Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 4-də Prezident sarayında Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasili İstratovun etimadnaməsini qəbul etmişdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 4-də Bakının Xətai rayonunda yerləşən тАЬExcelsiorтАЭ mehmanxanası dairəsində - Heydər Əliyev prospekti, Babək və Şah İsmayıl Xətai prospektlərinin kəsişdiyi yerdə tikiləcək yeni körpü və tunellərin təməlqoyma mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev əvvəlcə тАЬExcelsiorтАЭ mehmanxanası dairəsində yaradılacaq yol qovşağının layihəsi ilə tanış oldu.
Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi, bu gün sonuncu, yəni proqrama əsasən 9-cu yol qovşağının təməlinin qoyulduğunu bildirdi.
Prezident İlham Əliyev piyadalar üçün yeraltı və yerüstü keçidlərin də layihəyə salınmasının zəruriliyini bildirdi.
Sonra Prezident İlham Əliyev içərisindəki kağıza тАЬAzərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Heydər Əliyev prospekti, Babək və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində tikilən körpü və tunellərin təməl daşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulur. Bakı şəhəri, 4 avqust 2006-cı ilтАЭ sözləri yazılmış gilizi təmələ qoydu və beton qatışığı tökdü.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.