Sentyabrın 18-də Bakıda Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının təməlinin qoyulması mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı xüsusi kapsulu klinikanın özülünə qoyaraq beton qarışığı tökdü. Sonra Azərbaycan Prezidenti və onun xanımı tədris-terapevtik klinikanın baş planının təsvir edildiyi fotostendlərlə tanış oldular.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Prezident sarayında yunanтАУRoma güləşi üzrə Bakıda keçirilən dünya çempionatının qızıl medalına layiq görülmüş Olimpiya çempionu Fərid Mansurovu və Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının baş məşqçisi Elçin Cəfərovu qəbul etmişdir.
Dövlətimizin başçısı Bakıda keçirilən dünya çempionatının qızıl medalçısı Fərid Mansurovu tarixi qələbə münasibətilə təbrik etdi. Prezident İlham Əliyev bildirdi ki, bu yarış Azərbaycanda güləş üzrə keçirilən ilk dünya çempionatıdır və siz bu çempionatın ilk azərbaycanlı qalibi kimi böyük qəhrəmanlıq nümayiş etdirdiniz. Ağır zədədən sonra belə bir qələbə qazanmağı yüksək dəyərləndirən dövlətimizin başçısı Fərid Mansurovu bu münasibətlə bir daha təbrik edərək, bu nailiyyəti Azərbaycan idmanının böyük uğuru və xalqımızın sevinci kimi qiymətləndirdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Prezident sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya), Mətyu Brayzəni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirə edilmişdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Prezident sarayında İtaliya Respublikası Parlamenti Deputatlar Palatasının Xarici İşlər daimi komissiyasının sədri Umberto Ranierinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin ildənтАУilə artdığını müsbət hal kimi dəyərləndirdi. İkitərəfli münasibətlərdə parlamentlərarası əlaqələrin böyük önəm daşıdığını vurğulayan dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, İtaliya nümayəndə heyətinin ölkəmizə bu səfəri əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəkdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Prezident sarayında Avstriyanın iqtisadiyyat və əmək naziri Martin Bartenştaynın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında iqtisadi əlaqələrin geniş sahələri əhatə etdiyini, bir sıra Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini qeyd etdi. Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında əlaqələrin bundan sonra da genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Prezident sarayında Böyük Britaniyanın energetika üzrə dövlət naziri Malkolm Uiksin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdirildiyi bildirildi, Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən qlobal neft və qaz layihələrinin reallaşdırılması işində ölkələrimizin uzun illər səmərəli əməkdaşlıq etdiyi vurğulandı, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Prezident sarayında Polşa Prezidenti Dəftərxanasının rəhbəri vəzifəsini icra edən, dövlət katibi Robert Drabanı qəbul etmişdir.
Dövlətimizin başçısı Polşa Prezidenti ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayaraq, qarşılıqlı səfər və görüşlərin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının, eyni zamanda, ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin daha da genişləndirilməsi üçün əhəmiyyətli olduğunu bildirdi.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.