Azərbaycan Prezidenti İlham Əliyev Astananın 10 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün iyulun 5-6 tarixlərində Qazaxıstan Respublikasında işgüzar səfərdə olmuşdur.
Dövlətimizin başçısı iyulun 5-də Qazaxıstan Prezidentinin sarayında Astananın 10 illiyi ilə əlaqədar təntənəli yubiley tədbirlərində iştirak edən dövlət başçılarının görüşündə, eləcə də təntənəli iclasda iştirak etmiş, incəsənət ustalarının konsertinə tamaşa etmişdir.
Həmin gün Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın görüşü olmuşdur. Görüşdə Azərbaycan-İordaniya münasibətlərinin genişlənməsindən məmnunluq ifadə olundu, iki ölkə arasında əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulandı.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Astanada onun üçün ayrılmış iqamətgahda Türkiyə Prezidenti Abdullah Gül ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə daim inkişaf etdiyi vurğulandı. Münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
***
İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin üçüncü müşavirəsi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə iştirak etmiş və nitq söyləmişdir.
Dövlətimizin başçısı bildirdi ki, mən Prezident kimi xarici siyasətə çox böyük diqqət göstərirəm və son illər ərzində həm işgüzar, həm rəsmi səfərlərlə müxtəlif ölkələrdə olmuşam. Bütün bu səfərlər həm ikitərəfli münasibətlərin inkişafı üçün lazımdır, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində çox mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Prezidentin fəaliyyəti ilə bərabər, səfirlərin mütəmadi fəaliyyəti çox böyük əhəmiyyət daşıyır. Səfirlər Azərbaycanla çalışdıqları ölkələrin arasında əməkdaşlığın daha da dərinləşməsi üçün ciddi fəaliyyət göstərməlidirlər.
Prezident İlham Əliyev vurğuladı ki, səfirlərin əsas vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri beynəlxalq aləmə çatdırmaqdır. Biz bu istiqamətdə artıq böyük uğurlar əldə edə bilmişik. Bu gün Azərbaycanın ərazi bütövlüyü beynəlxalq təşkilatlarda və ikitərəfli müstəvidə dəstəklənir. Belə olan halda, biz əlbəttə ki, öz diplomatik səylərimizi daha da gücləndirməliyik və eyni zamanda, ölkəmizi gücləndirməliyik.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Macarıstanın Baş naziri Ferents Dyurçanı qəbul etmişdir.
Dövlətimizin başçısı Macarıstanın Baş naziri ilə görüşünü məmnunluqla xatırladaraq dedi ki, onun ölkəmizə bu səfəri əlaqələrimizin hazırkı vəziyyətini, perspektivlərini nəzərdən keçirmək üçün yaxşı imkan yaradır. Azərbaycan-Macarıstan əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev cənab Ferents Dyurçanın respublikamıza səfərinin səmərəli keçəcəyinə, ölkələrimizin ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
***
İyulun 8-də Yaxt-klubun yerləşdiyi Bakı buxtasında тАЬQarabağтАЭ yük gəmisinin istifadəyə verilməsi mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə gəminin yük göyərtəsinə baxdı. Sonra üst qatdakı göyərtədə gəminin kayutları, heyətin istirahət salonu, yeməkxana ilə tanış oldu. Prezident İlham Əliyev kapitan körpüsündə gəminin istifadəyə verilməsini bildirən fitin düyməsini basdı, тАЬQarabağтАЭ gəmisinin kollektivinə uğurlar arzuladı.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də Pakistan Senatının xarici əlaqələr daimi komitəsinin sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluğunu ifadə etdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirdi.
***
Azərbaycan Respublikası Prezidentinin тАЬBakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqındaтАЭ 2006-cı il 2 fevral tarixli Sərəncamına uyğun olaraq, paytaxtda inşa edilən 9 yol qovşağından daha biri - тАЬExcelsiorтАЭ mehmanxanası dairəsində müxtəlif səviyyəli yol qovşağının ilkin mərhələsi iyulun 10-da istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı yol qovşağı kompleksinin layihəsinə və sxemlərinə baxdı. Prezident İlham Əliyev yolötürücünün açılışını bildirən rəmzi lenti kəsdi, inşaatçıları təbrik etdi.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.