Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Dövlətimizin güclü sosial siyasəti xalqın firavan yaşamasına yönəldilmişdir


Azərbaycan Prezidenti İlham Əliyev martın 1-2 tarixlərində Şamaxı, Oğuz və Qəbələ rayonlarında səfərdə olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Şamaxı rayonuna gəlmişdir.
Prezident İlham Əliyev əvvəlcə Şamaxı Müalicə-Diaqnostika Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etdi.
Dövlətimizin başçısı mərkəzin baş planı ilə tanış oldu. Məlumat verildi ki, 3 mərtəbədən ibarət olacaq mərkəzdə poliklinika, cərrahiyyə şöbəsi, əməliyyat bloku yerləşəcəkdir. Avadanlıqla birlikdə mərkəzin smeta dəyəri 5 milyon manatdır.
Prezident İlham Əliyev diaqnostika mərkəzinin təməlinə gilizi qoydu və beton qarışığı tökdü.
Sonra Şamaxı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi. Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
Dövlətimizin başçısı bildirdi ki, ölkəmizin müxtəlif rayonlarında yeni, müasir xəstəxanalar tikilir. Artıq Lənkəranda və Naxçıvanda bu xəstəxanalar fəaliyyətə başlamışdır və orada çox yüksək tibbi xidmət var. Başqa şəhər və rayonlarda da eyni tibb ocaqları tikilir. Bu gün Şamaxıda təməlini qoyduğumuz xəstəxana, əlbəttə ki, ən yüksək səviyyədə tikilib istifadəyə veriləcəkdir. Bütün bunları biz indi həyata keçiririk, imkanlarımız artır, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış Azərbaycanın neft strategiyası nəticəsində bütün bunlar mümkün olur. Çünki bütün bu yeni xəstəxanalar və diaqnostika-müalicə mərkəzləri Neft Şirkətinin hesabına tikilir.
Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Şamaxı şəhərindəki тАЬStarтАЭ məişət avadanlığı zavodu ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, burada soyuducu, kondisioner və paltaryuyan maşın istehsal ediləcəkdir. Müəssisədə tam istehsal prosesi yaradılacaq, yəni, məhsul buraxılışı üçün lazım olan bütün hissələr burada hazırlanacaqdır.
Prezident İlham Əliyev müəssisənin ayrı-ayrı istehsal sahələrini gəzdi, quraşdırılmış avadanlıqla tanış oldu.
Burada Prezident İlham Əliyevə Şamaxıda görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun тАЬYeniləşən Azərbaycana yeni məktəbтАЭ proqramı çərçivəsində rayonda bir neçə məktəb tikilmişdir. Yeni yollar çəkilir, elektrik enerjisi təminatında heç bir problem yoxdur. Turizmin inkişafı üçün Fransa şirkətləri ilə yeni layihə hazırlanır. Ayrılan vəsaitlər hesabına bir çox problemlər öz həllini tapır. Sürüşmə zonasında yerləşən obyektlər, məktəblər Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
Prezident İlham Əliyev rayonun daha da inkişafı, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün gələcəkdə də tədbirlər görüləcəyini bildirdi, səhiyyə, təhsil, turizm sektorunun dirçəldilməsi, fermer təsərrüfatlarına xüsusi diqqətin yetirilməsi barədə müvafiq tövsiyə və tapşırıqlarını verdi.
Bununla da Prezidentin Şamaxıya səfəri başa çatdı.
Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də, günün ikinci yarısında Şamaxı rayonundan Oğuz rayonuna gəlmişdir.
Dövlətimizin başçısı Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlinin qoyulması mərasimində iştirak etmişdir.
Prezident əvvəlcə Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsi ilə tanış oldu.
Prezident İlham Əliyevə məlumat verildi ki,  tikinti 420 günə başa çatdırılacaqdır. Təkcə layihənin özünə ayrılan xərclər təqribən 142,1 milyon ABŞ dolları olacaqdır. Layihənin ümumi dəyəri isə 3 müqavilə ilə birlikdə, bütün vergilər daxil olmaqla, 480 milyon manatdır.
Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığını tökdü.
Sonra bu münasibətlə təntənəli mərasim keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev nitq söylədi.
Dövlətimizin başçısı bildirdi ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi üçün əvvəllər çox böyük səylər göstərilmişdir, tədqiqat işləri aparılmışdır. Ancaq maliyyə vəziyyəti bunu həyata keçirməyə imkan vermirdi. İndi isə Azərbaycanın iqtisadi inkişafı o qədər sürətlə gedir ki, biz istənilən layihəni həyata keçirməyə qadirik. İlk növbədə, biz insanları daha çox narahat edən məsələlərə diqqət göstəririk, əsas vəsaiti oraya yönəldirik. Sosial məsələlərin həlli, infrastruktur layihələrinin həyata keçirilməsi bizim üçün prioritet məsələdir.
Prezident İlham Əliyev vurğuladı ki, bütün bu işlərin təməli 1994-cü ildə qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda başlanmış uğurlu neft strategiyamız bu imkanları bizə yaradır. İndi Azərbaycanın iqtisadiyyatı ən yüksək sürətlə inkişaf edir.
Çıxışının sonunda dövlətimizin başçısı Oğuz rayonunda aparılan böyük tikinti işlərindən məmnunluğunu ifadə edərək bildirdi ki, buranın çox gözəl təbiəti var, turizm üçün çox gözəl yerlər var. Biz elə etməliyik ki, Oğuz Azərbaycanın ən qabaqcıl rayonuna çevrilsin. Bunun üçün biz gərək birgə işləyək.
Sonra Prezident İlham Əliyev rayon sakinləri ilə səmimiyyətlə görüşüb hal-əhval tutdu, qayğıları ilə maraqlandı.
Həmin gün Oğuz şəhərində ulu öndərin adını daşıyan muzeyin açılış mərasimi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi. Dövlətimizin başçısı muzeyin ayrı-ayrı guşələri ilə tanış oldu, muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Oğuz rayonunda тАЬApraтАЭ istirahət və sağlamlıq kompleksinin tikintisi ilə tanış olmuşdur. Prezident İlham Əliyevə məlumat verildi ki, tikintisinə 2006-cı ilin iyulunda başlanan kompleks ilin sonunadək tam istifadəyə veriləcəkdir. Prezident İlham Əliyev inşaatçılarla görüşdü, layihə ilə tanış oldu, tikinti sahələrinə baxdı.
Prezident İlham Əliyev sonra Səhiyyə Nazirliyinin sifarişi ilə Oğuz şəhərinin Heydər Əliyev prospektində inşa olunan mərkəzi rayon xəstəxanasının tikintisi ilə də tanış oldu.
Prezidentə məlumat verildi ki, 100 çarpayılıq bu xəstəxanada hər cür müasir şərait yaradılacaqdır.
Layihə ilə tanış olan Prezident İlham Əliyev dedi ki, bu cür xəstəxanalar ölkəmizin bir çox regionlarında, o cümlədən Şamaxıda, Şəkidə, Balakəndə, Göyçayda və digər rayonlarda artıq inşa olunur. Dövlətimizin başçısı ölkəmizdə əhalinin sağlamlığının qorunması üçün görülən tədbirlərdən danışdı və bu sahəyə bundan sonra da diqqət göstəriləcəyini xüsusi vurğuladı.
Prezident İlham Əliyev martın 1-də Oğuz şəhərində Olimpiya Kompleksinin tikintisi ilə tanış olmuşdur.
Prezidentə məlumat verildi ki, tikintiyə 2006-cı il sentyabrın 1-də başlanmışdır və kompleks 2008-ci il sentyabrın 1-dək tam hazır olacaqdır.
Prezident İlham Əliyev layihə ilə tanış oldu, inşaatçılara təşəkkürünü bildirdi. Dövlətimizin başçısı ölkəmizin artıq 10-dan çox rayonunda olimpiya idman kompleksinin tikildiyini xatırladaraq, bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini söylədi.
Bununla da Prezident İlham Əliyevin Oğuz rayonuna səfəri başa çatdı.
Azərbaycan Prezidenti İlham Əliyev Oğuz rayonundan Qəbələ rayonuna gəlmişdir.
Dövlətimizin başçısı Qəbələ rayonuna səfərini martın 2-də Heydər Əliyev muzeyinin açılışı ilə başladı. Məlumat verildi ki, muzey elektron kitabxana, müxtəlif fotoşəkil və sənədlərə malikdir, ümumiyyətlə, burada ulu öndərin irsinin lazımi səviyyədə təbliği üçün hərtərəfli şərait yaradılmışdır.
Sonra dövlətimizin başçısı sakinlərlə görüşüb hal-əhval tutdu.
Prezident İlham Əliyev sonra Qəbələ müalicə-diaqnostika mərkəzinin tikintisi ilə tanış oldu. Məlumat verildi ki, mərkəzin tikintisinə 2005-ci ilin əvvəlindən başlanıb və avadanlıqla birlikdə mərkəzin yaradılmasına 7,5 mln. manat sərf olunacaq.
Dövlətimizin başçısı həmin gün «Gilan Holdinq» konserv zavoduna da gəldi. Məlumat verildi ki, burada meyvə-tərəvəz məhsulları emal olunur, bütün xammal yerli mənbələrdən əldə edilir və məhsul xaricə də göndərilir.
Daha sonra Prezident İlham Əliyev «Gilan Holdinq»in «Qəbələ» ticarət kompleksilə də tanış oldu. Bildirildi ki, burada əsasən kənd təsərrüfatı məhsulları satılır və əhaliyə nümunəvi xidmət göstərilir. Dövlətimizin başçısı bu obyektən də razılığını bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Zərifə Əliyeva parkına gəldi. Dövlətimizin başçısına məlumat verildi ki, parkda sakinlərin mədəni istirahəti, eləcə də bir sıra idman tədbirlərinin keçirilməsi üçün əlverişli şərait yaradılıb.
Daha sonra dövlətimizin başçısı 480 yerlik Nohurqışlaq məktəbinə gəldi. Məlumat verildi ki, məktəbin tikintisinə 2004-cü ilin ikinci yarısında başlanıb və üçmərtəbəli məktəbin binası 24 sinif otağından ibarətdir. Məktəbdə təhsilin yüksək səviyyədə aparılması üçün lazımi şərait yaradılıb, həmçinin bu təhsil ocağı kompüterlərlə təmin olunub.
Həmin gün Prezident İlham Əliyev «Gilan Holdinq»in kərpic zavoduna gəldi. Bildirildi ki, burada 150 nəfər çalışır, orta aylıq əmək haqqı 100-150 manatdır. Müəssisənin istehsal gücü bir növbədə 15 mln. ədəd kərpicdir və imkanlar getdikcə genişlənməkdədir.
Daha sonra dövlətimizin başçısı Qəbələ şəhərinin mərkəzindəki dördmərtəbəli «Qəbələ» mehmanxanasına gəldi. «Gilan Holdinq»ə məxsus bu obyekt 2005-2006-cı illərdə yenidən qurularaq istifadəyə verilib. 58 otaqdan ibarət bu mehmanxanada müasir tələblərə uyğun şərait yaradılıb.
Prezident İlham Əliyev həmin gün «Gilan Holdinq»in Turizm-İstirahət Kompleksinə də baş çəkdi. Dövlətimizin başçısına məlumat verildi ki, burada 2 ədəd beşmərtəbəli mehmanxana, 20 ədəd kottec inşa olunur. Bu işə ümumilikdə 11 mln. manat sərmayə qoyuluşu nəzərdə tutulub.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətində, ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Andrey Fursenko ilə görüşdü. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə, o cümlədən, təhsil və elm sahəsində əməkdaşlıq uğurla inkişaf edir. Prezident İlham Əliyev Rusiya Federasiyasının təhsil və elm nazirinin Azərbaycana səfərinin də sözügedən sahələrdə əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyini vurğuladı.
Bununla da Prezident İlham Əliyevin Şamaxı, Oğuz və Qəbələ rayonlarına səfəri başa çatdı.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb