçiləri də Fəxri xiyabana gəlmişdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu.
Prezidentin ailə üzvləri, mərhumun yaxınları məzarın önünə gül dəstələri düzdülər.
Dövlətimizin başçısı və ailə üzvləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları önünə də gül dəstələri qoydular.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ümummilli liderimizin ruhuna dua oxudu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Prezident sarayında Dağıstan Respublikası Prezidentinin müşaviri Səid Qurbanovu, Dərbənd rayon Administrasiyasının başçısı Qurban Qurbanovu və Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Məhəmməd Qurbanovu qəbul etmişdir.
Xalqımızın ümummilli liderinin vəfatının ildönümü ilə əlaqədar dərin hüznlə başsağlığı verən Səid Qurbanov ulu öndər Heydər Əliyev ilə uzun illər şəxsi dostluq münasibətlərini xatırladaraq, onunla keçirdiyi çoxsaylı görüşləri heç vaxt unutmadığını bildirdi.
Dərin hüznlə başsağlığına görə Səid Qurbanova minnətdarlıq edən dövlətimizin başçısı onun ümummilli liderimiz Heydər Əliyev ilə uzun illər davam etmiş dostluq münasibətlərini yaxşı xatırladığını bildirdi və bu dostluğa görə bir daha təşəkkür etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Prezident sarayında Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad ibn Əmin əl-Mədəninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin çox uğurla inkişaf etdiyini və əməkdaşlığımızın yüksək səviyyədə olduğunu bildirdi. O, Səudiyyə Ərəbistanına son illər ərzində etdiyi səfərləri və keçirdiyi görüşləri məmnuniyyətlə xatırlatdı. Prezident İlham Əliyev nazirin bu səfərinin ölkələrimiz arasında mədəniyyət və informasiya sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Prezident sarayında Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fəhd Saad Səid əl-Meyin etimadnaməsini qəbul etmişdir.
Prezident İlham Əliyev Fəhd Saad Səid əl-Mey ilə səmimi söhbətində Küveytlə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu bildirdi. Dövlətimizin başçısı əvvəlcə Küveytdə Azərbaycan səfirliyinin açılmasının, indi isə ölkəmizdə Küveyt səfirliyinin fəaliyyətə başlamasının iki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edən əməkdaşlığa yeni töhfələr verəcəyinə əminliyini bildirdi, bu işdə səfirə uğurlar arzuladı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Prezident sarayında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebini qəbul etmişdir.
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı bu qurumun тАЬYeni qonşuluq siyasətiтАЭnin həyata keçirilməsi, enerji məsələləri sahəsində əməkdaşlığın genişləndiyini vurğuladı.
Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr bundan sonra daha da genişlənəcək və inkişaf edəcəkdir.
Ölkəmizə səfərindən, dövlətimizin başçısı ilə görüşündən və ikitərəfli münasibətlərin daha da genişləndirilməsi məsələlərinin müzakirəsindən məmnunluğunu söyləyən qonaq Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Qonaq əmin olduğunu söylədi ki, Azərbaycan-Avropa İttifaqı əlaqələri bundan sonra da inkişaf edəcəkdir.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.