Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də ABŞ dövlət katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də ABŞ dövlət katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq münasibətlərinin bugünkü vəziyyəti, inkişaf istiqamətləri və gələcək perspektivləri, habelə bir sıra beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. İkitərəfli əlaqələrin səviyyəsindən razılıq ifadə olunmuş və bu əlaqələrin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanmışdır. Con Neqroponte Azərbaycana ilk dəfə səfər etdiyini və səfər müddətində artıq Səngəçal terminalında olduğunu bildirmişdir. Dövlət katibinin müavini bu terminalın, eləcə də paytaxtda müşahidə etdiyi quruculuq işlərinin və inkişafın onda yüksək təəssürat yaratdığını söyləmişdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri İonannis Metaksasın etimadnaməsini qəbul etmişdir. Diplomat fəxri qarovul dəstəsinin önündən keçdi. Səfir İonannis Metaksas etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi. Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətindən danışan Prezident İlham Əliyev bu səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından rolunu xüsusi qeyd etdi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, onun ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələr daha da genişlənəcəkdir. Səfir İonannis Metaksas Yunanıstan Prezidenti Karolos Papulyasın salamlarını dövlətimizin başçısına çatdırdı. İki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu deyən səfir dövlətimizin başçısını əmin etdi ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəkdir. Dövlətimizin başçısı Yunanıstan Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Yunanıstanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb