Oktyabrın 9-da Bakının Mətbuat prospektində, 593-cü məhəllədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin yeni binası istifadəyə verilmişdir.
Rəsmi xronika
Oktyabrın 9-da Bakının Mətbuat prospektində, 593-cü məhəllədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin yeni binası istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə binanın xarici görünüşünü seyr etdi, sonra rəmzi açılışı bildirən lenti kəsdi. Prezident İlham Əliyev sənədlərin saxlandığı otaqlara, avtomatik yanğınsöndürmə və havalandırma sistemi barədə videofilmə baxdı. Dövlətimizin başçısı geniş oxu zalı ilə də tanış olaraq, burada ölkəmizin tarixinə, o cümlədən Dağlıq Qarabağa aid sənədlərə maraqla baxdı.
***
Oktyabrın 9-da Bakı Dəniz Limanında тАЬCabbar HəşimovтАЭ tankeri istismara verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı gəmi ilə tanış olduqdan sonra tankerin istismara verilməsini bildirən düyməni basdı, heyətə uğurlar arzuladı və müvafiq tövsiyələrini bildirdi.
***
Oktyabrın 9-da Bakı metrosunun yeni tikilmiş тАЬNəsimiтАЭ stansiyasının açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı stansiyanın giriş və çıxışlarında görülən işlərə baxdı və rəmzi açılışı bildirən lenti kəsdi, sonra stansiyada metropoliten işçiləri və inşaatçılarla görüşdü. Azərbaycan Prezidenti metropolitenin yeni inkişaf planının yerinə yetirilməsinə dövlət tərəfindən hər cür köməyin göstəriləcəyini vurğuladı, тАЬNəsimiтАЭ stansiyasının açılışı münasibətilə metro işçilərini təbrik etdi, onlara uğurlar arzuladı.
***
Oktyabrın 9-da Prezident İlham Əliyev тАЬAzərbaycanтАЭ Nəşriyyatında istifadəyə verilmiş rəngli ofset çap kompleksi ilə tanış olmuşdur. Dövlətimizin başçısı yeni kompleksdə qəzet çapı ilə tanış oldu, görülən işlərdən razılığını bildirdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da paytaxtın yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı kompleksin açılışını bildirən rəmzi lenti kəsdi.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə xidmət edəcəkdir. 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. Dövlətimizin başçısı və xanımı muzey kompleksi ilə yaxından tanış oldular. Sonra Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb söhbət etdi.
Həmin gün Qala qəsəbəsindəki 63 saylı uşaq bağçasının və 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının Qala filialının yeni binalarının da açılış mərasimləri keçirilmişdir. Bu mərasimlərdə də iştirak edən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ən müasir səviyyədə qurulan müəssisələrlə yaxından tanış olmuş, görülən işləri yüksək dəyərləndirmişlər.
***
Oktyabrın 10-da Bakı şəhərindəki Kliniki Tibbi Mərkəz əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Dövlət başçısı Mərkəzin korpusları ilə tanış olmuş, eləcə də tibbi personalla görüşmüşdür. Burada yaradılan şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı kollektivi təbrik etmiş, onlara uğurlar arzulamışdır.

06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.