Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı Naxçıvanın timsalında özünü əyani şəkildə göstərir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-4 tarixlərində Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.
Səfərin ilk günü Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Culfa rayon mərkəzi xəstəxanasının açılış mərasimində iştirak etmişlər.
Dövlət başçısı İlham Əliyev xəstəxananın açılışını bildirən rəmzi qırmızı lenti kəsdi, yeni müalicə ocağı ilə tanış oldu, burada yaradılmış şəraiti yüksək qiymətləndirdi.
Sonra xəstəxananın açılışı münasibətilə mərasim keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Həmin gün Prezident İlham Əliyev тАЬNтАЭ hərbi hissəsində olmuşdur.
Dövlətimizin başçısı hərbi hissənin qərargahı ilə tanış oldu. Prezident İlham Əliyev əvvəlcə burada yaradılan Heydər Əliyev muzeyinə baxdı. Muzeydə ulu öndərin dövlət quruculuğu sahəsindəki fəaliyyətini, ümummilli liderin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda hərbi hissələrdə əsgərlərlə keçirdikləri görüşlərini əks etdirən fotoşəkillər toplanmışdır.
Üçmərtəbəli qərargah binasında zabitlərin hər biri üçün zəruri texniki avadanlıqla təchiz olunmuş ayrıca otaqlar vardır.
Ali baş komandan sonra əsgər yataqxanası ilə tanış oldu. Burada əsgərlərin istirahəti üçün hər bir şərait var. Daha sonra yeməkxana ilə tanış olan Prezident İlham Əliyev burada əsgərlərlə birlikdə nahar etdi.
İyunun 3-də Prezident İlham Əliyev Naxçıvan şəhərinin mərkəzində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yeni tikilmiş binasının açılışında da iştirak etmişdir.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, bina ilə tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, yeni binanın inşasına ötən ilin mayında başlanmışdı. Konsulluq şöbəsində Sədərək, Culfa, Şahtaxtı sərhəd-keçid məntəqələri və Naxçıvan beynəlxalq hava limanı üzrə viza və pasport məsələləri ilə də məşğul olacaqlar. Binadakı kompüterlərin hamısı avtomatlaşdırılmış mərkəz axtarışı və mərkəzi pasport sisteminə qoşulmuşdur. Burada protokol şöbəsi, katiblik, server otaqları və digər bölmələr üçün də rahat şərait vardır.
Müxtəlif ədəbiyyatla təchiz olunan kitabxanada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin xarici siyasəti ilə bağlı keçirdiyi tədbirlərə dair kitablar da toplanmışdır. Arxiv, konfrans salonu, müxtəlif xidmət otaqları da müasir tələblərə cavab verir.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Naxçıvan şəhər mərkəzindəki Dədə Qorqud meydanında olmuşlar.
Dövlətimizin başçısına məlumat verildi ki, burada yenidən qurulmuş turizm mərkəzi memarlıq baxımından diqqəti cəlb edir. Keçmiş illərdə burada mədrəsə, sonralar dram dərnəyi fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyev yeniyetmə yaşlarında dərnəkdə iştirak etmişdir. Onun burada тАЬVaqifтАЭ dramında oynayarkən çəkilmiş fotoşəkli və özünün çəkdiyi məktəbli qızın şəkli nümayiş olunur.
Sonra Prezident İlham Əliyev yenidən qurulmuş beşulduzlu тАЬTəbrizтАЭ mehmanxanasına baxdı. Məlumat verildi ki, ən müasir üslubda yenidən qurulmuş mehmanxanada yerli və xarici qonaqları qəbul etmək üçün rahat şərait yaradılmışdır.
Prezident İlham Əliyev yenidənqurma işlərini yüksək qiymətləndirdi.
Sonra dövlətimizin başçısı Dədə Qorqud meydanındakı XVIII əsrə aid Şərq hamamına baxdı. Prezident İlham Əliyev bildirdi ki, bu cür abidələrin qorunub saxlanmasına daim diqqət yetirilməlidir.
İyunun 3-də Naxçıvan şəhərində Əyləncə-idman mərkəzinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Mərkəzlə tanışlıq zamanı bildirlidi ki, müasir standartlara cavab verən mərkəz oyun və bar salonlarından ibarətdir. Burada eyni vaxtda 200 nəfərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Türkiyədən gətirilmiş xüsusi işıq və səs sistemləri quraşdırılmışdır. Oyun salonu da lazımi avadanlıqla təchiz olunmuşdur. Burada iki bilyard stolu, futbol və xokkey oyunları masaları qoyulmuşdur. Muxtar respublikada ilk boulinq salonu da burada yaradılmışdır. Dörd oyun xətlik boulinq sistemi ABŞ-dan gətirilmişdir. Sistemə kompüter vasitəsilə nəzarət mümkündür. Əyləncə mərkəzinin yerləşdiyi ərazidə yaşıllaşdırma işləri aparılmış, oturacaqlar quraşdırılmışdır. Sonra Prezident İlham Əliyev salonlara baxdı, bilyard oynadı.
Bundan başqa, iyunun 3-də Naxçıvanda tibb məktəbinin yenidən qurulmuş binasının açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Prezident İlham Əliyev məktəbin açılışını bildirən lenti kəsdi. Sonra dövlətimizin başçısı və xanımı məktəblə tanış oldular.
Məlumat verildi ki, Naxçıvanda yeganə olan tibb məktəbinin dördmərtəbəli binası yenidən qurulduqdan sonra tamamilə müasir görkəm almışdır. Burada səkkiz mühazirə otağı, yeddi kabinet, üç laboratoriya otağı, kitabxana, akt salonu, kompüter mərkəzi, idman salonu vardır. Heydər Əliyev lektoriyasında isə ulu öndərin irsinin təbliği və gənc nəslə çatdırılması üçün əyani vəsaitlər, fotoşəkillər və sənədlər toplanmışdır. 300 tələbənin təhsil aldığı, 30 müəllimin çalışdığı tibb məktəbində mamalıq işi, müalicə işi, əczaçılıq və tibb bacısı işi ixtisasları üzrə kadrlar hazırlanır.
Həmin gün Naxçıvan şəhərində yeni səhiyyə müəssisəsinin - Doğum mərkəzinin təməlinin qoyulması münasibətilə mərasim də keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzdə hamiləliyin patalogiyası, uşaq neonatalogiyası, reanimasiya və intensiv terapiya, anesteziologiya, fizioloji doğum, ginekoloji şöbələr, əməliyyat bloku, qadın məsləhətxanası və s. fəaliyyət göstərəcəkdir.
Prezident İlham Əliyev gilizi özülə ataraq, beton qarışığı tökdü.
İyunun 3-də Şahbuz rayonunda hərbçilər üçün tikilmiş bina istifadəyə verilmişdir. Prezident İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir.
Prezident İlham Əliyev əvvəlcə mənzillərlə tanış oldu. Məlumat verildi ki, muxtar respublikanın daxili imkanları hesabına tikilmiş beşmərtəbəli binada zabit və gizirlərin ailələri yaşayacaqdır. Hərbçilər üçün istirahət və kompüter otaqları da vardır. Mənzillər yüksək zövqlə, mebel dəstləri və məişət avadanlığı ilə təchiz olunmuş, bütün mənzillərə qaz xətti çəkilmişdir.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, mənzillərin orderlərini hərbçilərə təqdim edərək, onlara xoş arzularını çatdırdı.
***
Xəbər verildiyi kimi, iyunun 3-4 tarixlərində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur.
İyunun 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı səmimiyyətlə qarşıladılar.
Elə həmin gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur.
Görüşdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında, habelə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.
Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğana müraciətlə dedi ki, Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır və əminəm ki, onun nəticələri də çox uğurlu olacaqdır. Biz xüsusilə bütün ikitərəfli, çoxtərəfli, regional məsələləri geniş müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərdə bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə, gələcək illərdə çalışacağıq ki, bütün sahələrdə işbirliyi, qardaşlıq münasibətləri daha da inkişaf etsin. Bizim qarşımızda çoxlu layihələr var. Biz birlikdə bölgədə ən önəmli layihələri uğurla gerçəkləşdiririk. Bizim birgə fəaliyyətimizdən həm ikitərəfli münasibətlər, həm də bölgədə gedən proseslər xeyli dərəcədə asılıdır.
Sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan çıxış edərək dedi ki, Türkiyə və Azərbaycan qardaşdır və aramızdakı əlaqələr bütün sahələrdə - istər siyasi, istər hərbi, istər iqtisadi, istər ticari, istərsə də mədəni sahədə günbəgün inkişaf edir. Biz buraya bir çox nazir dostlarımızla bərabər gəlmişik. Sərhəd şəhəri Naxçıvanda keçirəcəyimiz görüşlərin çox böyük mənası olacaqdır. Bu baxımdan biz buna çox böyük əhəmiyyət veririk. Mən xüsusilə Naxçıvanı görməyi çox arzulayırdım. Ötən səfərim zamanı bu istəyimi Sizə də söyləmişdim. Bugünkü görüşlərimizdən sonra edəcəyimiz ziyarətlər inanıram ki, bu səfərimizi daha da mənalı edəcəkdir.
İyunun 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirmişlər.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan əvvəlcə jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, biz hörmətli Baş nazirlə mütəmadi qaydada həm Bakıda, həm də Ankarada, İstanbulda, başqa şəhərlərdə görüşürük. Ancaq ilk dəfədir ki, bizim görüşümüz Naxçıvanda baş verir. Mən çox minnətdaram ki, hörmətli Baş nazir vaxt tapıb Naxçıvana gəlibdir. Bunun çox böyük siyasi mənası var. Naxçıvan o yerdir, o şəhərdir, o respublikadır ki, Türkiyə ilə Azərbaycan arasında yeganə sərhəd buradadır. Naxçıvanın inkişafında, xüsusilə onun 1990-cı illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün tikilməsi və bütövlükdə Türkiyədən alınan dəstək çox mühüm rol oynamışdır. Bu gün isə bizim ölkələr arasında münasibətlər bütün sahələrdə sürətlə inkişaf edir. Biz bu gün bütün ikitərəfli məsələlərin istiqamətlərini müzakirə etdik. Bütün müzakirə olunan məsələlərdə mövqeyimiz birdir, üst-üstə düşür. Siyasi əlaqələr sürətlə inkişaf edir, bizim iqtisadi imkanlarımız artır, biz birlikdə dünya üçün çox əhəmiyyətli olan və ölkələrimizi böyük dərəcədə gücləndirən enerji layihələrini həyata keçiririk.
Biz bu gün, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində aparılan işlər və gələcək planlar haqqında danışdıq, fikir mübadiləsi apardıq. Türkiyənin bu məsələdə mövqeyi və dəstəyi bizim üçün çox önəmlidir. Xüsusilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində keçirilən son səsvermə zamanı işğal olunmuş ərazilərdə yaranan vəziyyətlə bağlı qətnamənin qəbul edilməsində Türkiyənin dəstəyi və mövqeyi çox mühüm olmuşdur.
Eyni zamanda, biz gələcək fəaliyyət, birgə layihələr haqqında geniş müzakirə apardıq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng layihələr bizi daha da sıx birləşdirir. Bu layihələr, eyni zamanda, bütün türk dünyası üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki digər türkdilli dövlətlər bu layihələrdən səmərəli şəkildə istifadə edə bilərlər və bunun üçün artıq ilkin razılaşmalar vardır. Həm enerji, həm də ki, nəqliyyat layihələrində biz geniş əməkdaşlığa açığıq. Bizim münasibətlərimiz, eyni zamanda, regional işbirliyinə böyük töhfədir və Türkiyə və Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə, heç bir təşəbbüs reallaşa bilməz.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanatında bildirdi ki, hörmətli Prezidentlə istər təkbətək görüşdə, istərsə də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələrimiz arasında bir çox sahədə - siyasi, iqtisadi, hərbi, ticarət, mədəniyyət və təhsil sahələrində əlaqələrimizi nəzərdən keçirdik. Hərtərəfli faydalı olan bu görüşlərdə ikitərəfli əlaqələrimizi bundan sonrakı dövrdə necə dəyərləndirəcəyimizi, nə kimi addımlar ata biləcəyimizi ətraflı müzakirə etmək imkanımız oldu. Aramızda çox yaxşı əlaqələr var və bu, günbəgün genişlənir. Təbii ki, bütün bunlarla birlikdə, Cənubi Qafqazda sülh, sabitlik və rifah, işbirliyinin yaradılması sahəsində dəyərli Prezidentlə eyni fikirdə olmağımızı görməkdən də məmnunluq duyuram.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq və şübhəsiz ki, tezliklə həll edilməsini burada bir daha ifadə etməyi zəruri bilirəm. İndiyə qədər bu məsələdə Azərbaycanı necə dəstəkləmişiksə, gələcəkdə də bunu eyni şəkildə qətiyyətlə davam etdirəcəyik. Cənubi Qafqazda təminatlı sülhün bərpası və qorunması üçün əlimizdən gələni etməyə hazır olduğumuzu bir daha vurğulamaq istəyirəm. Bu sahədə ata biləcəyimiz müştərək addımları da bu görüşlərdə nəzərdən keçirdik. Eləcə də xüsusilə Azərbaycanın Şimali Kipr türklərinə verdiyi dəstəkdən duyduğumuz məmnuniyyəti bir daha ifadə etmək istəyirəm.
Sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarına cavab verdilər.
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, gül dəstələri qoymuşlar.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və onların xanımları Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyi ilə tanış olmuşlar.
Geniş sahəsi olan muzey ekspozisiya salonu, kitabxana və fonddan ibarətdir. Ekspozisiya salonunda Heydər Əliyevin ağ mərmərdən yonulmuş büstü qoyulmuşdur.
Hörmətli qonağa məlumat verildi ki, buradakı kompüterlər vasitəsilə ulu öndər Heydər Əliyev ilə bağlı istənilən məlumatı əldə etmək mümkündür. Muzeydə ulu öndərlə bağlı çoxlu məktub, teleqram, rəsmi sənədlər də geniş yer tutur. Buradakı тАЬYüksəlişə doğru həyat yoluтАЭ adlı xalça da kompozisiyası və nəfis toxunuşu ilə diqqəti cəlb edir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana muzeyin kitabxanası və ümummilli lider Heydər Əliyev haqqında çəkilmiş filmlər barədə də ətraflı məlumat verildi.
1930-cu ildə çəkilmiş ailə fotosu əsasında 2000-ci ildə toxunmuş тАЬTarixтАЭ xalçası qonaqlarda böyük maraq doğurdu.
Rəcəb Tayyib Ərdoğan xatirə kitabına ürək sözlərini yazdı, ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutan Azərbaycan xalqına ən xoş arzularını yetirdi.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Naxçıvan MR-in Babək rayonunda тАЬDuzdağтАЭ Fizioterapiya Mərkəzinin açılışında iştirak etmişlər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan əvvəlcə Mərkəzin yeraltı hissəsi ilə tanış oldular.
Prezident İlham Əliyev, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımları Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdilər və bu müalicə ocağı ilə tanış oldular.
Məlumat verildi ki, 1979-cu ildə burada 50 çarpayılıq fizioterapiya xəstəxanası yaradılmışdır. Sonralar müalicəyə gələnlərin sayı artdıqca bura genişləndirilmişdir. Xəstəxana yeraltı və yerüstü şöbələrdən ibarətdir. 2006-cı ilin dekabrında müasir standartlar səviyyəsində тАЬDuzdağтАЭ Fizioterapiya Mərkəzinin tikintisinə başlanmışdır. тАЬGəmiqayaтАЭ şirkəti altımərtəbəli binanı qısa müddətdə inşa etmişdir. Buraya Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən xəstələr gəlir. Müalicə və istirahət üçün müasir səviyyədə şərait yaradılmışdır. Mərkəzin 324 yerlik beşulduzlu mehmanxanası da var.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirdilər.
Bununla da Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatmışdır.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.