Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Xəzər sülh, dostluq və əməkdaşlıq dənizi olmalıdır

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının II zirvə toplantısında iştirak etmək üçün oktyabrın 16-da İranda səfərdə olmuşdur.
Dövlətimizin başçısını Tehranın Mehrabad hava limanında İranın energetika naziri Pərviz Fəttah və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşılamışlar.
Oktyabrın 16-da Tehranda, тАЬSədabadтАЭ sarayının тАЬHafiziyyəтАЭ korpusunda Xəzəryanı dövlət başçılarının ikinci zirvə toplantısı işə başlamışdır.
Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edirdilər.
Toplantını İran Prezidenti Mahmud Əhmədinejad açmışdır.
İlk zirvə görüşündən keçən müddətdə sahilyanı dövlətlər arasında aparılmış danışıqların faydalı olduğunu vurğulayan İran Prezidenti dedi ki, xalqlarımız bu danışıqların bəhrəsini gözləyirlər. Ötən illər ərzində bir çox məsələlər barədə tam razılıq əldə olunmuşdur, lakin Xəzərin statusu ilə bağlı mühüm məqamlar haqqında danışıqlar davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış edərək bildirmişdir ki, Xəzəryanı dövlətlərin başçılarının 2002-ci ildə Aşqabadda keçirilmiş ilk zirvə görüşü ölkələrimizin həyatında mühüm hadisə olmuşdur. Bu görüş Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair bir çox prinsipial məsələlər üzrə fikir mübadiləsi aparmağa imkan vermişdir.
Ötən müddət ərzində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri formatında ekspert qrupları səmərəli iş aparmışlar. Xarici işlər nazirləri, dövlət başçıları səviyyəsində ikitərəfli əsasda bir çox görüşlər keçirilmişdir. Hesab edirəm ki, Xəzər dənizinin hüquqi statusu kimi mühüm məsələnin müzakirəsi və bu barədə qərar qəbul olunması üçün xeyli təcrübə toplanmış və yaxşı şərait yaranmışdır.
Ümidvaram ki, hazırda toplaşdığımız Tehran görüşü bu mühüm məsələ ilə bağlı qarşıda duran məsələlərin həlli naminə bütün səy və imkanların birləşməsinə, mövqelərin daha da yaxınlaşmasına, ciddi nəticələr əldə edilməsinə imkan verəcəkdir.
Qeyd etmək lazımdır ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi yalnız region dövlətlərinin inkişafı və çiçəklənməsi, dövlətlərarası münasibətlərin möhkəmlənməsi baxımından deyil, eyni zamanda onun biomüxtəlifliyinin, flora və fauna zənginliyinin qorunub saxlanması, ekoloji durumunun yaxşılaşdırılması baxımından da çox vacibdir.
Xəzər dənizi yerləşdiyi mövqeyə görə bütövlükdə region üçün xüsusi əhəmiyyət kəsb edir. Heç şübhə yoxdur ki, regionun gələcək inkişafı baxımından Xəzərin statusunun müəyyənləşməsi istiqamətində anlaşma və razılığın əldə edilməsi Xəzər regionunda qarşılıqlı etimadı, sülhü və təhlükəsizliyi daha da möhkəmləndirəcək, daha sıx əməkdaşlığa zəmin yaradacaqdır.
Biz Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Bu baxımdan Azərbaycan, Rusiya və Qazaxıstan arasında dənizin dibinin bölünməsinə dair imzalanmış sazişlərə böyük əhəmiyyət veririk. Bu sazişlər ümumi razılaşmaların əldə olunmasının təməlini qoyaraq, Xəzərin hüquqi statusunun mühüm tərkib hissəsini təşkil edir.
Xəzərin əsrlərdən bəri dostluq və əməkdaşlıq dənizi olduğunu nəzərə alaraq, ondan yalnız dinc məqsədlərlə istifadə olunmasını, hüquqi status çərçivəsində silahsızlaşdırma və təhlükəsizlik prinsiplərinin müəyyən edilməsini, eyni zamanda, digər dənizlərə və dünya okeanına çıxışı olmayan sahilyanı ölkələrin gəmilərinə ümumi razılaşmalar çərçivəsində azad tranzit imkanlarının saxlanmasını vacib hesab edirəm.
Azərbaycan Xəzər dənizinin bioloji ehtiyatlarının və ətraf mühitinin qorunmasının vacibliyini vurğulayaraq, Xəzərin bioloji müxtəlifliyinin, təbii ehtiyatlarının istifadəsi və çoxaldılması məqsədi ilə ekoloji problemlərin həllində də əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.
Bu istiqamətdə тАЬXəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə KonvensiyasıтАЭnın imzalanmasını, qüvvəyə minməsini və Birinci Tərəflər konfransının cari ilin may ayında Bakı şəhərində keçirilməsini alqışlayıram.
Azərbaycan тАЬXəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə KonvensiyasıтАЭnın Katibliyinin Bakıda yerləşməsinə hazır olduğunu bəyan edir.
Azərbaycan etibarlı qonşu və tərəfdaşdır. Biz bunu dəfələrlə nümayiş etdirmişik. Qonşu ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişafı və genişlənməsi bizim xarici siyasət xəttimizin əsas istiqamətlərindən biridir.
İnanıram ki, Tehran zirvə görüşü və burada qəbul edəcəyimiz Bəyannamə Xəzəryanı dövlətlərin əməkdaşlığını bütün sahələrdə daha da inkişaf etdirmək, regionumuzda sabitliyi və sülhü təmin etmək işində mühüm dönüş mərhələsi olacaqdır və Xəzər sülh, dostluq və əməkdaşlıq dənizinə çevriləcəkdir.
Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısının açılış mərasimi başa çatdıqdan sonra tədbir qapalı iclasla davam etdirildi.
Qapalı iclas başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov 25 bənddən ibarət Tehran Bəyannaməsini imzaladılar.
Bildirildi ki, 2002-ci ildə Aşqabadda birinci zirvə toplantısında heç bir sənəd qəbul edilməmişdi. Tehran görüşündə ilk sənəd qəbul olunur ki, bu da əməkdaşlığın genişləndirilməsi üçün böyük əhəmiyyət daşıyacaqdır.
Sonra İran, Qazaxıstan və Türkmənistan arasında dəmir yolu xəttinin tikilməsinə dair razılaşma sənədi imzalandı. Bu sənədi hər üç ölkənin prezidentləri imzaladılar.
Daha sonra prezidentlərin iştirakı ilə mətbuat konfransı oldu.
Qeyd edək ki, oktyabrın 16-da Tehranda Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın görüşü olmuşdur.
Dövlət başçıları Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunaraq, bunun münasibətlərin daha da möhkəmlənməsində rolunu vurğuladılar, ikitərəfli əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliklərini bildirdilər.
Elə həmin gün Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin görüşü olmuşdur.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı.
Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Xəzəryanı ölkələrin dövlət başçılarının ikinci zirvə toplantısı çərçivəsində İrana səfəri başa çatmışdır.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb