Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Rəsmi xronika


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. İkitərəfli münasibətlərimizdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı bildirdi ki, hər iki ölkə parlamentləri istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli formatda çox sıx əməkdaşlıq edir.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui Dümonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Fransa-Azərbaycan dostluq qrupunun iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi işində öz səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri İyad ibn Əmin Əl-Mədəni qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanda Səudiyyə Ərəbistanı mədəniyyəti günlərinin keçirilməsinin bu sahədə əlaqələrimizin daha da genişlənməsi işində əhəmiyyətli rol oynayacağını vurğuladı.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Belarus Nümayəndələr Palatasının sədri Vadim Popovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı ötən dövr ərzində əlaqələrin daha da inkişaf etdiyini, ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə daha da genişləndiyini qeyd etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Gürcüstan Parlamentinin sədri David Bakradzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Qazaxıstan Senatının sədri Qasım Comərd Tokayevi qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik surətdə inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin daha da genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Moldova Parlamentinin sədri Marian Lupunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın bundan sonra da genişlənəcəyinə və münasibətlərimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Polşa Senatının sədri Boqdan Boruseviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışan dövlətimizin başçısı belə geniş tərkibdə parlament nümayəndə heyətinin ölkəmizə səfərini Polşa tərəfinin Azərbaycan-Polşa əlaqələrinə verdiyi önəmin yaxşı nümunəsi olduğunu qeyd etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Rumıniya Senatının sədri Nikolae Vekeroyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Rumıniya Senatının nümayəndə heyətinin Azərbaycana səfərini ölkələrimiz arasında yüksək səviyyədə münasibətlərin göstəricisi kimi dəyərləndirdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Ombudsmanların VI Bakı Beynəlxalq konfransının iştirakçılarını qəbul etmişdir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda ombudsman təsisatı altı il bundan əvvəl yaradılmışdır. Amma qısa müddət ərzində Azərbaycanda bu sahədə çox böyük işlər görülüb. Biz beynəlxalq təşkilatlarla bu sahədə çox uğurlu əməkdaşlıq edirik.
***
İyunun 19-da Milli Məclisin Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağı keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmiş və nitq söyləmişdir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında tarixi bir hadisə idi. Lakin iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş və Azərbaycan xalqı yenidən müstəqillikdən məhrum edilmişdir. Bu acı tarix 1990-cı illərin əvvəllərində də təkrarlana bilərdi. 1993-cü ildə Azərbaycan xalqı milli lideri Heydər Əliyevə müraciət edərək, onu yenidən siyasi hakimiyyətə gətirməklə öz müstəqilliyini qoruya bilmişdir.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da İordaniya Haşimilər Krallığı Parlamenti sədrinin müavini Tahir əl-Masrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanla İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Türkmənistan Parlamentinin sədri xanım Akca Nurberdıyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Pakistan Parlamentinin sədri Muhammadmian Sumronun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı bu səfərin həm Ali Qanunverici orqanlar arasında əməkdaşlığın, həm də ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Qoli Amerinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi və bu istiqamətdə əlaqələrimizin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Estoniya Parlamenti sədrinin müavini Kristina Oyulandı qəbul etmişdir. Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulandı.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də İran İslam Respublikası Parlamenti sədrinin müavini Məhəmməd Əbuturabinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ölkələrimizin əlaqələrinin daha da genişlənməsində parlamentlərarası əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı vurğulandı.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb