Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri


Fevralın 21-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olmuşdur.
Prezident Vladimir Putin dövlətimizin başçısını salamlayaraq dedi ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində xeyli irəliləyiş var. Biz Rusiya sərmayədarlarının Azərbaycan iqtisadiyyatına getdikcə daha çox vəsait qoymasını məmnunluqla vurğulayırıq. Bütövlükdə, qarşılıqlı əlaqələr inkişaf edir, əməkdaşlıq möhkəmlənir.
Prezident İlham Əliyev Rusiya dövlətinin başçısına təşəkkür edərək dedi ki, mən Sizinlə tamamilə razıyam, bizim münasibətlərimizdə heç bir problem yoxdur. Biz bütün istiqamətlərdə - istər siyasi, istərsə də iqtisadi baxımdan, humanitar əməkdaşlıq məsələlərində inamla irəliləyirik. Ölkələrimiz çox səmərəli əməkdaşlıq edir və bizim dostluq, mehriban qonşuluq münasibətləri kimi səciyyələndirdiyimiz münasibətlər ümumən möhkəmlənir.
Fevralın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycan Prezidenti İlham Əliyevə dünya şöhrətli bu tədris müəssisəsinin fəxri professoru adı verilməsi münasibətilə universitetin Elmi Şurasının təntənəli iclası olmuşdur.
MDU-nun rektoru akademik Viktor Sadovniçi Azərbaycan dövlətinin başçısını, onun xanımı Mehriban Əliyevanı və qızını - Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanı səmimiyyətlə qarşıladı.
MDU-nun rektoru Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafına, hər iki ölkənin xalqlarının rifahı naminə təhsilin və elmin inkişafına, Azərbaycanın MDU ilə səmərəli əməkdaşlığına verdiyi sanballı töhfələrə görə Prezident İlham Əliyevə MDU-nun fəxri professoru adı verilməsi barədə Elmi Şuranın qərarını oxudu. Sonra Azərbaycan Prezidentinə MDU-nun fəxri professoru diplomu və medalı təqdim edildi.
Azərbaycan Prezidenti universitetin tələbə və müəllimləri qarşısında mühazirə ilə çıxış etdi. Dövlətimizin başçısı humanitar sahədə əməkdaşlıq məsələləri üzərində ətraflı dayanaraq bildirdi ki, Bakıda Slavyan Universiteti, təhsilin rus dilində olduğu məktəblər fəaliyyət göstərir, rus dilində qəzetlər nəşr edilir. Azərbaycan cəmiyyətində beynəlmiləlçilik və tolerantlıq ənənələri çox güclüdür. Bakıda MDU-nun filialının açılması iki ölkə xalqlarının bir-birinə yaxınlaşmasına yönəlmiş daha bir amil olacaqdır.
Fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmişdir.
Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Birlik ölkələri dövlət başçılarının toplantısına sonuncu dəfə qatılıb. O, toplantı iştirakçılarına özünün siyasi varisi, Baş nazirin birinci müavini, Rusiya prezidentliyinə namizəd Dmitri Medvedyevi də təqdim edib.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb