Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Bölgələrin inkişafı Azərbaycan dövlətinin inkişafıdır


Bölgələrin inkişafı Azərbaycan dövlətinin inkişafıdır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-8-də cənub bölgəsində səfərdə olmuşdur. Əvvəlcə Masallı rayonuna gələn dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri qoydular. Parkda ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə kompleks də yaradılmışdır. Sonra Prezident İlham Əliyev Biləsuvar şəhərində Heydər Əliyev Muzeyi ilə tanış olmuşdur. Dövlətimizin başçısı muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı. Oktyabrın 7-də Prezident İlham Əliyev тАЬBiləsuvar AQROтАЭ MMC-nin süd zavodu ilə tanış olmuşdur. Dövlətimizin başçısı südün qəbulu sexində zavodun işə düşməsini bildirən düyməni basdı, müəssisənin istehsal sahələri ilə tanış oldu. Prezident İlham Əliyev zavodun kollektivinə uğurlar arzuladı, rayonun sosial-iqtisadi inkişafına dair görülən işlər barədə tövsiyələrini söylədi. Həmin gün Prezident İlham Əliyev Biləsuvarda məktəb-lisey kompleksinin açılışında iştirak etmişdir. Prezident İlham Əliyev kompleksin akt salonuna, 80 nəfərlik yeməkxanaya, 184 yerlik tribunası olan idman salonuna, fizika, kimya və biologiya laboratoriyalarına, müəllimlər otağına, kompüter, rəsm otaqlarına, hərbi hazırlıq kabinetinə və kitabxanaya baxdı. Bu cür müasir tipli komplekslərin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğının göstəricisi olduğunu söyləyən Prezident İlham Əliyev dedi ki, gənc nəslin savadlı böyüməsi, biliklərə dərindən yiyələnməsi üçün burada hər cür şərait vardır. Dövlətimizin başçısı məktəb-liseyin kollektivinə uğurlar arzuladı. Daha sonra Biləsuvarda Olimpiya-İdman Kompleksinin açılışı olmuşdur. Dövlətimizin başçısı kompleksin açılışını bildirən lenti kəsdi, ümummilli lider Heydər Əliyevin idmana qayğısını və ölkəmizin idman uğurlarını əks etdirən fotostendə baxdı. Müasir standartlara cavab verən kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün lazımi şərait var. Prezident İlham Əliyevə Biləsuvar idmançılarının son vaxtlar qazandıqları uğurlar haqqında da məlumat verildi. Bildirildi ki, bu kompleks rayonda idmanın inkişafına böyük təkan verəcəkdir. Olimpiya-İdman Kompleksinin açılışından sonra Prezident İlham Əliyev Biləsuvar rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Dövlətimizin başçısı vurğuladı ki, son illər Biləsuvarda işlər çox yaxşı gedir. Həm yerli, həm də xarici investorlar, iş adamları Azərbaycana çox böyük həvəslə vəsait qoyurlar. Çox sevindirici hal odur ki, indi yerli investorlar daha fəaldırlar. Biznesin inkişafı üçün yaxşı imkanlar var və insanlarımızın alıcılıq qabiliyyəti artır. Ölkəmiz güclənir, rayonlarda inkişaf gedir, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası demək olar ki, başa çatıbdır. Beş il üçün nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıbdır. Nəinki burada, bütün başqa rayonlarda böyük inkişaf, böyük tərəqqi, böyük irəliləyiş var. İnfrastruktur layihələri icra olunur, sosial məsələlər həll edilir, iş adamları üçün şərait yaradılır. Mən iki il bundan əvvəl Biləsuvarda olmuşam və indi çox böyük dəyişiklikləri gördüm. Burada tikilən binalar yüksək səviyyədədir, dünyanın ən yüksək səviyyəsindədir. Belə də olmalıdır. Azərbaycanda yaradılan bütün yeni obyektlər ən yüksək səviyyəyə cavab verməlidir. Bizim insanlarımız ən yaxşı şəraitdə yaşamalıdırlar, ən yaxşı xidmətə malik olmalıdırlar. Mən sizi bütün gözəl nailiyyətlərlə təbrik edirəm. Sizə gələcək işlərinizdə də uğurlar və cansağlığı arzulayıram. Sonra dövlətimizin başçısı görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi. Prezident İlham Əliyev oktyabrın 7-də Biləsuvar rayonuna səfərini başa vuraraq, elə həmin gün Masallı rayonuna gəlmişdir. Dövlətimizin başçısı və xanımı əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri qoydular. Prezident İlham Əliyev daha sonra parkla tanış oldu. Burada şəhər sakinlərinin istirahəti üçün yaxşı şərait yaradılmışdır. Sonra Prezident İlham Əliyev Masallı şəhərində Heydər Əliyev Muzeyinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi. Muzeydə ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövrünü əks etdirən fotoşəkillər, kitablar və digər eksponatlar toplanmışdır. Burada elektron kitabxana və konfrans salonu da vardır. Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Oktyabrın 7-də Prezident İlham Əliyev Masallı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Dövlətimizn başçısı məmnunluqla bildirdi ki, Masallı çox sürətlə inkişaf edir, gözəlləşir, abadlaşır. Burada baş verən dəyişikliklər, əlbəttə ki, Masallı rayonunun hər bir sakinini və hər bir vətəndaşı sevindirir. Bu gözəl, abadlaşan parklar, təmir olunan binalar, yeni tikilmiş hündürmərtəbəli binalar, məktəblər, tibb ocaqları - bütün bunlar insanlar üçündür, insanların yaxşı yaşaması üçün nəzərdə tutulubdur. Bütün bu gözəl işlər Azərbaycanın gücünü göstərir, ölkəmizin qüdrətini göstərir. Azərbaycan, sözün əsl mənasında, hərtərəfli inkişaf edir. Çox şadam ki, bütün bölgələrdə bu gözəl inkişaf meyilləri davam edir. Biz bunu Masallı rayonunun timsalında da görürük. Dövlətimizin başçısı Böyük Vətən müharibəsi veteranı Atabala Hacıyev ilə görüşdü, ökəmizdə veteranlara çox böyük hörmət bəsləndiyini bildirdi, eyni zamanda, onların gənc nəsil üçün örnək olduğunu vurğuladı. Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi. Oktyabrın 7-də akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Masallı filialının açılışı olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edirdilər. Dövlətimizin başçısı institutun bölgələrdə ilk filialının rəmzi açılışını bildirən lenti kəsdi. Ən müasir avadanlığın quraşdırıldığı və regional əhəmiyyət daşıyan bu səhiyyə ocağında göz xəstəliklərinin müayinə və müalicəsi üçün hər cür şərait yaradılmışdır. Yüksək hazırlıqlı tibbi heyətin işləyəcəyi filialda respublikamızın cənub bölgəsinin sakinlərinə tibbi xidmət göstəriləcəkdir. Prezident İlham Əliyev akademik Zərifə Əliyevaya həsr edilmiş guşə ilə tanış oldu. Burada görkəmli alimin, habelə Göz Xəstəlikləri İnstitutunun fəaliyyətinə aid fotoşəkillər toplanmışdır. Dövlətimizin başçısı filialda quraşdırılmış müasir avadanlıqla tanış oldu. Prezident İlham Əliyev səhiyyə ocağının kollektivinə müraciətlə dedi: Sizi təbrik edirəm. Burada gözəl şərait var. Bu yaxınlarda Bakıdakı xəstəxanada da belə gözəl şərait olacaqdır. Amma burada əsas vəzifə yerli həkimləri hazırlamaqdan ibarətdir. Əlbəttə ki, sizin təcrübəniz burada həlledici rol oynayacaqdır. Həm əməliyyatlar aparacaqsınız, həm də çalışın ki, burada yerli həkimləri də öyrədəsiniz. Gələcəkdə hər bir bölgənin öz həkimləri bu işlərlə məşğul olmalıdırlar. Sizə uğurlar arzulayıram və bir daha təbrik edirəm. Daha sonra Prezident İlham Əliyev Masallı şəhərində тАЬDəfinəтАЭ liseyi üçün tikilmiş bina ilə tanış olmuşdur. Prezident İlham Əliyev idman salonu, fənn kabinetləri, iclas salonu, laboratoriya ilə tanış oldu, internetə çıxışı təmin olunmuş kompüter otağında şagirdlərin bu müasir texnologiyalara yiyələnməsi prosesini izlədi. Dövlətimizin başçısı bu təhsil ocağının uğurlarını əks etdirən lövhəyə də baxdı. Məktəblə tanışlıqdan məmnun qalan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı. Bununla da dövlətimizin başçısının Masallı rayonuna səfəri başa çatdı. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Lənkəran şəhərinə gəlmişdir. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev xatirə parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri qoydular. Prezident İlham Əliyev parkda aparılan yenidənqurma işləri ilə tanış oldu. Həmin gün Lənkəran şəhərində Heydər Əliyev Muzeyinin açılışı olmuşdur. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu. Ekspozisiya salonunda ümummilli liderin uşaqlıq və gənclik illərinə, ötən əsrin 70-80-ci illərində respublikaya rəhbərlik etdiyi dövrə, 1990-cı ilin yayında Azərbaycana qayıtdıqdan sonrakı fəaliyyətinə, o cümlədən respublikamıza ikinci dəfə rəhbərlik etdiyi illərə, habelə Lənkərana çoxsaylı səfərlərinə dair fotoşəkillər, dahi şəxsiyyətə həsr olunmuş kitablar nümayiş etdirilir. Prezident İlham Əliyev muzeylə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı. Sonra Prezident İlham Əliyev Lənkəran rayonunun Səpnəkəran kəndindəki Möhübbət Həmzəyev adına orta məktəbdə olmuşdur. Səpnəkəran kənd məktəbinin əvvəlki binası 1923-cü ildə inşa edilmişdi. Burada 320 şagirdin təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olacaqdır. Heydər Əliyev Fondu məktəbə əyani vəsaitlər hədiyyə etmişdir. Prezident İlhan Əliyev sinif otaqlarına, fənn kabinetlərinə, kompüter və tikiş otaqlarına, emalatxanalara baxdı. Oktyabrın 8-də Lənkəran beynəlxalq hava limanının təntənəli açılış mərasimi də olmuşdur. Son dövrdə istifadəsiz qalan Lənkəran hava limanı regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində tamamilə yenidən qurulmuşdur. Bu məqsədlə dövlət büdcəsindən 51 milyon manat vəsait ayrılmışdı. Təməlqoyma mərasimi 2005-ci ildə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə keçirilmişdi. Lənkəran hava limanı iri yük və sərnişin təyyarələrini qəbul edə biləcəkdir. Bu isə cənub bölgəsinin iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Beynəlxalq statusa malik hava limanı müasir tipli avadanlıq və texnika ilə təmin edilmişdir. Bakıdan Lənkərana hava reysləri yeni alınan AN tipli təyyarələr vasitəsilə həyata keçiriləcəkdir. Hava limanından Moskvaya da birbaşa reys açılacaq, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları daşınacaqdır. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, hava limanının sərnişin qeydiyyatı, gömrük nəzarəti, bilet satışı, tibbi yardım bölmələrinə, restorana, aviasiya təhlükəsizliyi nəzarəti, qarşılama, VİP salonlarına, uçuş-enmə zolaqlarına baxdı. Sonra Lənkəran hava limanının açılışı münasibətilə mərasim keçirildi. Dövlətimizin başçısı mərasimdə nitq söylədi və bildirdi ki, Lənkəran beynəlxalq hava limanı dünyada ən inkişaf etmiş şəhərlərin aeroportlarına tam uyğun şəkildədir. Bu, doğrudan da böyük hadisədir. Aeroportun təkcə Lənkəran üçün deyil, təkcə bu bölgə üçün deyil, bütövlükdə Azərbaycanın hərtərəfli inkişafı üçün çox böyük əhəmiyyəti olacaqdır. Bu, eyni zamanda onu göstərir ki, Azərbaycan dövləti qarşıya qoyduğumuz bütün məsələlərin həlli üçün böyük imkanlara malikdir. Bizim imkanlarımız göz qabağındadır. Azərbaycanın hər bir bölgəsi inkişaf edir, hər bir yerdə yeni müəssisələr, binalar, sosial və sənaye obyektləri tikilir. O cümlədən nəqliyyat infrastrukturunun inkişafı üçün Azərbaycanda çox böyük işlər görülür. Son illər ərzində regionların canlanması, regionlarda gedən inkişaf prosesləri ölkəmizi daha da gücləndirir. Lənkəran rayonunun son beş il ərzində iqtisadi artımı iki dəfədən çox olmuşdur. Bütün ölkə üzrə beş il ərzində ümumi daxili məhsul 2,7 dəfə artmışdır. Bu da dünyada görünməmiş bir nailiyyətdir. O cümlədən, hər bir rayonun iqtisadi artımı da çox yüksək rəqəmlərlə ölçülür. Bu, onu göstərir ki, bizim inkişafımız hərtərəflidir. Mən heç şübhə etmirəm ki, gələcək illərdə Azərbaycanın inkişafı uğurlu, dayanıqlı, uzunmüddətli olacaqdır. Bizim çox gözəl imkanlarımız var. Bu imkanları biz yaratmışıq, Azərbaycan xalqı yaradıbdır. Biz Azərbaycan xalqının yaxşı yaşaması üçün, gələcəkdə ölkə qarşısında duran bütün məsələlərin həlli üçün bundan sonra da birlikdə çalışacağıq. Sonra Prezident İlham Əliyev Böyük Vətən müharibəsi veteranı, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev tərəfindən 2-ci və 3-cü dərəcəli тАЬŞöhrətтАЭ ordenləri ilə təltif edilmiş Ağadadaş Səmədovla görüşdü. Ağadadaş Səmədov veteranlara göstərilən diqqət və qayğıya görə təşəkkür etdi. Prezident İlham Əliyev veteranlara dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini dedi. Oktyabrın 8-də Prezident İlham Əliyev Lənkəran şəhərində tamamilə yenidən qurulmuş Qala xiyabanı ilə tanış olmuşdur. Dövlətimizin başçısı və xanımı xiyabanı gəzdilər. Prezident İlham Əliyev xiyabanda və ətrafda görülmüş işləri yüksək qiymətləndirdi. Həmin gün Lənkəranda Uşaq Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, müasir avadanlıq quraşdırılmış rentgen, ultrasəs müayinəsi, oftolmaloji, fizioterapiya, stomatoloji, LOR kabinetlərinə və laboratoriyaya baxdı. Dövlətimizin başçısı tibb işçilərini mərkəzin açılışı münasibətilə təbrik edərək dedi ki, çox gözəl binadır, həkimlər üçün də, uşaqlar üçün də çox gözəl şərait var. Burada ən gözəl avadanlıq quraşdırılmışdır. Bina böyük zövqlə və səliqə ilə tikilib, xarici görünüşü də gözəldir. Yəni burada işləmək üçün bütün şərait var. Sizə uğurlar arzulayıram və bir daha təbrik edirəm. Oktyabrın 8-də Lənkəranda тАЬCənub TVтАЭ televiziya kanalının yeni binası da istifadəyə verilmişdir. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu. Respublikamızın regional televiziyalarından olan тАЬCənub TVтАЭ-nin yeni binası dördmərtəbəlidir. Əsas studiyanın sahəsi 700 kvadratmetrdən çoxdur. 7 ədəd studiya kamerası qoyulmuş, səsboğucu qurğular quraşdırılmışdır. Buradan əsas informasiya proqramı yayımlanacaqdır. Bu studiyada istənilən geniş auditoriyalı verilişlər hazırlamaq mümkündür. Prezident İlham Əliyev тАЬCənub-TVтАЭ-nin studiyaları, iş şəraiti ilə tanış oldu, kollektivə uğurlar arzuladı. Prezident İlham Əliyev oktyabrın 8-də Lənkəranın yeni turizm obyekti - тАЬQafqaz SahilтАЭ hoteli ilə tanış olmuşdur. Xəzər dənizinin sahilində yerləşən hotelin inşasına 2006-cı ilin sonlarından başlanmışdı. Hotel birnəfərlik və ikinəfərlik 19 standart, 5 lüks nömrədən, 18 kottecdən ibarətdir. Hoteldə xüsusi hazırlıq keçmiş 40 nəfərlik xidmət heyəti çalışır. Prezident İlham Əliyev burada yaradılan şəraiti yüksək qiymətləndirdi, ölkəmizdə turizmin inkişafı baxımından bu cür obyektlərin zəruriliyini vurğuladı. Daha sonra Prezident İlham Əliyev Lənkəranda тАЬNur-SüdтАЭ Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus süd məhsulları zavodu ilə tanış olmuşdur. Bu müəssisə 2005-ci ildə тАЬPalmali HoldinqтАЭ şirkətlər qrupu tərəfindən inşa olunmuşdur. 2008-ci ilin əvvəlindən etibarən müəssisədə тАЬPalsüdтАЭ markası altında yeni məhsulun istehsalına başlanmışdır. Gündə 15 ton süd emal etmək gücünə malik zavodda 600 nəfər çalışır. Heyvandarlar da daxil olmaqla, ümumilikdə müəssisə 10 min nəfəri əhatə edir. Müəssisə ilə yaxından tanış olan Prezident İlham Əliyev südün qəbulu, hazır məhsulların qablaşdırılması prosesini izlədi, məhsulların çeşidlərinə baxdı. Dövlətimizin başçısı bu cür müəssisələrin ölkəmizin iqtisadi inkişafına təkan verdiyini vurğuladı və kollektivə uğurlar arzuladı. Bununla da Prezident İlham Əliyevin Lənkəran rayonuna səfəri başa çatdı.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb