Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycanın hərtərəfli inkişafı təmin olunur


Fevralın 13-də тАЬGülüstanтАЭ sarayında Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üç illiyinə həsr olunmuş konfrans keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.
Prezident İlham Əliyev konfransı giriş nitqi ilə açaraq bildirmişdir ki, bölgələrdə aparılan quruculuq, abadlıq işləri həm ölkə iqtisadiyyatına çox böyük töhfə verir, eyni zamanda, insanların həyat səviyyəsini yaxşılaşdırır. Proqram qəbul olunanda məhz bunlar bizim üçün əsas məqsədlər idi. İlk növbədə, Azərbaycanın hərtərəfli inkişafını təmin etmək, qeyri-neft sektorunu təmin etmək, eyni zamanda, insanları işlə təmin etmək məqsədləri qoyulmuşdu. Bu üç ilin təcrübəsi onu göstərir ki, biz bu istiqamətlərdə istədiyimizə nail ola bilmişik.
Son üç il ərzində 520 min yeni iş yeri açılmışdır. Bu o deməkdir ki, yeni müəssisələr yaradılır, insanlar işlə təmin olunur, işsizlik aradan qaldırılır, yerli istehsal yaranır və bu, idxalı əvəzləyir, ölkə iqtisadiyyatına böyük dəstək verilir, kənd təsərrüfatı inkişaf edir.
Beləliklə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsiri çoxşaxəlidir. Bunun həm siyasi, həm iqtisadi, həm də sosial mənası çox böyükdür. Mən çox şadam ki, bu üç il ərzində görülən işlər, doğrudan da, Azərbaycanın regionlarının inkişafına yenilik gətirdi.
Qısa müddət ərzində Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətinin artdığını, müxtəlifliyinin təmin olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd etmişdir ki, eyni zamanda, bu məhsullar ən yüksək dünya standartlarına cavab verir və həm Azərbaycan bazarını təmin edir, həm də ixrac olunur. Qeyri-neft məhsullarının ixracı getdikcə artmaqdadır. Əlbəttə ki, bunun müxtəlif səbəbləri var. Əsas səbəbi ondan ibarətdir ki, bizim qəbul etdiyimiz bütün proqramlar, o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Çünki proqram qəbul olunarkən bütün vacib məsələlər öz əksini tapmışdır.
Azərbaycanın hərtərəfli inkişafı müxtəlif mənbələrdən qaynaqlanır- deyə sözünə davam edən Prezident İlham Əliyev vurğulamışdır ki, regionların sosial-iqtisadi inkişaf proqramı onun bir hissəsidir. Bu proqram, eyni zamanda, iqtisadiyyatda gedən ümumi meyillərin təzahürüdür. Çünki ildən-ilə artan iqtisadi potensial, möhkəmlənən iqtisadiyyat, artan büdcəmiz bu proqramın icrasına da kömək göstərir.
Eyni zamanda bizim uğurlu neft strategiyamız da öz bəhrəsini verməkdədir. 1994-cü ildə bu salonda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış тАЬƏsrin müqaviləsiтАЭnin icrası nəticəsində böyük işlər görülübdür və Azərbaycan böyük neft-qaz hasil və ixrac edən ölkəyə çevrilir.
Daha sonra dövlətimizin başçısı bildirmişdir ki, ölkənin böyük problemləri var, biz də bunları bilirik və çalışırıq ki, həll edək. İqtisadi problemlər kifayət qədərdir. Bəzi hallarda Azərbaycanda sosial ədalət prinsipləri pozulur və bu, Prezident kimi məni çox incidir. Çünki bütün işlərdə ədalət olmalıdır. Hamı bilməlidir ki, ədalət zəfər çalmalıdır və cəmiyyət ədalətli olmalıdır, qanunlar işləməlidir. Biz hüquqi dövlət yaradırıq. Nə üçün? Ona görə yox ki, bizə kimsə bunu tövsiyə edir. Ona görə ki, biz istəyirik Azərbaycanın uzunmüddətli inkişafı təmin olunsun. O cümlədən biznes mühitinin yaxşılaşdırılması üçün mütləq və mütləq hüquqi dövlət yaradılmalıdır. Hələ biz deyə bilmərik ki, bunu yaratmışıq. Hələ ki, kifayət qədər ədalətsiz qərarlar var, müdaxilələr var, o cümlədən biznesə müdaxilələr var. Yəni, bu problemlər də həll olunmalıdır.
Nitqinin sonunda dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan Prezidenti kimi mən bundan sonra da ölkədə biznesin inkişafı üçün əlimdən gələni edəcək və bütün lazımi tədbirləri görəcəyəm.
Sonra mövzu ətrafında aidiyyəti orqan və təşkilatların rəhbərləri çıxış edərək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişlər.
Dövlətimizin başçısı konfransda yekun nitqi söyləyərək bildirmişdir ki, adətən, biz ümumilikdə Azərbaycanın iqtisadi artımı haqqında söhbət açırıq, amma müxtəlif bölgələrin də nəticələrini bilməliyik. Naxçıvanda, Xaçmazda, Yevlaxda və başqa şəhərlərdə və rayonlarda da iqtisadi göstəricilər müsbətdir.
Mən bir də demək istəyirəm ki, bütövlükdə, həm Azərbaycanın iqtisadi inkişafı baxımından, həm də regionların inkişafı baxımından vəziyyət çox müsbətdir. Biz qarşıya qoyduğumuz bütün məsələləri ardıcıllıqla, məqsədyönlü şəkildə, vaxtlı-vaxtında həll edirik. Sadəcə olaraq, bu yüksək sürəti saxlamalıyıq və ölkəmizi bundan sonra da gücləndirməliyik.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb