Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Cənubi Koreyadan gətirilmiş və şəhərdaxili marşrutlarda istifadə üçün nəzərdə tutulmuş çoxyerli avtobusların təqdimat mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev sükan arxasında oturaraq, yeni nəqliyyat vasitəsini sınaqdan keçirdi. Dövlət başçısı sərnişinlərin rahatlığını təmin etmək üçün yeni nəqliyyat vasitələrindən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlarını verdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Prezident sarayında Avrasiya Fondunun Prezidenti Horton Bibi-Senterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı İlham Əliyev Avrasiya Fondunun Azərbaycan ilə əməkdaşlığından məmnunluğunu ifadə etdi. O, bu əməkdaşlığın Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verdiyini bildirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Prezident sarayında Polşa İctimai Televiziyası TVP-1-in müxbiri Maria Pşelometsə müsahibə vermişdir.
Dövlətimizin başçısı Azərbaycan-Polşa münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, energetika sahəsində əməkdaşlıq, regional və digər məsələlərlə bağlı suallara cavab vermişdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Prezident sarayında Bolqarıstanın Baş naziri Sergey Stanişevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev iki il bundan əvvəl Sofiyaya səfərini məmnunluqla xatırladı və bu səfərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də тАЬDövlət bayrağıтАЭ meydanının yerləşəcəyi ərazi ilə tanış olmaq üçün paytaxtın Bayıl qəsəbəsinə - Hərbi Dəniz Qüvvələrinin bazasına gəlmişdir.
Prezident İlham Əliyev тАЬDövlət bayrağıтАЭ meydanının yerləşəcəyi ərazi ilə yaxından tanış oldu, ətrafı seyr etdi. Dövlətimizin başçısına məlumat verildi ki, tezliklə meydanın təməli qoyulacaq və inşaat işlərinə başlanacaqdır. 20 min kvadratmetr ərazisi olacaq meydanda bütün infrastruktur yaradılacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin ən yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Prezident sarayında Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dato Saipul Anuar Əbd Muinin, Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edvard Apau Monteyin, Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marsel Kurperşoyekin, Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marius Kalligarisin, Kot-dтАЭİvuar Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fanidi Qnyano Filiberin, Fələstin Muxtariyyətinin ölkəmizdə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əsəd Əbdülmunim əl-Əsədin etimadnamələrini qəbul etmişdir.
Prezident İlham Əliyev səfirlərlə ayrı-ayrılıqda söhbət edərək, onlara diplomatik fəaliyyətlərində uğurlar arzuladı və dedi ki, sizin Azərbaycanda səfir təyin olunmağınız əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəkdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Prezident sarayında Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevi qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.