Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan xalqı xoşbəxt gələcəyə səs verdi


Artıq xeyli vaxtdır seçim gününü gözlədiyimiz 2008-ci il 15 oktyabr - Azərbaycan Respublikasında Prezident seçkiləri günü böyük uğurla və xalq dəstəyi ilə başa çatdı. Respublika prezidentliyinə yeddi namizədin arasında cənab İlham Əliyev seçkiyə gələnlərin 88,64 faizinin səsini qazanaraq yenidən beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçim xalqın öz seçimi, pəhbərinə böyük ehtiramın bariz nümünəsidir. Cənab İlham Əliyevin doğma xalqının istək və sevgisini qazanmasının səbəbi nədir? Hər şeydən öncə irqi, milli, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının prezidenti olması və düz beş il öncə xalqın və üçrəngli bayrağımızın önündə Müstəqil Azərbaycan Respublikası Konstitusiyasına və Müqəddəs Qurana and içərək verdiyi rəhbər sözünə - Azərbaycan dövlətini sivil, demokratik bir dövlət kimi dünya dövlətləri sırasında öz layiqli yerini tutacağı, ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirəcəyi, doğma respublikamızın iqtisadi gücünü, sosial səviyyəsini, mədəni inkişafını və əhalinin maddi rifah halını yüksəldəcəyi, elmin, təhsilin səviyyəsinin sürətli inkişafına nail olacağı, yoxsulluq həddinin qat-qat azaldılacağı, 600 min yeni iş yerlərinin açılacağı haqqında vədinə ləyaqətlə əməl etməsidir... Həmin tarixi və təntənəli andiçmə günlərindən bizi beş illik bir zaman kəsiyi ayırır. Və biz hamılıqla beş ildə keçdiyimiz yola bir daha nəzər salanda böyük qürur hissilə duyuruq ki, möhtərəm Prezidentimiz doğma xalqına verdiyi sözə, içdiyi anda ləyaqətlə əməl etmişdir. Gəlin, bu beş illik inkişaf yollarına bir daha nəzər salaq, respublikada iqtisadi, siyasi, sosial, mədəni - bir sözlə, bütün sahələrdə analoqu olmayan yüksəlişə diqqət yetirək. Əvvəla, Azərbaycanın Avropaya inteqrasiyası sürətlənib. Qonşu dövlətlərlə qarşılıqlı etimad əsasında iqtisadi və siyasi münasibətlər daha da yaxşılaşıb. Beynəlxalq layihələr - xüsusilə də dünyanın ən böyük və ən mükəmməl mühəndis-kommunikasiya qurğusu olan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilərək istifadəyə verilib. Azərbaycan nefti dünya bazarına, Azərbaycan qazı Gürcüstana, Türkiyəyə və Yunanıstana ötürülüb. Neft və qaz istehsalı əvvəlki illərə nisbətən qat-qat artıb. TRASEKA layihəsi əsasında Azərbaycan vasitəsilə beynəlxalq daşınmaların miqdarı artıb. Batumi, Poti və Kulevi neft terminalları fəaliyyətə başlayıb və sair. Ölkədaxili layihələr də sürətlə həyata keçirilməyə başlayıb. Neft gəlirləri hesabına Oğuz-Qəbələ-Bakı yeni və daha prespektivli su kəməri tikintisi sona çatmaq üzrədir. Samur Abşeron Suvarma sistemləri yenidən qurulur. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanılıb. Azərbaycan dəmir yollarında və şosse-magistral yollarında yenidənqurma işləri aparılır. O cümlədən, Bakı-Quba, Bakı-Astara və Bakı-Qırmızı Körpü, Bakı-Qəbələ-Zaqatala avtomobil yolları Avropa və dünya standartlarına uyğun yenidən qurulur. Bakı şəhərinin infrastrukturunda da böyük irəliləyişlər baş vermişdir. Salınan yeni körpülər, yeraltı və yerüstü yol ötürücüləri inşa edilərək istifadəyə verilmişdir. Bütün bunlar ildən-ilə arrtmaqda olan avtomobil axınını tənzimləyir, tıxacların qarşısını alır. Bu keçidlər və körpülər paytaxtımızın gözəlliyini də artırır. Onu da qeyd edək ki, təkcə Bakı yox, respublikamızın bütün şəhər, kənd və qəsəbələri də simasını kökündən yaxşılığa doğru dəyişmiş, yeni müasir yaşayış evləri, bağlar və xiyabanlar, növbənöv fəvvarələr yaşayış məntəqələrinin görkəmini gözəlləşdirmiş, əhalinin asudə vaxtının şən keçməsini daha da yaxılaşdırmışdır. Bütün bunlar dövlətimizin maliyyə imkanlarının artması və iqtisadi inkişafımızın yeni mərhələyə qədəm qoyması sayəsində əldə edilmişdir. Bu artım özünü ilk növbədə dövlət büdcəmizin əvvəlki beşilliklərə nisbətən qat-qat artmasında göstərir. Belə ki, 2008-ci ildə dövlət büdcəsi xərcləri 2003-cü ilə nisbətən 14 dəfə, büdcə gəlirləri isə 13,4 dəfə artmış, adamb\aşına düşən gəlir isə 76 dollardan 1456 dollara qalxmışdır. Təkcə son bir ildə təhsil xərcləri 47 faiz, səhiyyə xərcləri 38 faiz, müdafiə xərcləri 65 faiz, sosial müdafiə və sosial təminat xərcləri 33 faiz yüksəlmişdir. Onu da qeyd etmək yerinə düşər ki, büdcədə bu il üçün nəzərdə tutulan investisiya xərcləri 4,43 milyard manat təşkil edir. Azərbaycanın iqtisadi gücü və potensialı ölkədə Ümumi Daxili Məhsulun həcminin sürətlə artımı ilə müşayiət olunur. Təkcə 2007-ci ildə 31 milyard dollarlıq ÜDM istehsal olunmuşdur ki, bu da 2006-cı ildəkindən 25 faiz çoxdur. Həmin göstərici bu ilin doqquz ayında isə keçən ilin müvafiq dövründəkindən 15 faiz çox olmuşdur. Və ölkəmiz, əhalinin nisbi azlığına baxmayaraq, son beş ildə ÜDM həcminə görə dünyada 90-cı yerdən 71-ci yerə qalxmışdır. Bütün buların nəticəsində Azərbaycan Respublikasında yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə qədər azalmışdır. Yoxsulluğun azalması ilə bərabər ölkədə əmək haqqlarının, sosial müavinətlərin qədəri də qat-qat artmışdır. Belə ki, ölkədə son 5 ildə orta aylıq əmək haqqları 77 manatdan 254 manata çatmışdır. Bu ilin sonuna qədər isə onun həcminin 274 manata yüksəlməsi gözlənilir. Azərbaycanda iqtisadiyyat sürətlə artdıqca, Dövlət Proqramına uyğun olaraq regionların sosial-iqtisadi potensialı yüksəldikcə, yerli təbii resurslardan bacarıqla istifadə olunmaqla bölgələrdə yeni sənaye və emal müəssisələrinin sayı çoxaldıqca, xarici investorların respublikamıza marağı və investiya qoymaq həvəsi də artır. Elə bu səbəbdən də bütün sahələr üzrə investisiya qoyuluşu 2003-cü ilə nisbətən 2008-ci ildə üç dəfə artaraq, 4326 milyard dollardan 11540 milyard dollar həcmində olmuşdur. Sevindirici haldır ki, bunun da xeyli hissəsini daxili investisiyalar təşkil edir. Bu da onu göstərir ki, ölkəmizdə sahibkarlığa dövlət qayğısı ildən-ilə artır və biznes mühiti yaxşılaşır. İşsizlik də son dərəcə azalmışdır. Bunlarla əlaqədar davamlı inkişaf da təmin olunmuşdur. İqtisadi tempin belə sürətlə artımı dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasətin nəticəsidir. Yenə statistikaya müraciət edək. Son beş ildə səhiyyə sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 7 dəfə artmış, təhsilin inkişafına ayrılan xərclər isə 4 dəfə artaraq 1 milyard ABŞ dollarına bərabər olmuşdur. Dörd ildə 1400 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. Məktəblərin texniki avadanlıqlarla təchiz edilməsi, xüsusilə də kompüter sisteminin qurulması işi sürətlənmişdir. İlham Əliyev cənablarının ən böyük xidmətlərindən biri də odur ki, on ildən artıq çadır şəhərciklərində, heç bir kommunal şəraiti olmayan binalarda yaşayan məcburi köçkünlər və qaçqınlar ü\çün hər cür kommunal şəraiti olan onlarla qəsəbələr salınmış və məcburi köçkünlər həmin qəsəbələrə köçürülmüş, çadır şəhərcikləri büsbütün ləğv edilmişdir. ...Beş il ərzində İlham Əliyevlə birgə qazandığımız qələbələr, əldə etdiyimiz uğurlar qədərsizdir. Bu uğurların nəticəsində Azərbaycan Qafqazda, eləcə də MDB ölkələri arasında ən inkişaf edən ölkə olmuşdur. İlhamlı günlərimizin böyük qələbələri hələ qabaqdadır. Öz rəhbərinə, dahi Heydər Əliyev kursunun layiqli davamçısına inamını bir daha dünya dövlətləri qarşısında ortaya qoyan qədirbilən Azərbaycan xalqı öz ləyaqətli oğlunu ikinci dəfə ölkəyə rəhbər seçdi. Çünki bütün xalq cənab İlham Əliyevə inanır, hər yerdə və hər zaman onu müdafiə edir və onun rəhbərliyi altında yeni-yeni uğurların, qələbələrin əldə edilməsində möhtərəm Prezidentinə daim dəstək verir.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb