Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri
Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri
Avqustun 22-də Xızı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeyin təntənəli açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev muzeyin açılışında iştirak etdi.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu. Ekspozisiya salonunda ulu öndərin həyat və fəaliyyəti ilə bağlı fotoşəkillər toplanmışdır. Binada kompyuter, iş otaqları, konfrans salonu da vardır. Uşaq və gənclər burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videofilmlərə də baxa biləcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Xızı şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Dövlətimizin başçısı son illər Xızı rayonunda görülən işləri yüksək qiymətləndirdi və gözəl təbiətə malik olan bölgədə turizmin və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün xüsusi proqramların hazırlandığını bildirdi. Prezident İlham Əliyev dedi ki, Xızı rayonunun problemlərinin həlli üçün əlavə vəsait də ayrılacaqdır.
Şəhər sakinləri göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər, ölkəmizdə son illərdə sosial-iqtisadi inkişafda qazanılmış uğurları yüksək qiymətləndirdilər.
Sonda dövlətimizin başçısı sakinlərlə xatirə şəkli çərdirdi.
Prezident İlham Əliyev avqustun 22-də Xızı şəhərindəki Şahmat Mərkəzi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, qısa müddətdə tikilib istifadəyə verilmiş mərkəzdə uşaqların bu qədim oyunun sirlərini öyrənməsi üçün şərait vardır. Gələcəkdə mərkəzin genişləndirilməsi nəzərdə tutulur. Bildirildi ki, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Xaçmazda keçirilmiş zona yarışlarında məktəbin yetirməsi Xalidə Abdullayeva birinci, respublika yarışlarında isə dördüncü yeri tutmuşdur.
Ümumiyyətlə, rayonda bədən tərbiyəsi və idmana böyük diqqət göstərildiyi də vurğulandı.
Həmin gün Xızı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş ikimərtəbəli 16 mənzilli bina istifadəyə verilmişdir.
Sakinlər bu münasibətlə buraya gələn Azərbaycan Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində tikilmiş bina su, qaz və elektrik enerjisi ilə tam təmin olunmuş, burada müasir "Kombi" istilik sistemi quraşdırılmışdır.
Dövlətimizin başçısı mənzillərin orderlərini sahiblərinə təqdim edərək, onları təbrik etdi.
Prezident İlham Əliyev ölkəmizdə əlillərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan inkişaf edir, daha da güclənir, ordu quruculuğu sahəsində mühüm işlər görülür və biz işğal olunmuş torpaqlarımızı azad edəcəyik.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onlara göstərdiyi diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını bildirdilər.
Avqustun 22-də Altıağac Milli parkında Vəhşi təbiətin bərpası mərkəzi və reabilitasiyası klinikasının açılışı olmuşdur. Mərkəzin işçiləri və mərasimə toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən qırmızı lenti kəsdi, fitoguşəyə baxdı.
Dövlətimizin başçısı Altıağac Milli parkının inzibati binası, ekoturizm və informasiya mərkəzi ilə tanış oldu, turizm ləvazimatlarının kirayəsi və satışı şöbəsindəki avadanlığa baxdı.
Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri başa çatmışdır.
06.10.2007 Azərbaycan Respublikasının Prezidenti... Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir.
Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.