Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayır
Azərbaycanın xarici siyasəti həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində çox uğurludur
Müstəqil Azərbaycan dövləti düşünülmüş daxili və xarici siyasət yürüdür. Məhz xarici siyasətimizin uğurlu olması və daxili siyasətlə uzlaşması ölkəmizin hərtərəfli inkişafında, qüdrətli regional dövlətə çevrilməsində mühüm rol oynayır. Prezident İlham Əliyev avqustun 14-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsindəki nitqində ölkəmizin dünyadakı mövqelərinin son illər daha da möhkəmləndiyini, Qərb və Şərq dövlətləri ilə münasibətlərimizin qarşılıqlı faydalı şəkildə qurulduğunu xüsusi vurğulayaraq demişdir: Azərbaycanın xarici siyasəti həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində çox uğurludur, düşünülmüş siyasətdir. Bizim strateji xəttimiz var və bu xəttə sadiqik.
Prezident İlham Əliyev Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə, xüsusən də qonşu ölkələrlə münasibətlərinin son iki il ərzində möhkəmlənməsini müsbət hal kimi dəyərləndirərək bunun ölkəmizin düşünülmüş xarici siyasət prinsiplərindən irəli gəldiyini bildirmişdir. Dövlətimizin başçısının fikrincə, qonşularımızla münasibətlərin sağlam şəkildə saxlanması Azərbaycanın mövqelərini daha da möhkəmləndirir və eyni zamanda bölgədəki rolumuzu artırır: Azərbaycan artıq dünyada gedən proseslərin fəal iştirakçısıdır. Bir çox hallarda bölgə və Avropa üçün önəmli tədbirlərin təşəbbüskarıdır. Bölgədə Azərbaycanın mövqeyindən artıq çox şey asılıdır. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə тАУ nə siyasi, nə iqtisadi, nə nəqliyyat, nə də başqa тАУ həyata keçirilə bilməz.
Nəzərə almaq lazımdır ki, beynəlxalq təşkilatlarla əməkdaşlığımız da son illər daha uğurla davam etdirilir. Azərbaycan bir sıra beynəlxalq təşkilatların, xüsusən də BMT, Avropa Şurası, GUAM kimi mötəbər qurumların önəmli üzvüdür. NATO və Avropa Birliyi ilə fəal əməkdaşlıq edir. NATO ilə Fərdi əməkdaşlığın fəaliyyət planı uğurla həyata keçirilir. Avropa Birliyi ilə isə qonşuluq siyasətinin əsas konturları müəyyən olunub və bu istiqamətdə işlər davamlı şəkil alıb.
Azərbaycan dünyanın aparıcı dövlətləri ilə, xüsusən də ABŞ-la strateji tərəfdaşdır. Ölkələrimiz arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf etdirilir. Prezident İlham Əliyevin son iki il yarım ərzində BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ölkələrə rəsmi səfərlər etməsi də Azərbaycanın dünyadakı yüksək mövqelərindən xəbər verir.
Bununla bərabər, dövlətimizin başçısı müşavirədəki nitqində diplomatiyamızın daha çevik olmasının zəruriliyini önə çəkib. Bildirib ki, biz bölgədə və dünyada baş verən proseslərə çox operativ şəkildə reaksiya verməliyik. Çünki Azərbaycanın artan önəmli iqtisadi potensialı, uğurlu xarici siyasəti, dünyanın aparıcı dövlətləri ilə olan strateji tərəfdaşlığı ölkəmiz üçün çox gözəl perspektivlər açır. Bunlardan səmərəli istifadə olunmasında Azərbaycanın xaricdəki səfirliklərinin də çox böyük rolu var. Azərbaycan həqiqətlərinin dünya birliyinə daha tez və dolğun çatdırılması olduqca önəmlidir. Azərbaycanın xaricdəki səfirlikləri erməni lobbisinə qarşı mübarizədə də çox fəal olmalıdırlar. Prezident bildirib ki, bəzi ölkələrdə bu tövsiyələr yerinə yetirilsə də təəssüf ki, bəzi səfirliklərimiz passivlik nümayiş etdirir. Bu hallar aradan qaldırılmalı, diplomatik nümayəndəliklər daha fəal işləməlidirlər.
Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətimizin əsas istiqamətlərinə toxunaraq qeyd edib ki, Azərbaycanın inkişafı, güclü dövlətə çevrilməsi artıq reallıq olduğundan biz bunu daha da sürətlə həyata keçirməliyik: «Elə edək ki, Azərbaycanın xarici siyasəti Azərbaycanı qorusun, Azərbaycanın qarşısında, elə bil, qalxan kimi dayansın ki, ölkəmiz inkişaf etsin. Ölkə öz istəyinə nail olsun və insanlar daha da yaxşı yaşasınlar».
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.