Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də ATƏT Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lennmarkeri qəbul etmişdir.


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də ATƏT Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lennmarkeri qəbul etmişdir. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin тАЬQloballaşan dünyada informasiya hamı üçünтАЭ mövzusunda Bakıda keçirilən 30-cu iclasının iştirakçılarını qəbul etmişdir. Prezident İlham Əliyev təşkilatın İcraiyyə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsini ölkəmizdə kütləvi informasiya vasitələrinə göstərilən diqqətin nümunəsi kimi dəyərləndirdi. Bildirildi ki, bu iclas həm də dünyanın müxtəlif ölkələrindən gələn mətbuat nümayəndələrinə Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün geniş imkanlar yaradacaqdır. Prezident İlham Əliyev dedi ki, ölkəmizlə bağlı məlumatlar bəzən dünya ictimaiyyətinə düzgün çatdırılmır, ona görə də xarici ölkələrin mətbuat nümayəndələrinin səfərləri Azərbaycanda gedən proseslərin olduğu kimi işıqlandırılması baxımından da əhəmiyyətlidir.
***
Sentyabrın 2-də Bakıda, Heydər Əliyev adına İdman və Konsert Kompleksində тАЬAzərbaycan-2008тАЭ milli sərgisinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlət və qeyri-dövlət sektorunu təmsil edən şirkət, firma və müəssisələrin məhsulları ilə tanış olan Prezident İlham Əliyev əvvəlcə Naxçıvan Muxtar Respublikasına aid pavilyona baxdı. Məlumat verildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyasının indiki mərhələdə uğurla davam etdirilməsi muxtar respublikada da müsbət nəticələr verir. Burada 110 yeni istehsal müəssisəsi fəaliyyətə başlamış, 250 növ məhsul istehsal olunur. Yerli istehsal nəticəsində əhalinin tələbatı 220 növ məhsul üzrə tamamilə ödənilir. İndiki sərgidə muxtar respublikanın 46 şirkətinin istehsalı olan tikinti materialları, ərzaq, elektrotexnika məhsulları, mineral sular, ümumiyyətlə, 100-dən çox çeşiddə məhsulu nümayiş etdirilir. Prezident İlham Əliyev bu istehsal sahələrinin son 4 ildə yaradıldığını və daxili tələbatın böyük hissəsinin ödənildiyini vurğuladı. Prezident İlham Əliyev digər şirkətlərin məhsulları ilə də yaxından tanış oldu. Daha sonra dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin banisi olduğu yeni neft strategiyasının uğurlarını hərtərəfli əks etdirən Azərbaycan Dövlət Neft Şirkətinin pavilyonuna gəldi. Burada sosial inkişaf, ekologiya, sərmayələr, neftin emalı, elmi tədqiqatlar, layihələndirmə, informasiya texnologiyaları, qaz və neft hasilatı ilə bağlı əsas göstəricilər, şirkət tərəfindən bölgələrdə tikilən müalicə-diaqnostika mərkəzlərinin maketləri, bütün istiqamətlərə gedən neft-qaz kəmərlərinin xəritəsi əks etdirilir. Sərgi ilə tanışlıqdan razı qalan Prezident İlham Əliyev iştirakçılara uğurlar arzuladı.
***
Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-ın vitse-prezidenti Dik Çeyninin görüşü olmuşdur. Prezident İlham Əliyev hörmətli qonağı salamlayaraq dedi ki, biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Bu gün ikitərəfləri münasibətlərimiz və regional vəziyyət barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkanımız oldu. Bir daha bildirdik ki, ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir və bir çox yeni sahələri əhatə edir. Münasibətlərimizin artıq uzun tarixi var. Əlaqələrimiz, əsasən, enerji məsələlərindən başlanmışdır. Regionda həyata keçirdiyimiz enerji layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi və Azərbaycanın təşəbbüsü ilə başlamışdır. Bütün bu layihələr artıq reallaşmışdır. Bunlar, sözün əsl mənasında, uğurlu hadisələrdir. Hazırda biz energetika sahəsində tərəfdaşlığın və enerji təchizatının şaxələndirilməsinin daha da inkişaf etdirilməsi üzərində çalışırıq. Bu, təkcə istehlakçılar üçün deyil, həmçinin Azərbaycan istehsalçıları üçün də vacibdir. Bundan sonra ölkələrimiz arasında münasibətlər digər müxtəlif sahələrdə də inkişaf etməyə başladı və hazırda əlaqələrimiz çox geniş formatı əhatə edir. Siyasi əlaqələrimiz uğurla inkişaf edir. Güclü iqtisadi münasibətlərimiz var. Təhlükəsizlik, müdafiə sahəsində əlaqələrimiz, beynəlxalq sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığımız və sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi bizim üçün çox əhəmiyyətlidir. Minsk qrupunun həmsədrlərindən biri kimi Amerika Birləşmiş Ştatları hər iki tərəfin münaqişənin həlli yollarını tapması işinə kömək göstərilməsində vacib rol oynayır. Lakin əlbəttə ki, digər münaqişələr kimi, bu münaqişənin həlli də beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Azərbaycanın, regionun və dünyanın bütün ölkələrinin ərazi bütövlüyünə hörmət edilməsi şərti ilə.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 4-də İranın xarici işlər nazirinin müavini Mehdi Səfərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycanla İran arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Macarıstan parlamentinin - Milli Assambleyanın sədri xanım Katalin Silinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Ölkələrimiz arasında tərəfdaşlığın səviyyəsindən məmnunluğunu vurğulayan Prezident İlham Əliyev parlamentlərarası əməkdaşlıq üçün də böyük potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı xanım Katalin Silinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini söylədi.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Vatikanın ölkəmizdəki apostol nunsisi Klaudio Qucerottini qəbul etmişdir. Azərbaycanla Vatikan arasında əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev ölkəmizdə bütün dinlərin, o cümlədən katolik icması nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını vurğuladı, bu siyasətin bundan sonra da davam etdiriləcəyini bildirdi.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb