Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanı general Dunkan Maknabın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanı general Dunkan Maknabın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ikitərəfli münasibətlərimizin müvafiq sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də İsveçin məşğulluq naziri Sven Otto Littorinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın İsveçdə səfirliyinin açılmasını əlaqələrin genişlənməsinə xidmət edəcəyini bildirdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Krameri qəbul etmişdir. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadıləsi aparıldı.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Şigeo Katsunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Prezident İlham Əliyev bu səfərin Azərbaycanın müvafiq hökumət nümayəndələri ilə görüşlər keçirmək və qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkan yaratdığını bildirdi.
***
Noyabrın 19-da Bakının Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində тАЬŞüvəlan ParkтАЭ ticarət mərkəzinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu münasibətlə keçirilən mərasimdə iştirak etmişlər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəmzi açılışı bildirən lenti kəsdikdən sonra mərkəzlə tanış oldular.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kurodanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyatda yüksək inkişafa nail olunduğunu bildirdi. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra proqramların uğurla həyata keçirildiyini deyən dövlətimizin başçısı bu layihələrin ardıcıl olaraq davam etdiriləcəyini vurğuladı.
***
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də тАЬAzərbaycan XXI əsrdə - uğurun strategiyasıтАЭ mövzusunda keçirilən beynəlxalq тАЬdəyirmi masaтАЭnın iştirakçılarını qəbul etmişdir. Dövlətimizin başçısı тАЬAzərbaycan XXI əsrdə - uğurun strategiyasıтАЭ mövzusunda beynəlxalq тАЬdəyirmi masaтАЭnın əhəmiyyətindən danışaraq, əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün vaxtaşırı bu cür fikir mübadilələrinin keçirilməsinin vacibliyini qeyd etdi.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb