Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü, senator Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü, senator Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, regional, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Qərbi Avropa İttifaqı Parlament Assambleyasının fəxri sədri Stefan Qorisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Bu gözəl ölkəyə yenidən səfərindən məmnunluğunu bildirən Stefan Qoris dedi ki, səfərdən məqsəd Azərbaycanda və ümumən Xəzər regionunda gedən proseslər, enerji təhlükəsizliyi məsələləri istiqamətində görülən işlər barədə məruzə hazırlamaqdır. Ümidvaram ki, bu hesabatda Azərbaycanda hökm sürən sabitlik məsələsi də öz əksini tapacaqdır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Xəzər regionunda, Qafqazda sabitliyin, enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə daha böyük rol oynayır. Azərbaycan Prezidenti ümidvar olduğunu bildirdi ki, nümayəndə heyətinin səfəri ölkəmizdə gedən inkişaf prosesləri ilə daha yaxından tanışlıq üçün yaxşı imkan olacaqdır.

***
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 26-da Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair tədbirlər planının icrasına uyğun olaraq, Əzizbəyov dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolunda həyata keçirilən yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olmuş, paytaxta yeni gətirilmiş sərnişin avtobuslarına baxmışdır.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixay Rezvan Unqureanunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Rumıniya Prezidenti Trayan Beseskunun bu yaxınlarda ölkəmizə səfərini xatırlayaraq, səfər zamanı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səmərəli danışıqlar aparıldığını vurğuladı. Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixay Rezvan Unqureanu ölkəmizə səfərindən və Prezident İlham Əliyevlə görüşündən böyük şərəf duyduğunu bildirdi.

***
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 27-də Bakı metrosunun yeni tikilən "Nəsimi" və "Azadlıq prospekti" stansiyaları ilə tanış olmuşdur. Dövlətimizin başçısı əvvəlcə tikintisi başa çatmaqda olan "Nəsimi" stansiyasının yerləşdiyi əraziyə gəldi. Prezident İlham Əliyevə məlumat verildi ki, "Nəsimi" stansiyasının davamı olaraq çəkilən xətt ilin sonunadək digər stansiya ilə birləşdiriləcəkdir. Metropolitenin yeni stansiyalarının çəkilməsi ilə bağlı layihələr də vardır. Bu layihələr, ilk növbədə, şəhərdaxili şəbəkənin genişləndirilməsini və paytaxt əhalisinin tələbatının tam ödənilməsini nəzərdə tutur. Sonra Prezident İlham Əliyev metronun tikintisi davam edən "Azadlıq prospekti" stansiyasına gəldi. Həmin stansiya paytaxtın Binəqədi rayonunun 7 və 8-ci mikrorayonları arasında yerləşir. Dövlətimizin başçısına burada 2007-ci ilin avqust ayından başlanan tikinti-quraşdırma işləri barədə məlumat verildi. Tikinti işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev metronun bu stansiyasında və ətraf ərazilərdə görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi. Rəsmi xronika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü, senator Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, regional, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Qərbi Avropa İttifaqı Parlament Assambleyasının fəxri sədri Stefan Qorisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Bu gözəl ölkəyə yenidən səfərindən məmnunluğunu bildirən Stefan Qoris dedi ki, səfərdən məqsəd Azərbaycanda və ümumən Xəzər regionunda gedən proseslər, enerji təhlükəsizliyi məsələləri istiqamətində görülən işlər barədə məruzə hazırlamaqdır. Ümidvaram ki, bu hesabatda Azərbaycanda hökm sürən sabitlik məsələsi də öz əksini tapacaqdır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Xəzər regionunda, Qafqazda sabitliyin, enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə daha böyük rol oynayır. Azərbaycan Prezidenti ümidvar olduğunu bildirdi ki, nümayəndə heyətinin səfəri ölkəmizdə gedən inkişaf prosesləri ilə daha yaxından tanışlıq üçün yaxşı imkan olacaqdır.

***
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 26-da Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsinə dair tədbirlər planının icrasına uyğun olaraq, Əzizbəyov dairəsi-Heydər Əliyev adına beynəlxalq hava limanı avtomobil yolunda həyata keçirilən yenidənqurma və tikinti işlərinin gedişi ilə tanış olmuş, paytaxta yeni gətirilmiş sərnişin avtobuslarına baxmışdır.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixay Rezvan Unqureanunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Rumıniya Prezidenti Trayan Beseskunun bu yaxınlarda ölkəmizə səfərini xatırlayaraq, səfər zamanı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səmərəli danışıqlar aparıldığını vurğuladı. Rumıniya Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixay Rezvan Unqureanu ölkəmizə səfərindən və Prezident İlham Əliyevlə görüşündən böyük şərəf duyduğunu bildirdi.

***
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 27-də Bakı metrosunun yeni tikilən "Nəsimi" və "Azadlıq prospekti" stansiyaları ilə tanış olmuşdur. Dövlətimizin başçısı əvvəlcə tikintisi başa çatmaqda olan "Nəsimi" stansiyasının yerləşdiyi əraziyə gəldi. Prezident İlham Əliyevə məlumat verildi ki, "Nəsimi" stansiyasının davamı olaraq çəkilən xətt ilin sonunadək digər stansiya ilə birləşdiriləcəkdir. Metropolitenin yeni stansiyalarının çəkilməsi ilə bağlı layihələr də vardır. Bu layihələr, ilk növbədə, şəhərdaxili şəbəkənin genişləndirilməsini və paytaxt əhalisinin tələbatının tam ödənilməsini nəzərdə tutur. Sonra Prezident İlham Əliyev metronun tikintisi davam edən "Azadlıq prospekti" stansiyasına gəldi. Həmin stansiya paytaxtın Binəqədi rayonunun 7 və 8-ci mikrorayonları arasında yerləşir. Dövlətimizin başçısına burada 2007-ci ilin avqust ayından başlanan tikinti-quraşdırma işləri barədə məlumat verildi. Tikinti işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev metronun bu stansiyasında və ətraf ərazilərdə görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb