İyunun 12-də "Azərbaycan Alüminiumu" ASC-nin Sumqayıt "Alüminium" istehsalat sahəsində 1 və 2 nömrəli elektroliz korpusları yenidən qurulduqdan sonra istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən açılış mərasimində iştirak etmək üçün Sumqayıta gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül qoymuşdur.
Sumqayıt "Alüminium" istehsalat sahəsində Prezident İlham Əliyev müəssisənin baş planı ilə tanış olmuşdur. Dövlətimizin başçısı yeni korpusların tikintisində iştirak etmiş və avadanlıq alınmış şirkətlərin siyahısı ilə də maraqlanmışdır.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Sumqayıtda "Dizayn-Genay Azərbaycan" polietilen və polipropilen boru zavodunun da rəsmi açılışında olmuşdur. Dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən düyməni basmış və iridiametrli ilk məhsulun alınması prosesini izləmişdir. Prezident İlham Əliyev görülən işləri yüksək dəyərləndirmiş, bu cür məhsullara tələbatın böyük olduğunu bildirmişdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Şəhidlər xiyabanında olmuş və burada aparılan yenidənqurma işləri ilə əlaqədar tapşırıqlarını vermişdir. Dövlətimizin başçısı əvvəlcə Şəhidlər xiyabanında aparılacaq yenidənqurma işlərinin layihəsilə tanış olmuşdur. Prezident İlham Əliyev milli memarlıq üslubuna xüsusi diqqət yetirilməsinin vacibliyini söyləmiş, şəhidlərin portretlərinin yerləşdirilməsi və adlarının yeni formada yazılması, eləcə də "Əbədi məşəl" abidəsini əzəmətliliyi artıran detallarla zənginləşdirmək və ətrafı abadlaşdırmaq barədə tapşırıqlarını vermişdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Prezident sarayında Yaponiyanın "Nikkey" qəzetinin Moskva bürosunun rəhbəri Eydzi Furukavaya müsahibə vermişdir. Dövlətimizin başçısı Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, enerji təminatı sahəsində Azərbaycanın rolu, regional məsələlər və digər məsələlərlə bağlı suallara cavab vermişdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verilmişdir ki, binanın fasadı yenidən qurulur. Prezident İlham Əliyev kompleksin daxilində görülmüş işlərlə də tanış olmuşdur.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Prezident sarayında məşhur opera müğənnisi, SSRİ xalq artisti Yelena Obraztsovanı qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanın iqtisadi inkişafı, tarixi abidələrimizin qorunması, bərpa edilməsi və mədəniyyətimizin inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışmışdır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Prezident sarayında Beynəlxalq Bakı Caz Festivalında iştirak edən məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadəni və anası, tanınmış musiqiçi Elza Mustafazadəni qəbul etmişdir.
Dövlətimizin başçısı Beynəlxalq Bakı Caz Festivalının Azərbaycanın mədəni həyatında əhəmiyyətini vurğulamış, respublikamızın hüdudlarından kənarda Azərbaycan mədəniyyətini layiqincə təmsil edən Əzizə Mustafazadənin ölkəmizlə bundan sonra da mütəmadi əlaqə saxlayacağına əminliyini ifadə etmişdir.
***
İyunun 14-də Heydər Əliyev adına beynəlxalq hava limanı ərazisində tikilən müasir тАЬHoliday İNNтАЭ mehmanxanasının təntənəli açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Prezident İlham Əliyev mehmanxananın rəmzi açılışını bildirən lenti kəsdikdən sonra, тАЬHoliday İNNтАЭ ilə yaxından tanış olmuşdur. Dövlətimizin başçısı mehmanxananın müxtəlif mərtəbələrini və otaqlarını gəzmiş, burada yaradılan müasir şəraitlə tanış olmuşdur. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirmiş, burada yaradılan müasir şəraitdən razılığını bildirmiş və açılış mərasimində nitq söyləmişdir. Dövlətimizin başçısı Heydər Əliyev adına beynəlxalq hava limanı ərazisində tikilən müasir тАЬHoliday İNNтАЭ mehmanxanasının ümummilli liderimizin adı ilə bağlı olan əlamətdar bir gün - Milli Qurtuluş Günü ərəfəsində istifadəyə verilməsini böyük hadisə kimi dəyərləndirmiş, bu yeni binanın beynəlxalq hava limanı ərazisinə xüsusi görkəm verdiyini, eyni zamanda, xidmət infrastrukturunun ən muasir standartlara çatdırılması işində dəyərli töhfə olduğunu vurğulamışdır.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.