Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Prezident sarayında məşhur yazıçı Çingiz Aytmatovu qəbul etmişdir.
Dövlətimizin başçısı hörmətli qonağı salamlayaraq, onu yenidən Bakıda görməyindən şad olduğunu bildirdi. Görkəmli yazıçını Azərbaycanın тАЬDostluqтАЭ ordeni ilə təltif etmək istədiyini söyləyən Prezident İlham Əliyev vurğuladı ki, Çingiz Aytmatov həmişə, bütün dövrlərdə Azərbaycanın böyük dostu olmuşdur. Yazıçı həmişə bizi dəstəkləmişdir. Çətin anlarda o həmişə ədalətin, sülhün, əməkdaşlığın tərəfdarı kimi öz qətiyyətli sözünü demişdir.
Sonra Prezident İlham Əliyev mükafatı yazıçıya təqdim edərək qeyd etmişdir ki, bu ordenin qeydiyyat nömrəsi 1-dir. тАЬDostluqтАЭ ordeni yeni ordendir, dövlət təltifidir. Çingiz Aytmatov bu ordenin təqdim edildiyi birinci şəxsdir. Bu, çox mühümdür, bu - tarixdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Prezident sarayında ABŞ Dövlət Departamentinin Avrasiya Enerji məsələləri üzrə əlaqələndiricisi Stiven Mənnin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlərinə, enerji sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28тАУdə Prezident sarayında ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanervanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılmışdır.
***
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 29-da Prezident sarayında xalq artisti, professor Arif Babayevə Azərbaycan muğam sənətinin inkişafındakı böyük xidmətlərinə görə тАЬİstiqlalтАЭ ordeni təqdim etmişdir.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.