Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Rəsmi xronika


Martın 10-da Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov Azərbaycan Respublikasına üçgünlük işgüzar səfərə gəlmişdir.
Həmin gün Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirildi. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Geniş tərkibdə görüşdən sonra Prezident sarayında Azərbaycan və Bolqarıstan prezidentlərinin birgə mətbuat konfransı keçirilmişdir. Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Azərbaycana işgüzar səfəri zamanı Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov martın 11-də Şəkiyə də baş çəkmiş, Azərbaycanın bu qədim şəhərinin görməli yerləri ilə tanış olmuşdur.
Martın 12-də Bolqarıstan Prezidenti Georgi Pırvanovun Azərbaycana səfəri başa çatmışdır.
***

Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 11-də тАЬİçərişəhərтАЭ Dövlət Tarix-memarlıq qoruğunda və ətraf ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuşlar.
Dövlətimizin başçısı və xanımı əvvəlcə milli memarlığımızın nadir nümunələrindən olan İçərişəhərə gələrək, burada aparılan əsaslı bərpa və yenidənqurma işlərinin gedişi ilə maraqlandılar. Bərpa və təmir işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev yerindəcə müvafiq tapşırıqlarını verdi.
Sonra dövlətimizin başçısı və xanımı XX əsr satirik Azərbaycan ədəbiyyatının banisi M.Ə.Sabirin adını daşıyan bağa, eləcə də dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldığı bağa gəldilər, bu bağlarda da aparılan əsaslı yenidənqurma işləri ilə tanış oldular.
***

Martın 12-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkəmizdə avtomobil yolları şəbəkəsinin inkişafına həsr olunmuş müşavirə keçirilmişdir.
Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açaraq dedi ki, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bizim iqtisadiyyatımız çox sürətlə artır. Son dörd ildə ümumi daxili məhsul 96 faiz artmışdır ki, bu da indiyə qədər dünya iqtisadiyyatında görünməmiş bir nailiyyətdir. Bu, imkanlarımızı daha da artırır, bizə imkan verir ki, iqtisadiyyatımızın bütün sahələrini inkişaf etdirək. Dövlətimizin başçısı qeyd etdi ki, son illər ərzində nəqliyyat sektorunda çox böyük uğurlar əldə edilmişdir. Demək olar ki, Azərbaycanda nəqliyyatın bütün sahələri planlı şəkildə inkişaf etdirilir. Hər bir sahə üçün əlavə proqramlar, layihələr var, maliyyə resursları təmin edilir. Bütövlükdə, nəqliyyatda işlər yaxşı gedir. Avtomobil nəqliyyatı sahəsində də çox böyük işlər görülüb və bütün bunlar göz qabağındadır. Hər bir vətəndaş yeni yollardan istifadə edir, bu yollar həm insanlara rahatlıq verir, həm də ölkə iqtisadiyyatı daha da hərtərəfli inkişaf edir.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Prezident sarayında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, ölkələrimizin müxtəlif qurumları arasında sıx əlaqələrin bu münasibətlərin daha da genişlənməsinə xidmət etdiyi bildirilmiş, Azərbaycanla Mərmərə Qrupu arasında əməkdaşlığın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə dair əminlik ifadə olunmuşdur.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13тАУdə Prezident sarayında Gürcüstanın Baş naziri Vladimir Qurgenidzeni qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət göstərdiyi vurğulanmış, ikitərəfli münasibətlərin, iqtisadi sahədə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb