Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-2 tarixlərində Moskvada işgüzar səfərdə olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-2 tarixlərində Moskvada işgüzar səfərdə olmuşdur.
Noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidentinin Moskva yaxınlığındakı тАЬMayn DorfтАЭ iqamətgahına gəlmişdir. Dövlətimizin başçısını burada Rusiya Prezidenti Dmitri Medvedev səmimiyyətlə qarşılamışdır.
Sonra iqamətgahda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü keçirilmişdir.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatdıqdan sonra Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin iştirakı ilə danışıqlar üçtərəfli formatda davam etdirilmişdir.
Sonra görüşə Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri qoşulmuşlar.
Rusiya dövləti başçısının тАЬMayn DorfтАЭ iqamətgahında, üçtərəfli formatda görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Prezidenti Serj Sarkisyan və Rusiya Prezidenti Dmitri Medvedev Bəyannamə imzalamışlar.
Bəyannamənin imzalanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak etmişlər.
Rusiya Federasiyasının Prezidenti kütləvi informasiya vasitələrinin nümayəndələrini Bəyannamənin mətni ilə tanış etmişdir.
Qeyd edək ki, sənəddə tərəflər bəyan edirlər ki, münaqişənin beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla həlli ilə Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına və regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinin təmin olunmasına kömək edəcəklər ki, bu da regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır. Tərəflər razılaşırlar ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasının bütün aspektləri və mərhələləri hüquqi öhdəliklər yaradan beynəlxalq təminatlarla müşayiət edilməlidir.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İlkər Başbuğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələri əhatə etdiyini, o cümlədən hərbi sahədə uğurlu işbirliyinin yaradıldığını vurğuladı. Yenidən Prezident seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfər etdiyini bildirən dövlətimizin başçısı səfərin yüksək səviyyədə keçdiyini, görüşlər zamanı ikitərəfli münasibətlərimizin bir daha təhlil olunduğunu və gələcək üçün yeni planların müzakirə edildiyini qeyd etdi. Prezident İlham Əliyev general İlkər Başbuğun Türkiyə Baş Qərargahının rəisi vəzifəsinə təyin olunandan sonra ilk dəfə Azərbaycana səfər etməsinin əhəmiyyətindən danışaraq əmin olduğunu bildirdi ki, bu səfər hərbi əməkdaşlıq sahəsindəki uğurların daha da artmasına kömək edəcəkdir.
Ordu generalı İlkər Başbuğ yeni vəzifəyə təyin olunduqdan sonra ilk dəfə Azərbaycana səfər etməsindən məmnunluğunu bildirdi. O, yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi, Azərbaycan xalqının rifahı naminə Prezident İlham Əliyevə uğurlar arzuladı. İlkər Başbuğ bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığının daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqsın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.