Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan qısa müddətdə dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir


Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, ilk növbədə, ölkədə sosial-iqtisadi inkişafın, o cümlədən, regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət qayğısının gücləndirilməsi, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, ölkənin xidmət bazarının beynəlxalq standartlar səviyyəsinə çatdırılması kimi mühüm istiqamətləri əhatə etməklə, daha qlobal məqsədlərə istiqamətləndirilmiş yeni iqtisadi strategiyanın reallaşdırılmasına zəmin yaratmışdır.
Dövlət başçısı İlham Əliyev hələ 2004-cü il fevralın 11-də «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)»nın təsdiq edilməsi barədə fərman imzalamışdı.  Bu gün dörd ildən sonra həyata keçirilən tədbirlərə və yerlərdə geniş vüsət alan quruculuq işlərinə nəzər salarkən bu qərarın nə dərəcədə müdrik bir addım olduğunu bir daha dərk edirik. Həmin müddət ərzində ölkədə aparılan əsaslı iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın həcmi 96 faiz, təxminən iki dəfə artmışdır. Bu isə dünyada analoqu olmayan bir hadisədir.
Dövlət başçısı İlham Əliyevin iştirakı ilə fevralın 11-də Bakının «Gülüstan» sarayında keçirilən «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördillik yekunlarına həsr olunmuş konfrans deyilənləri bir daha təsdiqləyir. Konfransda səslənən rəqəmlər göstərir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın bölgələrinin inkişafındakı fərqin aradan qaldırılması, qarşıya qoyulmuş bir sıra strateji layihələrin həyata keçirilməsi baxımından son dərəcə əhəmiyyətli sənəd olmuşdur. Proqram təkmil fəaliyyət konsepsiyası kimi sonrakı mərhələdə iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı digər sənədlərin qəbulu üçün də bir növ baza, əlverişli zəmin rolunu oynamışdır.
Ölkə prezidenti tək ötən ildə respublikanın 18 regionunda olmuş, bölgələrdə gedən böyük \quruculuq işləri ilə maraqlanmış, əhalinin problemlərini və qayğılarını yaxından öyrənmiş, mövcud problemlərin köklü surətdə həll edilməsi üçün tədbirlər görmüş,  konkret tapşırıqlar verərək onların icrasına şəxsən özü nəzarət etmişdir. Elə bunun nəticəsidir ki, son dörd il ərzində 20 mindən artıq yeni müəssisə yaradılıb. Bunun 40 faizdən çoxu regionlarda fəaliyyət göstərir. 650 min yeni iş yerinin açılması  isə sosial siyasətin ən böyük uğurlarından biri sayılmalıdır. Açılmış iş yerlərinin 80 faizindən çoxunun regionların payına düşməsi ölkə prezidenti İlham Əliyev tərəfindən regionların kompleks inkişafına xüsusi diqqət və qayğının göstərilməsinin nəticəsidir.
Dövlət başçısı konfransdakı çıxışında hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində Dövlət Proqramının mühüm nəticələr verəcəyini xüsusi vurğulayaraq öz təklifini irəli sürmüşdü:\ «...Bu proqramın ilkin konturları hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim tərəfimdən təqdim edilmişdi. Bu, demək olar ki, mənim iqtisadi proqamımın vacib tərkib hissəsi idi. Prezident seçkilərindən 3-4 ay sonra proqram tərtib edilmiş və təsdiq olunmuşdu».
Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində ölkə həyatında müşahidə olunan davamlı yüksəliş respublikanın pozitiv inkişafını müəyyənləşdirən fakt və statistik göstəricilərdə də qabarıq təsdiqini tapmışdır.
Dövlət başçısı İlham Əliyevin konfransdakı çıxışında sahibkarlara dövlət dəstəyinin bundan sonra da davam etdiriləcəyi bildirilmişdir: «Hər bir infrastruktur layihəsi sahibkarlığın inkişafına gətirib çıxarır.  Sahibkarlara dövlət tərəfindən dəstək verilir - mənim tərəfimdən həm siyasi dəstək, həm də iqtisadi dəstək. Bilirsiniz ki, Sahibkarlığa Kömək Milli Fondundan hər il böyük məbləğdə böyük vəsait ayrılır. Bu il 95 milyon manat həcmində kreditlər veriləcəkdir. Bu kreditlərin işlənməsini biz regionların inkişafında görürük».
Hər bir dövlətin iqtisadiyyatının davamlı inkişafının mühüm şərtlərindən biri də investisiya qoyuluşunun həcmi və ke\yfiyyətidir. Bu gün Azərbaycan xarici investisiya qoyuluşuna görə dünya ölkələri arasında ön sıralardadır. 2007-ci ildə Azərbaycan iqtisadiyyatına 6 milyard dollara yaxın xarici sərmayələrin qoyulması respublikamızda əlverişli biznes və investisiya mühitinin formalaşdığını bir daha təsdiqləyir. Xarici sərmayələr, ilk növbədə qeyri-neft sektoruna, eləcə də regionların tərəqqisinə yönəldilir. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Dövlət İnvestisiya Şirkətinin  yaradılması ilə bağlı sərəncamı da Azərbaycana xarici investisiyaların cəlbi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Dövlət başçısı konfransdakı çıxışında vurğulamışdır: «Bizim investisiya imkanlarımız dünya şirkətləri tərəfindən tanınır, onlara bəllidir ki, adambaşına düşən xarici sərmayənin həcminə görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdədir. Nəzərə alsaq ki, öz imkanlarımız da artır, xarici investisiyaları cəlb etmək üçün bizim heç bir problemimiz yoxdur. Amma mən çox istəyirəm ki, qeyri-neft sektoruna xaricdən daha böyük investisiyalar gəlsin».
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının dördillik yekunlarına həsr olunmuş konfrans bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin əzmkar fəaliyyəti respublikamızın hər bir bölgəsinin inkişafına, insanların layiqli həyat səviyyəsinin təmin olunmasına yönəlmişdir. 2008-ci ilin dövlət büdcəsində investisiya layihələri üçün təxminən 3,5  milyard manat vəsaitin nəzərdə tutulması deməyə əsas verir ki, cari ildə ölkədə quruculuq və abadlıq işləri, infrastrukturun yeniləşdirilməsi prosesi daha da geniş vüsət alacaqdır.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb