Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Rəsmi xronika


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Prezident sarayında BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Marko Borsottini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Prezident İlham Əliyev cənab Marko Borsottinin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirdi. Ötən dövr ərzində təhsil, səhiyyə və digər humanitar sahələrdə həyata keçirilən layihələrin uğurlu olduğunu xatırladan Azərbaycan Prezidenti bu əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğuladı. Dövlətimizin başçısı İlham Əliyev Marko Borsottinin bundan sonra da Azərbaycanla sıx əlaqələr saxlayacağına ümidvar olduğunu söylədi.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Prezident sarayında İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərğamini qəbul etmişdir.
Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı, qonağın ölkəmizə bu səfərinin televiziya və radio sahəsində əməkdaşlığa da töhfə verəcəyini bildirdi.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Prezident sarayında тАЬDoing Busness 2007тАЭ-nin müəllifi, Dünya Bankının baş iqtisadçısı Simeon Djankovu və bankın Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçakı qəbul etmişdir.
Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə əldə olunan uğurlar barədə ətraflı danışdı və bu qurum ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlığın gələcəkdə səmərəli olacağına və ölkəmizdə gedən inkişaf prosesləri barədə beynəlxalq aləmdə real təsəvvürün yaradılması sahəsində konkret işlərin görüləcəyinə əminliyini bildirdi.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Prezident sarayında, Gənclər günü ilə əlaqədar ölkəmizin gənclər təşkilatlarının nümayəndələri ilə görüşmüşdür.
Dövlətimizin başçısı Gənclər günü münasibətilə onları ürəkdən təbrik edərək bildirdi ki, on il ərzində Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut etmişlər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır.
Gənclər gününün təsis edilməsinin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, O, bu məsələlərə daim böyük diqqət göstərmişdir. Hələ 1970-ci illərdə Azərbaycanda gənc nəslin yetişdirilməsi üçün böyük işlər görmüşdür. Yəqin bilirsiniz ki, o illər ərzində Azərbaycan gəncləri Sovet İttifaqının aparıcı ali məktəblərinə oxumağa göndərilmişdir. Həmin insanlar bu gün müstəqil Azərbaycana ləyaqətlə xidmət edirlər.
Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki gələcəkdə ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr yaşayır, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafı üçün, Azərbaycan xalqının rifah halının yüksəldilməsi üçün hər bir vətəndaş, hər bir insan öz əməyini göstərməlidir.
Azərbaycanın gələcək inkişafında gənclərin rolunun çox böyük olduğunu bildirən dövlətimizin başçısı vurğuladı ki, ölkə əhalisinin əksəriyyəti gənclərdir və onlar bütün sahələrdə çalışırlar. Bir daha demək istəyirəm ki, ilk istəyim, ilk tələbim ondan ibarətdir ki, gənclər yaxşı oxusunlar. Bunun üçün biz lazımi şərait yaratmağa çalışırıq. Ali məktəblərdə oxuyan gənclərin təqaüdləri də qaldırılıb, digər məsələlər öz həllini tapır. Təhsili bitirdikdən sonra, əlbəttə ki, gənclər Azərbaycanda iqtisadi və digər sahələrdə olan imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. İndi bu imkanlar var və mən çox istəyirəm ki, gənclər bütün sahələrdə fəal iştirak etsinlər, cəmiyyətin fəal üzvləri olsunlar. Bu, ölkəmiz üçün, gələcək üçün lazımdır. Hesab edirəm ki, indi Azərbaycanda mövcud olan iqtisadi və siyasi vəziyyət bütün bu imkanları yaradır.
Görüşün sonunda Prezident İlham Əliyev 2007-ci ilin gənclər ili olduğu üçün silsilə tədbirlərin həyata keçiriləcəyini bildirdi və Azərbaycan gənclərini bir daha təbrik edərək, onlara xoş arzularını çatdırdı.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb