Sentyabrın 15-də Bakı Dövlət Universitetində yeni inşa edilmiş, müasir tələblərə cavab verən tədris korpusunun açılış mərasimi olmuşdur.
Sentyabrın 15-də Bakı Dövlət Universitetində yeni inşa edilmiş, müasir tələblərə cavab verən tədris korpusunun açılış mərasimi olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və yeni tədris korpusu ilə tanış oldu. Sonra tədris korpusunun açılışına həsr edilmiş mərasim oldu. Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
***
Sentyabrın 15-də - тАЬBilik günüтАЭ Bakının Yasamal rayonundakı şəhid Paşa Nəzərov adına 60 nömrəli orta məktəbin yeni binasının açılış mərasimi olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına, bufetə, kiçik və böyük idman salonlarına baxdı, tədris prosesi, dərs vəsaitləri ilə maraqlandı.
Dövlətimizin başçısı bu təhsil ocağının açılışı və yeni dərs ilinin başlanması münasibətilə məktəbin kollektivini təbrik etdi, uğurlar arzuladı və onlarla xatirə şəkli çəkdirdi.
***
Sentyabrın 16-da Moskva vilayətindəki тАЬMayendorfтАЭ qəsrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin təkbətək görüşü olmuşdur. Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin dinamik inkişaf etdiyi bildirilmiş bu münasibətlərin davamlı olacağı vurğulanmışdır. Görüşdə həmçinin regionda təhlükəsizlik məsələləri müzakirə olunmuşdur.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Moskvada, Rusiya hökumətinin Qəbullar Evində RF hökumətinin sədri Vladimir Putinlə görüşmüşdür. Görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin inkişafı və gələcək əməkdaşlıq məsələlərinə toxunulmuşdur.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də paytaxtdakı Hüseyn Cavid parkında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı parkın ərazisini gəzdi, yaradılan şəraitlə yaxından tanış oldu, parka gəzintiyə çıxmış sakinlərlə görüşüb söhbət etdi.
Sonra Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının qarşısındakı bağa baxdı, burada da abadlıq və yenidənqurma işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlarını verdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı səfirlərini qəbul etmişdir.
Prezident İlham Əliyev diplomatlara müraciətlə dedi ki, Ramazan bayramı Azərbaycanda rəsmi bayram kimi ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra qeyd olunmağa başlamışdır. Amma ondan əvvəlki dövrlərdə, əlbəttə ki, Azərbaycan xalqı həmişə bu müqəddəs bayramı geniş qeyd edirdi. Bu bayram həmişə, bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Müstəqillik bərpa olunandan sonra Azərbaycan bütün ölkələrlə və əlbəttə ki, müsəlman ölkələri ilə də diplomatik münasibətlər qurmuşdur. O vaxtdan bu günə qədər bizim münasibətlərimiz çox sürətlə inkişaf edir. Biz çox istəyirik ki, bütün istiqamətlərdə münasibətlər inkişaf etsin və nəinki siyasi sahədə, eyni zamanda, ticarət, mədəni, humanitar və başqa sahələrdə birlikdə daha da yeni işlər görək.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikasında qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 18-də ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
Sentyabrın 18-də, Üzeyir musiqi günündə Bakı Musiqi Akademiyasının binasının əsaslı təmir-bərpa işlərindən sonra açılış mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı və xanımı əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəylinin akademiyanın binası qarşısındakı abidəsi önünə gül dəstələri qoydular.
Sonra Prezident İlham Əliyev binada aparılmış əsaslı təmir-bərpa işləri ilə tanış oldu. Dövlətimizin başçısı binanın fasadına baxdı, sinif otaqlarında oldu, görülmüş işləri yüksək qiymətləndirdi.
Akademiyanın konsert salonunda davam etdirilən mərasimdə Prezident İlham Əliyev çıxış etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyeni qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və regionda vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.