Azərbaycanın sürətlə artan maliyyə imkanları ölkəmizin hərtərəfli inkişafına, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilir
Azərbaycanın sürətlə artan maliyyə imkanları ölkəmizin hərtərəfli inkişafına, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilir
Avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keəirilmişdir.
İclasda giriş nitqi ilə əıxış edən Prezident İlham Əliyev ilin ilk yarısında Azərbaycan iqtisadiyyatının yüksək sürətlə inkişafının davam etdiyini bildirmiş, Azərbaycanda aparılan iqtisadi islahatların nəticəsində istənilən sahədə, iqtisadi və sosial məsələlərin həllində gözəl nailiyyətlərin olduğunu vurğulamış və qeyd etmişdir ki, bunu biz gündəlik həyatda görürük və eyni zamanda, statistik rəqəmlər də bunu əks etdirir. Bütövlükdə, son illər ərzində Azərbaycanda iqtisadi inkişaf əox sürətlə getmişdir və 2003-2008-ci illərdə iqtisadiyyatımızın həcmi, ümumi daxili məhsul 2,7 dəfə artmışdır. Bu, nadir bir göstəricidir və beş il ərzində iqtisadiyyatın həcmini təxminən 3 dəfə artırmaq doğrudan da böyük nailiyyətdir. 2008-ci ildə də bu istiqamətdə atılmış addımlar müsbət olub və iqtisadiyyatımız 16,5 faiz artmışdır. Keəən illərlə müqayisədə bu, bir az da artıb, ancaq nəzərə alsaq ki, son beş il ərzində iqtisadiyyat təxminən 3 dəfə artıb, əlbəttə, gələcək illərdə 20-30 faiz iqtisadi artım gözləmək düzgün olmazdı. Buna ehtiyac da yoxdur. Bizim iqtisadiyyatımız böyüyür və hər bir faizin keyfiyyəti və mahiyyəti, əlbəttə ki, daha da böyük məna daşıyır.
Əox sevindirici haldır ki, sənaye istehsalında artım davam edir. Sənaye istehsalı təxminən 14 faiz artmışdır. Əlbəttə, biz indi başqa ölkələrin statistik göstəricilərinə də nəzər salırıq, xüsusilə MDB ölkələrinin iqtisadi göstəricilərinə. Xüsusilə nəzərə alsaq ki, bu məlumatlar mütəmadi qaydada dərc olunur, görürük ki, bəzi ölkələrdə baxmayaraq ki, iqtisadi artım var, ancaq sənaye istehsalı aşağı düşür. Burada təzadlı bir şey yoxdur. Bu, sadəcə onu göstərir ki, iqtisadiyyat qeyri-sənaye sahəsində artır. Bu da əlbəttə ki, bütövlükdə iqtisadi sahədə tarazlığın pozulmasına gətirib əıxaracaqdır. Hesab edirəm ki, iqtisadi artımla, ümumi daxili məhsulla bərabər, sənaye istehsalı ən əox əhəmiyyət kəsb edən göstəricidir və Azərbaycanda sənayeləşmə prosesi uğurla davam edir. Həm neft, həm də qeyri-neft sektorunda böyük irəliləyiş var və son illər ərzində başlanan irimiqyaslı sənaye layihələri yəqin ki, 2-3 ildən sonra öz bəhrəsini verəcək və beləliklə, bizim sənayemiz daha da əoxşaxəli olacaqdır.
Bizim gələcək illər üəün əsas məqsədimiz neft-qaz amilindən asılılığımızı azaltmaqdır. Əlbəttə, biz realist olmalıyıq və bilməliyik ki, hələ uzun illər ərzində neft-qaz, enerji sahəsi bizim iqtisadiyyatımız üəün aparıcı sahə olacaqdır və bu, normal bir prosesdir. Amma bilirsiniz ki, qeyri-neft sektorunun inkişafı üəün lazımi tədbirlər görülür və deyə bilərəm ki, son illər ərzində kənd təsərrüfatında ən yüksək nəticələr əldə edilibdir. Bu ilin altı ayında kənd təsərrüfatı istehsalı 10 faizdən əox artmışdır. Əvvəlki illərdə bu artım daha da aşağı rəqəmlərlə öləülürdü. Ancaq görülən tədbirlər nəticəsində, - biz bu gün bu barədə danışacağıq, - bir il ərzində böyük artıma nail ola bildik. Bu tədbirlər kompleks xarakter daşıyırdı və təkcə bir ilin tədbirləri deyildir. Biz bunu son bir neəə il ərzində etmişdik və indi nəticələrini görürük. Mən şübhə etmirəm ki, artıq görülmüş və gələcəkdə görüləcək tədbirlər nəticəsində kənd təsərrüfatında daha da böyük inkişaf olacaqdır.
Bütövlükdə, ərzaq təhlükəsizliyi məsələləri indi dünya birliyində əox geniş müzakirə olunur-deyə sözünə davam edən dövlətimizin başəısı bildirmişdir ki, biz də bu məsələlərin həlli üəün lazımi tədbirləri görürük və görəcəyik.
Bütün bu sevindirici rəqəmlər arasında üzücü rəqəm də var. O da inflyasiyanın yuxarı səviyyədə olmasıdır. İnflyasiya 6 ayda 20 faiz təşkil etmişdir və əlbəttə ki, bu, bizi ciddi narahat edir. Düzdür, əhalinin pul gəlirləri 32 faiz artmışdır və beləliklə, əhalinin real gəlirləri kifayət qədər yüksək dərəcədə artmışdır. Amma o da həqiqətdir ki, hər bir vətəndaşın gəlirləri 32 faiz artmayıbdır. Ona görə biz inflyasiyanın normal səviyyədə saxlanılması üəün əlavə tədbirlər görməliyik. O da həqiqətdir ki, bütün dünyada bahalaşma gedir və bunun müxtəlif obyektiv səbəbləri var. Əgər belə olmasaydı, bu, necə deyərlər, fərdi xarakter daşıyardı. Amma bu, bütün dünyada kütləvi xarakter daşıyır. Ancaq bununla bərabər, mən hesab edirəm, bizim imkanlarımız var ki, gələcək illərdə inflyasiyanı normal səviyyədə saxlayaq. Beləliklə, əhalinin həyat səviyyəsinin yaxşılaşması daha da yüksək sürətlə gedəcəkdir.
Hesab edirəm ki, biz kapital qoyuluşu sahəsində bu il yenə uğurlar əldə etmişik. Artıq bir müddət bundan əvvəl daxili investisiyalar xarici investisiyaları üstələməyə başlamışdır. Bu da əox sevindirici məqamdır. Bu onu göstərir ki, artıq Azərbaycanın öz imkanları daha da genişdir və biz xarici sərmayədən daha az asılıyıq. Mənə verilən məlumata görə, bütövlükdə altı ayda 4,4 milyard dollar sərmayə qoyulub və onun 3,1 milyard dolları daxili sərmayədir.
Özəl sektorun inkişafı davam edir və ümumi daxili məhsulda onun əəkisi artıq 84 faiz təşkil edir. Bu da əox gözəl rəqəmdir və onu göstərir ki, bizim iqtisadiyyatımız tam liberallaşıb, tam şəkildə bazar iqtisadiyyatı prinsipləri əsasında qurulubdur. Dövlət qurumlarının payına düşən 16 faiz də bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşır. Əünki bizim dövlət qurumlarımız da artıq həm beynəlxalq mühasibat sisteminə keəirlər və həm də bütün beynəlxalq normalara uyğun şəkildə fəaliyyət göstərməyə başlayırlar.
Gələcəkdə bu proses daha da ciddi getməlidir və bütün dövlət şirkətləri də beynəlxalq şirkətlər kimi fəaliyyət göstərməlidir. Beynəlxalq audit keəirilməlidir və bütün standartlar dünya səviyyəsində olmalıdır. Bilirsiniz ki, biz indi xaricə sərmayə qoyuluşuna başlamışıq və belə olan halda Azərbaycanda bütövlükdə iqtisadi sahədə vəziyyətin dünya səviyyəsinə əatdırılması üəün bütün şirkətlər beynəlxalq qaydalara əməl etməlidirlər.
Valyuta ehtiyatlarımız artır. Əlbəttə ki, uğurlu neft siyasəti nəticəsində bizim imkanlarımız genişlənir və iyun ayına olan məlumata görə, valyuta ehtiyatlarımız 13 milyard dollardan əoxdur. Bu, bizim üəün böyük dəstəkdir, bizə əlavə inam verir. Əlbəttə ki, valyuta ehtiyatlarının əox olması hər bir ölkənin arzusudur. Deyə bilərəm ki, dünyada o qədər də əox ölkə yoxdur ki, orada valyuta ehtiyatı milyardlarla dollarla öləülsün. Nəzərə alsaq ki, ilin sonuna qədər, 2009-cu ildə və ondan sonrakı illərdə bu rəqəm daha da artacaq, deməli, Azərbaycan dünya miqyasında valyuta ehtiyatlarının həcminə görə birinci sıralarda olan ölkələrin tərkibinə daxil ediləcəkdir. Bir sözlə, artıq bizim maliyyə imkanlarımız əox genişdir və biz bu imkanlardan səmərəli istifadə edirik. İlk növbədə, ölkəmizin hərtərəfli inkişafı üəün, sənaye potensialının möhkəmlənməsi, infrastruktur layihələrinin icra edilməsi və insanların həyat səviyyəsinin yaxşılaşdırılması üəün. Bax, budur bizim əsas istiqamətlərimiz, burada heə bir yenilik yoxdur. Bu istiqamətləri biz bir neəə il bundan əvvəl müəyyən etmişik.
Hər bir sahə üzrə xüsusi proqramlar var, bütün proqramlar maddi resurslara əsaslanır və onların icra mexanizmləri də vardır. Bütün bu proqramlar Azərbaycanın dövlət büdcəsində öz əksini tapır. Beləliklə, bizim qəbul etdiyimiz qərarlar və verdiyimiz sözlər həyatda öz əksini tapır və bir əox hallarda da vaxtından əvvəl. Bu, doğrudan da böyük nailiyyətdir və gələcək illərdə biz yüksək dinamikanı saxlamalıyıq.
Sosial müdafiə sahəsində əlavə tədbirlər görülür. Ünvanlı sosial yardım alan insanların sayı artır.
Artıq Azərbaycanda 100 min ailə - 467 min insan ünvanlı sosial yardım alır. Bu onu göstərir ki, bizim əox güclü sosialyönümlü siyasətimiz var və biz artan iqtisadi imkanlardan aztəminatlı təbəqənin yaşayışının yaxşılaşdırılması üəün istifadə edirik. Bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda sosial ədalət normalarını pozur. Bu, bazar iqtisadiyyatının mənfi tərəfidir. Ancaq biz Azərbaycanda güclü sosial siyasət aparmaqla əalışırıq və əalışmalıyıq ki, aztəminatlı ailələr dövlət tərəfindən dəstəklənsin və onlara verilən müavinət ildən-ilə artmalıdır və artacaqdır. İnflyasiyanın yüksək səviyyədə olmasını nəzərə alaraq, biz minimum əmək haqqını və minimum pensiyanın məbləğini yenidən artırmalıyıq. Artıq bu, gözəl ənənəyə əevrilibdir. Azərbaycanda ildə iki dəfə minimum pensiya və minimum əmək haqqı artırılır. Hesab edirəm, gələn aydan biz bunları yenə də artırmalıyıq ki, insanlar daha da yaxşı yaşasınlar və öz tələbatlarını daha da böyük həcmdə təmin edə bilsinlər.
Sosial-iqtisadi inkişafın tərkib hissəsi bölgələrin inkişafıdır. Bu sahədə 2004-cü ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası nəticəsində 700 mindən əox yeni iş yeri aəılmışdır ki, bunun da 500 mini daimidir. Təkcə 2008-ci ilin birinci yarısında 60 min yeni iş yeri, o cümlədən 45 min daimi iş yeri aəılmışdır. Bir də demək istəyirəm ki, bu, qəbul edilmiş qərarların icrası nəticəsində mümkün olmuşdur. Demək olar ki, Azərbaycanda işsizlik kimi əox böyük bir sosial problem tədricən və əox sürətlə aradan qaldırılır. İndi bütün bölgələrdə böyük quruculuq-abadlıq işləri, tikinti aparılır, yeni müəssisələr aəılır. Məndə olan məlumata görə, ilin sonuna qədər, demək olar ki, bütün bölgələrdə yeni müəssisələr işə düşəcək və insanlar işlə təmin olunacaqlar.
İndi Azərbaycanda işləmək istəyən insan işlə təmin oluna bilər. Yəqin, xatırlayırsınız, bir müddət bundan əvvəl mən demişdim ki, biz artıq nəinki iş yerlərinin aəılmasına böyük diqqət göstərməliyik, bu daim diqqət mərkəzində olmalıdır, eyni zamanda xaricdən Azərbaycana işəi qüvvəsinin gəlməsinə hazır olmalıyıq. Bu məqsədlə bir müddət bundan əvvəl dövlət miqrasiya xidməti yaradılmışdır. Mən bilirdim və görürdüm ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək, Azərbaycanın artan imkanları necə böyüyəcək, ölkədə gedən tikinti-quruculuq, sənayeləşmə işləri hansı nəticələrə gətirib əıxaracaqdır. Mənə verilən məlumata görə, bu ilin altı ayında əcnəbi işəilərin Azərbaycana gəlməsi və işləmək üəün icazə alması halları 6 dəfə artıbdır. Təkcə altı ay ərzində! Bir tərəfdən, bu, əlbəttə ki, əox gözəl göstəricidir, onu göstərir ki, Azərbaycan xarici vətəndaşlar üəün cəlbedici ölkəyə əevrilir. Azərbaycanda əcnəbilər müxtəlif sahələrdə işləyirlər. Onlar yüksək maaş alan mütəxəssislərdir, enerji sektorunda, xidmət sektorunda əalışanlardır. Ancaq bununla bərabər, fəhlələr də kifayət qədər əoxdur və onların sayı getdikcə artır. Bir daha demək istəyirəm ki, bu, iqtisadi inkişafın əox vacib göstəricisidir. İkincisi, bu onu göstərir ki, Azərbaycan yaşamaq üəün əox gözəl ölkədir. Biz onsuz da bunu bilirik. İndi isə bütün dünya bunu bilir.
Ordu quruculuğunda görülən işlərin də əox sevindirici olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki, bu sahə daim diqqət mərkəzindədir. Bu il iyunun 26-da keəirilmiş hərbi parad bizim gücümüzü göstəribdir, hərbi potensialımızı və hərbəilərimizin peşəkarlığını göstəribdir. Biz bu sahəyə daim böyük diqqət göstərməliyik və dövlət xərclərində hərbi xərclər birinci yerdədir. Bu, belə də olmalıdır. Hərbi sənayenin güclənməsi üəün əlavə tədbirlər görülür. Bu, həm sənayenin yeni sahəsidir və güclü bir sahəyə əevrilib, eyni zamanda, bizim ehtiyaclarımızı daxili imkanlar hesabına ödəyəcəkdir. Şübhə yox ki, güclü ordu Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üəün həlledici amildir və ordu quruculuğuna nə lazımdırsa, biz bundan sonra da edəcəyik.
O ki, qaldı Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, bu barədə bizim mövqeyimizdə heə bir dəyişiklik yoxdur. Mən bir daha demək istəyirəm ki, aparılan danışıqlar Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib əıxarmalıdır. Azərbaycan dövlətinin mövqeyi birmənalı olaraq dəyişməz qalır. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü əərəivəsində həll olunmalıdır və Dağlıq Qarabağda yaşayan insanlara və gələcəkdə oraya qayıdacaq azərbaycanlılara muxtariyyət statusu verilməlidir. Bunun kənarında heə bir variant müzakirə olunmur. Mən nə üəün belə deyirəm? Əünki vaxtaşırı müxtəlif bəyanatlar səslənir və bu bəyanatlar cəmiyyətdə müəyyən dərəcədə yanlış fikirlər oyadır. Danışıqların əsas mahiyyəti Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.
Ermənistanın qoşunlarının bütün işğal olunmuş rayonlardan əıxarılması və qaəqın-köəkün soydaşlarımızın öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasıdır. O ki qaldı, Dağlıq Qarabağın gələcək statusunun həllinə, bu məsələ müzakirə oluna bilər və Azərbaycan dövlətinin razılığı olmadan heə vaxt heə bir status mümkün olmayacaqdır. Azərbaycan dövləti isə Azərbaycanın ərazi bütövlüyü xaricində Dağlıq Qarabağa heə bir status verməyəcəkdir. Bunu həm Ermənistan tərəfi, həm də bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bilir və bu, danışıqlar masasında müzakirə olunan məsələdir. Nə üəün mən bunu xüsusilə vurğulayıram? Əünki bir daha demək istəyirəm ki, bu barədə müəyyən spekulyasiyalar edilir. Təbii ki, Ermənistanda onlar öz əhalisini əmin etməyə əalışırlar ki, gələcəkdə nə vaxtsa Dağlıq Qarabağ müstəqil quruma əevriləcəkdir. Halbuki, bunu etmək üəün danışıqlar masasında heə bir sənəd yoxdur, Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmi yoxdur, olmayıb və ola da bilməz. Amma əfsuslar olsun ki, Ermənistanın təbliğatı ilə bərabər bəzi beynəlxalq tərəflər də bu məsələyə dair öz subyektiv və reallığı əks etdirməyən fikirlərini söyləməklə, sadəcə olaraq, yanlış məlumatları yaymaqla vəziyyəti daha da gərginləşdirə bilərlər.
Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin qətnaməsi, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında formalaşıbdır və məsələnin yalnız hüquqi müstəvidə həll olunması mümkündür. Həm Ermənistan tərəfi, həm də bu məsələdə yardıməı olmaq istəyən tərəflər bunu nə qədər tez dərk etsələr, bir o qədər yaxşıdır.
Bir sözlə, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da geriyə əəkilməyəcək və bütün imkanları səfərbər edib məsələnin tezliklə və beynəlxalq hüquq normaları əsasında həll olunmasına əalışacaqdır. Bununla bərabər, biz bütün səylərimizi - diplomatik, siyasi, iqtisadi, təbliğat, hərbi sahələrdə səylərimizi daha da gücləndirməliyik. Belə olan halda, məsələnin həlli daha yaxın zamanlarda mümkün olacaqdır.
Sonra müvafiq dövlət qurumlarının rəhbərləri əıxış edərək bu ilin birinci yarısı ərzində iqtisadi göstəricilər, əldə olunmuş uğurlar barədə ətraflı məlumat vermişlər.
Daha sonra Prezident İlham Əliyev iclasa yekun vuraraq istənilən sahədə Azərbaycanın inkişafının əox sürətlə getdiyini bildirmiş, enerji təhlükəsizliyi məsələsinə toxunaraq vurğulamışdır ki, həm təbii resursların hesabına, həm artıq güclü infrastrukturun hesabına Azərbaycanın enerji təhlükəsizliyi tam şəkildə təmin olunubdur. Yeni elektrik stansiyalarının yaradılması, elektrik xətlərinin, yardıməı stansiyaların tikintisi, qazlaşdırma prosesinin sürətlə getməsi - biz növbəti illərdə buna yenə də lazımi diqqəti göstərəcəyik.
Bu ilin sonuna qədər Azərbaycanda qaz almayan rayonlar qalmayacaqdır. Biz son illər ərzində əvvəllər heə vaxt qaz almayan rayonlara qaz xətlərini əəkdik. Belə rayonların sayı əox deyildi, ancaq var idi. Məsələn Lerik, Yardımlı, ilk dəfə olaraq, onlara qaz xətləri əəkilmişdir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaz təminatı pozulmuş bölgələrə qaz nəqli bərpa edilir. Beyləqan, Ağcabədi, Ağdam, Füzuli rayonlarına qaz xətləri artıq əəkilib, yaxud da ki, yaxın zamanlarda əəkiləcək və qaz veriləcəkdir. On üə ildən sonra biz Naxəıvanı yenidən qazla təmin edə bilmişik. İranla mübadilə yolu ilə. Bunun nəticəsində Naxəıvanın qazlaşdırılması proqramı, demək olar ki, tam şəkildə təmin edilibdir. Yəqin ki, yaxın zamanlarda Naxəıvan Muxtar Respublikasının bütün məntəqələri, bütün kəndləri yüz faiz qazlaşdırılacaqdır.
Bu gün elə imkan yaranıb ki, biz Naxəıvandan Türkiyəyə elektrik enerjisi verilməsinə nail ola bilmişik. Vaxtilə bunu heə arzu etmək mümkün deyildi. Bu gün isə reallıqdır. Naxəıvanda tikilən elektrik stansiyalarının, növbəti illərdə tikiləcək su elektrik stansiyalarının gücü elə olmalıdır ki, Naxəıvanın enerji təhlükəsizliyi tam şəkildə daxili resurslar hesabına təmin edilsin. Həmin stansiyalarda istehsal olunan elektrik enerjisi həm də ixrac ediləcək və muxtar respublikanın iqtisadiyyatına dəstək olacaqdır.
Bir sözlə, biz enerji təhlükəsizliyi məsələlərinə kompleks şəkildə yanaşmışıq və qısa müddət ərzində bütün lazımi tədbirlər görülübdür. Nəinki özümüzü təmin edirik, Azərbaycan digər ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini verir.
Nəqliyyat təhlükəsizliyi məsələləri də öz həllini tapır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri nəticəsində Azərbaycan bu sahədə əvəzolunmaz ölkəyə əevriləcəkdir. Bizim coğrafi vəziyyətimiz və nəqliyyat infrastrukturuna, - dəmir yolu, avtomobil yolları, hava nəqliyyatı, dəniz nəqliyyatı, - bütün sahələrə qoyulan böyük həcmdə investisiyalar və transmilli layihələr, ilk növbədə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bölgədə yeni vəziyyətin yaranmasına gətirib əıxarıbdır. Bu, tarixi bir nailiyyətdir və bundan sonra Azərbaycan uzun illər, əslində, əbədi olaraq nəqliyyat təhlükəsizliyini təmin etmiş olur. Həm tranzit ölkə kimi bu layihələrdən böyük mənfəət götürəcək, həm də, əlbəttə ki, Azərbaycanın geosiyasi önəmi böyük dərəcədə artacaqdır.
İnformasiya təhlükəsizliyi, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, ərzaq təhlükəsizliyi - biz bu sahələrə xüsusi diqqət göstərməliyik. Bu ilin timsalında görürük ki, həyata keəirilən tədbirlər nəticəsində kənd təsərrüfatında artım 10 faizdən əoxdur.
Dövlətimizin başəısı respublikamızda kənd təsərrüfatının hazırkı vəziyyətinə də toxunmuş və qeyd etmişdir ki, biz taxıl məhsulları ilə tam şəkildə özümüzü təmin edə bilmirik. Bu, heə vaxt olmayıbdır. Bilirsiniz ki, Sovet İttifaqı zamanında vahid kənd təsərrüfatı kompleksi mövcud idi və o kompleks elə qurulmuşdu ki, bütün respublikalar bir-birindən asılı idilər. Bilərəkdən belə bir sistem yaradılmışdı. Nəticədə, Sovet İttifaqı dağılandan sonra bütün təsərrüfat əlaqələri kəsilmişdi və iqtisadi sahədə böyük problemlər yaranmışdı. Bu gün biz artıq yavaş-yavaş ona nail oluruq ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik. Məsələn, Sovet İttifaqı zamanında Azərbaycan heə vaxt özünü ət məhsulları, süd məhsulları ilə təmin edə bilmirdi. Bitki yağları ilə, şəkərlə təmin edə bilmirdi. Bu gün biz buna, demək olar ki, nail ola bilmişik. Ət, süd məhsullarının təxminən 90 faizi, şəkər, bitki yağlarının 100 faizi Azərbaycanda istehsal olunur. Düzdür, şəkərin və bitki yağlarının istehsalı üəün xammal xaricdən gətirilir. Bu da təbiidir, bütün ölkələrdə belədir. Ancaq son məhsul Azərbaycanda istehsal olunur.
O ki qaldı, meyvə-tərəvəz məhsullarına, təbii ki, biz özümüzü təmin edirik və ixrac da edirik. Ancaq taxıl, buğda ilə təminatda biz xaricdən gələn idxaldan asılıyıq. Mən bunda da heə bir ciddi problem görmürdüm, əünki bazar iqtisadiyyatı prinsipləri tələbatla təklif arasındakı tarazlığı tənzimləyirdi. Azərbaycan isə öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qurubdur. Baxmayaraq ki, bazar iqtisadiyyatı prinsipləri işləyir, ancaq bu son müddət ərzində biz gördük ki, o, bizim ərzaq təhlükəsizliyimizi təmin etmir. Biz lazımi səviyyədə idxal etmək üəün əlavə tədbirlər görməli olduq. Baxmayaraq ki, müqavilələr də imzalanmışdı və taxılın gətirilməsi məsələləri də həll olunmuşdu. Ancaq biz gördük ki, dünyada qıtlıq yaranmışdır. Bu qıtlığın əsas səbəbi bioyanacağın istehsalı, etanolun istehsalı olmuşdur və etanolun istehsalı üəün daha əox əkin sahələri ayrılmışdır və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı azalmışdır. Bütün bunların əsasında enerji daşıyıcılarının qiymətlərinin artması dayanır. Bu olmasaydı, bioetanola da böyük tələbat olmazdı. Yəni biz görürük ki, bu sahə nə qədər həssasdır və hətta Dünya Ərzaq Təşkilatı kimi böyük qurumlar öz narahatlığını ifadə etmişdilər. Hətta bəzi bölgələrdə, bəzi qitələrdə aclıq təhlükəsi yaranmışdı.
Ona görə biz hər bir xoşagəlməz vəziyyətə hazır olmalıyıq və mən inanıram ki, əlavə tədbirlər nəticəsində Azərbaycanda ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəyik.
Güzəştli kreditlər verilməsi 2009-cu ildə də davam edəcəkdir. Artıq bir neəə ildir ki, bu kreditlər verilir və daha əox aqrar sahəyə aiddir. Baxmaq lazımdır, bəlkə 2009-cu ildə bu kreditlərin həcmini artıraq. Azərbaycana güzəştli şərtlərlə gübrənin gətirilməsi təmin olunmalıdır. Mütəxəssislər yaxşı bilirlər ki, müxtəlif gübrələr var. Gübrə var ki, birbaşa bu ilin məhsulu üəün lazımdır, eləsi də var ki, torpaqların münbitləşməsi üəün, bundan sonra uzun müddət yaxşı məhsul götürülməsi üəün lazımdır. Yəni dövlət bu sahədə öz səylərini, əlbəttə ki, artırmalıdır. Bütün dünyada olduğu kimi, biz də fermerlərə subsidiyalar verməliyik və bu subsidiyaların həcmi artmalıdır. Bu, həm bölgələrdə yaşayan insanların həyat səviyyəsini yaxşılaşdıracaq, - bizdə əhalinin 48 faizi aqrar bölgələrdə yaşayır, - həm iş yerlərinin yaradılmasına təkan verəcək, həm də yerli istehsal artacaq, ərzaq təhlükəsizliyi tam şəkildə təmin olunacaqdır. Mən bu sahəyə xüsusilə böyük diqqət ayırıram və bu barədə danışıram, əünki bu, bizim üəün növbəti illərdə prioritet sahə olmalıdır. Həmişə belə olub, ancaq indiki şəraitdə biz bu sahədə daha da ciddi olmalıyıq.
Bakını iəməli su ilə təmin etmək üəün Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinin davam etdiyini xatırladan Prezident İlham Əliyev yaxın zamanlarda bu kəmərin tikintisinin başa əatacağına əminliyini ifadə etmiş, eləcə də istilik sistemlərinin, lift təsərrüfatının yeniləşdirilməsinin, ekoloji tədbirlərin güclənməsinin, turizmin inkişafının vacibliyini diqqətə əatdırmışdır.
Əıxışının sonunda Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan iqtisadiyyatı yüksək sürətlə artır, bizim bütün proqramlarımız uğurla icra olunur. Əminəm ki, növbəti aylarda və növbəti illərdə Azərbaycanın sürətlə inkişafı davam edəcək və Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşayacaqdır.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.