Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

«Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı


Azərbaycan Respublikasının ərazisinə idxal olunan mallara əlavə dəyər vergisinin ödənilməsində yayınmaların aradan qaldırılması və şəffaflığın artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında»  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, â„–1, maddə 55, â„– 4, maddə 378, â„–10, maddə 980; 2006-cı il, â„–2, maddə 180, â„–4, maddə 367, â„–7, maddə 652; 2007-ci il, â„–6, maddə 700, â„–7, maddə 743)  1.1-ci bəndi çıxarılsın.
2. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, â„–1, maddə 55, â„–4, maddə 378, â„– 10, maddə 980; 2006-cı il, â„–2, maddə 180,  â„–4, maddə 367, â„–7, maddə 652; 2007-ci il, â„–6, maddə 700, â„–7, maddə 743) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı» yeni mətndə təsdiq edilsin (əlavə olunur).
3. Bu qərar 2008-ci il yanvarın 15-dən qüvvəyə minir.
A.RasizadƏ,

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 30 dekabr 2007-ci il.

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavə


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 30 dekabr tarixli 220 nömrəli qərarı ilə
təsdiq edilmiş mətndə

Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı



XİF ƏN-in kodu

Mal mövqelərinin adları

Qrup 19-dan  
1901 10 000 0 Uşaq qidası, pərakəndə satış üçün çəkilib bükülmüş
Qrup 26-dan  
2606 00 000 0 Alüminium filizləri və konsentratları
Qrup 27-dən  
2716 00 000 0 Elektrik enerjisi
Qrup 30-dan Əczaçılıq məhsulları (3005, 3006 40 000 0, 3006 50 000 0 mal  mövqeləri istisna olmaqla)
Qrup 31 Gübrələr
Qrup 36 Fişənglər, siqnal raketləri, yağış raketləri, dumana qarşı siqnal və digər pirotexnika məmulatları - hərbi məqsədlər üçün
Qrup 38-dən  
3824 90 640 1 Hemodializdə istifadə olunan qarışıq tərkiblər
Qrup 48-dən  
4801 00 000 0 Qəzet kağızı, rulonlarda və ya vərəq şəklində
Qrup 49-dan  
4901 və 4902 Çap olunmuş kitab, qəzet və jurnallar
4907 00 Poçt markaları, dövlət rüsumu markaları və analoji markalar, vaxtlı (ödənilməmiş), nəzərdə tutulduğu ölkədə cari və ya yeni buraxılışı olan və qəbul nominal qiymətli və ya qiymətli olacaq markalar; gerbli kağızlar; çek kitabçaları; banknotlar; aksiyalar
Qrup 85-dən  
8502 31 900 0 Küləkenerjili elektrik qurğuları 
Qrup 87-dən  
8713 Əlil arabaları, mühərrik və ya başqa hərəkət mexanizmləri ilə təchiz olunmuş və ya olunmamış 
Qrup 90-dan  
9021 31 000 0 Süni bədən hissələri; süni oynaqlar; göz protezləri; eşitmə aparatları; kardiostimulyatorlar və onların hissə və ləvazimatları
 
Qrup 93-dən  
9301 Hərbi silah növləri (revolver, tapança və 9307 mal mövqeyindəki silahlardan başqa) 
9302 00 Revolver və tapança (9303 və 9304 mal mövqelərində təsnif edilənlərdən başqa) 
9305 9301-9304 mal mövqelərində təsnif edilən məmulatların hissə və ləvazimatları 
9306 Bombalar, qumbaralar, torpedalar, minalar, raketlər və döyüş aparılması üçün analoji hissələr və onların hissələri, patronlar,\ digər döyüş sursatları, mərmilər və onların hissələri, patronlar üçün qırmalar, sıxılar daxil edilməklə 
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb