Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Prezident sarayında Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, professor Anatoli Torkunovu qəbul etmişdir.
Prezident İlham Əliyev professor Anatoli Torkunovun ölkəmizə səfərinin Azərbaycanın və Rusiyanın xarici işlər nazirlikləri, tədris ocaqları və müxtəlif təşkilatları, respublikamızda yeni yaranmış Diplomatik Akademiya ilə MDBMİ arasında əməkdaşlığın genişlənməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirdi.
Prezident İlham Əliyevi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda daim xatırladıqlarını bildirən qonaq dedi ki, institutda 19 nəfərdən ibarət Fəxri doktorlar klubu yaradılmışdır. İnstitut fəxr edir ki, həmin 19 nəfərdən biri də siyasi xadim və dövlət xadimi kimi dünyada məşhur olan Prezident İlham Əliyevdir. Fəxri doktorlar klubunun üzvlərindən yalnız Prezident İlham Əliyev MDBMİ-nin məzunudur.
Anatoli Torkunov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının təsis etdiyi mükafatı - bu ali məktəbin inkişafındakı xidmətlərinə və diplomatik kadrların hazırlanmasına töhfələrə görə medalı, habelə MDBMİ-nin Məzunlar Assosiasiyasının idarə heyətinin mükafatını - elmi-siyasi və biznes fəaliyyətində yüksək nəticələr əldə etmiş insanlar üçün Qızıl nişanı Prezident İlham Əliyevə təqdim etmişdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Prezident sarayında Litva Dövlət Təhlükəsizliyi Departamentinin Baş direktoru Arvidas Potsyusu qəbul etmişdir.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Litva Prezidenti Valdas Adamkusun Azərbaycana səfərinin və səfər zamanı imzalanmış sənədlərin Azərbaycan-Litva əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Prezident sarayında Səudiyyə Ərəbistanı Krallığının Ali Sosial Sığorta Təşkilatının sədri Süleyman əl-Hümayydı qəbul etmişdir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər uğurla inkişaf edir. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir və əminəm ki, əməkdaşlığımız bundan sonra da möhkəmlənəcəkdir.
Qonaq ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsini vurğulayaraq dedi ki, Səudiyyə Ərəbistanı əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsində maraqlıdır. O, bu səfəri müddətində Azərbaycanın müxtəlif bölgələrində olduğunu və ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu söyləmişdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Prezident sarayında Almaniya Federativ Respublikasının nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Almaniya nümayəndə heyətinin bu səfəri ölkələrimiz arasında inkişaf edən münasibətlərə yeni təkan verəcəkdir. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan-Almaniya əlaqələri siyasi, iqtisadi və digər sahələrdə sürətlə inkişaf edir.
Prezident İlham Əliyev vurğuladı ki, ətraf mühitin qorunması sahəsində də Azərbaycanın böyük planları və proqramları var. Azərbaycan rəhbərliyi ekologiya məsələlərinə çox böyük əhəmiyyət verir. Dövlətimizin başçısı bildirdi ki, Almaniya nümayəndə heyətinin bu səfəri həm ikitərəfli münasibətlərin inkişafı, həm də ətraf mühitin qorunması sahəsində əməkdaşlıq baxımından faydalı olacaqdır.
Nümayəndə heyətinin adından çıxış edən Almaniyanın Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Reaktorlarının Təhlükəsizliyi Nazirliyinin dövlət katibi, parlamentin deputatı xanım Astrid Kluq dedi ki, Azərbaycan və Almaniyanı təkcə səmimi dostluq münasibətləri deyil, həm də müxtəlif istiqamətlərdə əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində geniş əlaqələr birləşdirir. Nümayəndə heyətimizə Bundestaqın deputatları, ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri daxildir. Xanım Astrid Kluq xatırlatdı ki, Almaniyanın ekologiya ilə məşğul olan təşkilatları Azərbaycanla uğurlu əməkdaşlıq edir.
***
Azərbaycanda təbiəti mühafizə sahəsində həyata keçirdiyi uğurlu siyasətə görə Prezident İlham Əliyevə Almaniyanın dünyada çox böyük nüfuza malik Mixael Zukkov Fondunun ali mükafatı təqdim olunmuşdur.
Bu münasibətlə noyabrın 15-də тАЬHyatt-RegensyтАЭ hotelinin тАЬQubaтАЭ zalında keçirilən təqdimat mərasimində fondun idarə heyətinin üzvü Martin Oppenbrinq çıxış edərək təşkilatın fəaliyyəti, onun yaradıcısı və sədri Mixael Zukkov barədə məlumat verdi. O dedi ki, Mixael Zukkov 35 ildir həyatını və ömrünü təbiətə, insanlara həsr edir. 1997-ci ildə xidmətlərinə görə İsveç parlamenti onu alternativ Nobel mükafatına layiq görmüşdür. Qonaq bildirdi ki, Azərbaycan biomüxtəlifliyə görə dünyanın ən nadir bölgələrindən biridir və bu fondun maraq göstərdiyi ölkələrdəndir.
Mərasimdə çıxış edən fondun sədri Mixael Zukkov ilk dəfə 30 il bundan əvvəl Azərbaycana gəldiyini söylədi, Qobustan qayaları ilə tanışlıq zamanı respublikamızı qədim insan məskəni və əsrarəngiz təbiəti olan bir diyar kimi tanıdığını bildirdi. O, ulu öndər Heydər Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasını Azərbaycanda bu sahədə atılan ən mühüm addım kimi dəyərləndirdi və dedi ki, məhz Heydər Əliyevin müdrik və düzgün siyasəti nəticəsində Azərbaycanda milli parkların və qoruqların yaradılması istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərə toxunan Mixael Zukkov son üç ildə qəbul olunan proqramların ekologiya və ətraf mühit üçün son dərəcə əhəmiyyətli olduğunu söylədi.
Fondun prezidenti Mixael Zukkov ətraf mühitin mühafizəsi ilə bağlı göstərdiyi xidmətlərə görə fondun ali mükafatını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.