|

Taleyimizdə dönüş yaradan şərəfli tarix
Hər bir millət onu qurtuluş yoluna çıxarmış övlad yetirdiyi üçün fəxr etməlidir.
Tarix və şəxsiyyət arasındakı bağlantılar zaman məfhumunu yaradır və biz də məhz bu zamanın içərisində mövcuduq. Zaman çərçivəsində mövcud olan fauna və floradan fərqli olaraq ictimai-siyasi hadisələr mütləq təbiət qanunlarına deyil, elmi-fəlsəvi müddəalara söykənir. Yəni bir başqa zaman çevrəsində fərdi çalarları ilə fərqlənən dəyişkənlik baş verə bilər. Ona görə də filosoflar arasında belə bir fikir geniş yayılıb ki, hər hansı ictimai-siyasi hadisəyə onun baş verdiyi zaman kəsiyində yanaşmaq gərəkdir. Belədə həmin hadisənin miqyası və dəyəri daha aydın görünür. Lakin bir məsələ də var ki, ictimai-siyasi hadisələrə yanaşmada ümumi qaydalar mövcud deyil.
1993-cü ilin iyunundan ötən 15 ilin tarixi baxımdan nə qədər zaman məsafəsi kimi qiymətləndirilməsi elə də önəmli deyil. Xüsusən, Azərbaycan xalqı üçün bu, adi tarixi xronologiya kimi dəyərləndirilmir. Əsrə bərabər gün olduğu kimi, əsrlərə bərabər gün də olur və bizcə, 1993-cü il iyunun 15-nə məhz həmin kontekstdən yanaşmaq gərəkdir.
Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş mərhələsinin əsasını qoymuşdur. 1993-cü ilin iyununda məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan, onun vətəndaşları fəlakətdən xilas olmuşlar. Məhz həmin gündən başlayaraq Azərbaycan dünya ölkələri ilə sağlam münasibətlər yaratmaq və bunları inkişaf etdirmək xətti götürdü. Ölkə daxilində separatçılığın, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Azərbaycan qısa zaman kəsiyində ölkə həyatının bütün sahələrini bürümüş böhrandan, onu gözləyən müdhiş fəlakətlərdən qurtuldu. Biz bu tarixi yaşamışıq. Bu hadisələr gözlərimizin önündə cərəyan edib. 1993-cü ilin yayında respublikanın o dövrkü rəhbərliyinin naşılığı ucbatından Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkədə vətəndaş müharibəsi təhlükəsi yaşanırdı. Bu hadisələri biz hər birimiz izləmişik. Sonralar respublika Prezidenti Heydər Əliyevin imzaladığı 2001-ci il 20 mart tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümü haqqında" fərmanda müstəqilliyimizin bu dövrü belə xarakterizə edilirdi: "1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı. 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz səriştəsiz siyasət nəticəsində süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, hətta müstəqilliyimiz üçün təhlükə törədən bir çox təzahürlərin əmələ gəldiyi bir dövr kimi səciyyələndirilə bilər".
1993-cü il. İyunun əvvəlləri... Yaxın-uzaq imperiya maraqları, daxili və xarici düşmən fitnələri ilə baş qaldıran separatizm, ona məkrlə dəstək verən bir sıra vətən xainlərinin xəyanətləri gənc dövləti vətəndaş müharibəsi, iflas, qlobal məhvolma məqamına gətirib çıxarmışdı. Azərbaycan öz tarixinin ən fəlakətli, böhranlı günlərini, faciəli məqamlarını yaşayırdı. Ən böyük faciə isə o idi ki, cəmiyyətdə böyük ümidsizlik yaranmışdı. Belə bir şəraitdə bütün ümidlər Naxçıvana - dahi dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevə dikilmişdi. Bir tərəfdən erməni faşistlərinin Azərbaycana qarşı ərazi iddiası nəticəsində düçar olduğumuz müharibə, digər tərəfdən isə Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin fəaliyyəti gərgin vəziyyət yaratmışdı. Belə qorxulu və çətin anda beynəlxalq nüfuza malik görkəmli siyasi xadim və zəngin həyat yolu keçmiş Heydər Əliyev xalqın tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürdü.
Heydər Əliyev bu böyük ümumxalq inamını, etimadını Azərbaycan xalqına uzun illər ərzində sədaqətli, şərəfli xidməti ilə qazanmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin "Heydər Əliyev müasir Azərbaycanın memarıdır" kəlməsi özündə mühüm və bizim üçün olduqca qiymətli bir mərhələni ehtiva edir. Elə müasir Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsi tarixi 1969-cu ildən başlanır. Heydər Əliyevin siyasi fəaliyyətini, bir dövlət adamı olaraq gördükləri işləri olduğu kimi əks etdirmək üçün məhz 1969-1982-ci illərin zaman kəsiyi də diqqətlə öyrənilməlidir. Biz dəfələrlə SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakovun çıxışlarında Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dönəmində Moskvadan hansı «sənaye nəhənglərini» alıb Azərbaycanda yerləşdirdiyini, bunun üçün nə qədər əziyyətlər çəkdiyini eşitmişik. Ona görə də N.Baybakov deyirdi: "Mən inanmıram ki, Azərbaycanı Heydər Əliyev qədər sevən ikinci bir azərbaycanlı olsun".
Heydər Əliyev üçün hakimiyyət geniş səlahiyyətlərdən bəhrələnmək yox, sözün əsl mənasında xalqa xidmət etmək vasitəsi idi. Elə 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün əsl qurtuluş oldu. Bu qayıdış Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Bu, əsrlərin sınağından keçə-keçə min bir əziyyətlə, amma dönmədən məqsədinə doğru addımlayan bir millətin özünün özünə qayıdışı idi. Bu, dilimizin, milli-mənəvi dəyərlərimizin, unudulmuş, yaddan çıxmış bir çox həqiqətlərin, eyni zamanda, bizə öz real gücümüzü, mənəvi bütövlüyümüzü dərk etməyimizin qayıdışı idi. Bununla da Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli bir mərhələsinə qədəm qoydu.
Bu gün beynəlxalq birliyin layiqli üzvü kimi Azərbaycan dünyada baş verən proseslərdə iştirak edir. Ölkəmizin dünya birliyinə inteqrasiyası sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə maraqla qarşılanır. Ölkədə demokratik cəmiyyətin formalaşması üçün hər cür şərait yaradılmış, söz, mətbuat azadlığı, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipi bərqərar olmuşdur. Bütün bunlar isə məhz Heydər Əliyevin bu tarixi missiyanı layiqincə yerinə yetirməsi sayəsində olmuşdur. Bu missiya - müstəqilliyimizin zəfər yürüşü bu gün xalqın böyük təntənə ilə qeyd etdiyi qurtuluş günündən başlayır.
|
|

Şəxsiyyətin böyüklüyü
Həmişə xalqların tarixində misilsiz xidmətləri olan şəxsiyyətlərə ən böyük və layiqli qiyməti zaman özü verməli olur. İnsan isə yalnız tarixin sübut etdiklərinə inanır. XX əsr tariximizin mübahisəsiz sübutu isə budur: Heydər Əliyev Azərbaycanın yaşanmış keçmişi, var olan bu günü və yaşanacaq sabahıdır...
Belə bir deyim var: minlərlə kilometrlik bir yol da ən kiçik bir addımla başlayır. Məhz bu gün xalqımızı xoşbəxtlik və əmin-amanlığa, hərtərəfli inkişaf və tərəqqi ilə müşayiət olunan daha gözəl gələcəyə aparan "Heydər Əliyev yolu" da 85 il bundan öncə ulu Naxçıvanda atılan o kiçik və körpə addımlarla başlayır. Bu yolun hər addımı, hər çətinliyi və sonda milyonların ürəyini fəth etməsi hər birimiz üçün həyat məktəbi, ideal simvoludur. Heydər Əliyev hər addımda dahiliyini sübuta yetirən fenomendir.
Güclü o şəxsdir ki, həyatın bütün anlarında mətin olur. Dahi o şəxsiyyətdir ki, çətin anlarda düzgün yol seçib xalqını, millətini uğurlu gələcəyə doğru aparır. Heydər Əliyev hətta totalitar sovet rejimində belə Azərbaycan Respublikasını və xalqını təkcə SSRİ miqyasında deyil, bütün dünyada tanıtmış, dünya xalqları içərisində layiqli yer tutmasına nail olmuşdur. O, hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqının köməyinə çatmış, ona dayaq olmuş, xalqı xilas etməyi bacarmışdır.
Ulu öndər müqəddəs missiyasının birinci mərhələsinə 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə başladı. Bir-birinin ardınca qəbul olunan mütərəqqi qərarlar, uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan qısa müddət ərzində keçmiş SSRİ-nin 15 respublikası arasında tutduğu axırıncı yerlərdən uzaqlaşaraq hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan kiçik xammal respublikasından böyük sənaye ölkəsinə çevrildi. O dövr üçün ən müasir sənaye sahələri yaradıldı, neft-kimya sənayesi ən qabaqcıl texnologiyalar sayəsində tamamilə yeniləşdirildi. İqtisadi islahatlarla yanaşı, elm-təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən tədbirlər milli-mənəvi dəyərləri təqib olunan, kimliyi unudulan bir millətin özünə inamını bərpa etdi.
Heydər Əliyev 1982-ci ildə SSRİ rəhbərliyinə irəli çəkiləndən sonra da, doğma respublikanı heç vaxt unutmayaraq, vətən və millət təəssübünü, azərbaycançılığını heç nəyə dəyişmədi. O, həmişə və hər yerdə öz yüksək mövqeyindən istifadə edərək Azərbaycanın iqtisadi inkişafı üçün strateji əhəmiyyətə malik layihələrin həyata keçirilməsinə nail oldu.
Ötən əsrin 80-ci illərinin sonunda ulu öndərə qarşı İttifaq rəhbərliyində baş qaldıran qısqanclıq meylləri, təqiblər, Azərbaycanda yaranmış ağır ictimai-siyasi vəziyyət Heydər Əliyevi daha çətin sınaqlarla üz-üzə qoymuşdu. Dağlıq Qarabağda separatçılıq əməllərinin güclənməsi Azərbaycanda daxili sabitliyi daha da genişləndirmişdi.
Heydər Əliyev belə bir ağır şəraitdə yenidən sinəsini qabağa verərək xilaskarlıq missiyasına başladı. Təbii ki, ümummilli lider doğma vətəninə uzaq Moskvadakı təzyiqlərdən yaxa qurtarmaq, vəzifə tutmaq üçün qayıtmadı, onu Azərbaycan xalqının və təzəcə müstəqillik əldə etmiş respublikanın imdad səsləri çəkib gətirdi. Xalqın tələbi ilə o, tezliklə Naxçıvan Ali Məclisinin deputatı, sonra isə sədri seçildi. İlk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri götürüldü, Ali Məclisin binası üzərində Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.
Həmin dövrdə Heydər Əliyevin Naxçıvanda olması və muxtar respublikaya rəhbərlik etməsi bu qədim diyarı erməni işğalı təhlükəsindən qurtardı. Heydər Əliyevin təşəbbüsü ilə salınan və muxtar respublikanı qardaş Türkiyə ilə birləşdirən "Ümid körpüsü" öz problemləri ilə təkbətək qalmış Naxçıvanın blokadasını qıran yeganə vasitəyə çevrildi.
Heydər Əliyev ikinci qayıdışı ilə hakimiyyət böhranına son qoydu. İnsanların həyatı normal məcraya düşdü, dövlətçiliyin məhv olmaq təhlükəsi aradan qaldırıldı. Dağlıq Qarabağda atəşkəs elan olundu. Təbii ki, torpaqlarının bir hissəsi işğal altında olan, əhalisinin hər 8 nəfərindən biri qaçqınlıq şəraitində yaşayan, öz strateji maraqlarına görə \bir çox dünya ölkələrinin siyasi və iqtisadi maraqlarının toqquşduğu bir ərazidə dövlətin müstəqilliyini qorumaq və çox qısa müddətdə əhalinin sosial-iqtisadi durumunu yetərincə yaxşılaşdırmaq yalnız Heydər Əliyevə müyəssər olan bir iş idi.
Heydər Əliyevin tarixi xidmətlərindən biri də Azərbaycan xalqına və dövlətinə ölkəni inkişaf və tərəqqi yolu ilə aparmağa qadir olan, siyasi varisliyi ləyaqətlə davam etdirən, diplomatik gedişlərdən məharətlə, yerində istifadə etməyi bacaran siyasi lider qazandırması olub. Dahi rəhbər deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bu həqiqəti qəbul edən Azərbaycan xalqı 2003-cü ilin prezident seçkilərində mütəşəkkil surətdə Heydər Əliyev siyasətinə, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsinə səs verdi. Prezident İlham Əliyev öz səlahiyyətlərinin birinci dövründə seçkiqabağı platformasının bütün istiqamətləri üzrə xalqa verdiyi vədləri vaxtından əvvəl yerinə yetirməklə sözü ilə əməlinin bir olduğunu sübut etdi.
"Mən Heydər Əliyevdən öyrənmişəm və bundan sonra da öyrənəcəyəm. Bütün qərarları qəbul etməzdən əvvəl fikirləşirəm ki, Heydər Əliyev bu vəziyyətdə hansı addımı atardı", - deyən cənab İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış uğurlu daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdə əlaqələrini daha da genişləndirir, Azərbaycan dünya birliyinə, o cümlədən Avropa xalqları ailəsinə sürətlə inteqrasiya edir. Bu gün ölkəmiz regionun lider dövləti kimi güclü orduya, böyük iqtisadi potensiala malikdir. Milli neft strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkə iqtisadiyyatının davamlı inkişafı təmin olunur, qeyri-neft sektorunun inkişafına yönəldilmiş konkret dövlət proqramları həyata keçirilir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yönələn Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Azərbaycana böyük sərmayələr qazandırır. Bunun nəticəsində əhalinin sosial vəziyyəti gündən-günə yaxşılaşır, infrastruktur layihələri, regionların davamlı və tarazlı inkişafına hesablanmış dövlət proqramları bir-birinin ardınca reallaşır, ölkəmizin hərtərəfli inkişafı təmin olunur. Ən əsası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müstəvisində güc nisbəti xeyrimizə dəyişir.
Hazırda Azərbaycanı Avropa ilə birləşdirəcək və Ermənistanı Böyük İpək Yolundan təcrid edəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilir. Orta Asiya qazını Azərbaycan ərazisi ilə Avropaya çıxaracaq Trans-Xəzər layihəsi müzakirə edilir. Azərbaycanın regionda həyata keçirilən beynəlxalq layihələrdə yalnız iştirakçı kimi deyil, həm də təşəbbüskar kimi çıxış etməsi torpaqlarımızın 20%-ni işğal altında saxlayan Ermənistanı "oyundan kənar vəziyyət"ə salır.
Bir sözlə, Azərbaycanın müstəqillik illərində keçdiyi çətin və şərəfli yola nəzər saldıqca bir daha bütün çətinliklərin dəf olunmasında, eləcə də bütün qələbələrin qazanılmasında Heydər Əliyev dühasının gücünü və qüdrətini görməmək mümkün deyil. Ömrünü Azərbaycanın inkişaf və tərəqqisi yolunda şam kimi əridən, siyasi fəaliyyətini xalqa xidmət mücəssəməsinə çevirən və bu amallarla xalqının ümummilli liderinə çevrilən Heydər Əliyevin adı bütün zamanlarda Azərbaycanla qoşa çəkiləcək və qoşa anılacaqdır.
|

Milli-mənəvi dəyərləri
qoruyan dahi azərbaycanlı
Tarixlərin, zamanların güclü fırtınalarından və təlatümlərindən uğurla çıxaraq, öz milli varlığını, dilini, dinini, adət və ənənəsini əsrlər boyu qoruyub saxlayan və bu dəyərli xəzinəni nəsildən-nəslə ötürən dünyanın ən qədim xalqlarından biri də Azərbaycan xalqıdır.
Azərbaycan xalqının bərəkətli torpaqları yadellilərin dünə-dünə amansız hücumlarına məruz qalsa da, bu yurdun yurddaşları yadelli feodalların əsirinə, köləsinə çevrilsə də, xalqımız milli mübarizlik ruhunu, azadlıq eşqini yaşada bilib.
Bu tarixi təlatümlərdə itirdiklərimizlə yanaşı, yetirdiklərimiz də çox olub. Bu millət istər dövlətçilik, istər elm və mədəniyyət sahəsində neçə-neçə dünya şöhrətli şəxslər yetirib. Bu dahi şəxsiyyətlərdən biri də xalqımızın ulu öndəri, qödrətli dövlət xadimi, dünyanın ünlü siyasət xadimləri arasında görkəmli yer tutan Heydər Əliyevdir.
Bütün şüurlu həyatını Azərbaycan xalqının tərəqqisinə, Azərbaycan dövlətinin müstəqilliyinin bərpasına və mühkəmlənməsinə həsr edən, həyatının mənasını Azərbaycan xalqına sədaqətlə xidmətdə görən dahi öndər Azərbaycan Respublikasının sürətli inkişafına, doğma xalqının mədəni və sosial tərəqqisinə nail olmaqla bərabər, həm də ən böyük azərbaycanlı kimi, xalqın milli təfəkkürünün formalaşmasında, milli özünüdərkin, milli oyanışın təşəkkül tapmasında, milli-mənəvi dəyərlərimizin, dilimizin, adət-ənənələrimizin qorunmasında müstəsna xidmətlər göstərmişdir. 1970-ci illərə qədər bir növ qapalı qalan bu milli-mənəvi dəyər xəzinəsi dahi öndərin sayəsində nəinki SSRI xalqlarının, habelə Avropa və dünya xalqlarının da özünə açılmışdır.
Heydər Əliyev hələ dövlət təhlükəsizliyi sistemində çalışdığı zaman hiss edirdi ki, Azərbaycanın qədim milli mədəniyyəti aşılanmaq üzrədir. Münbit Azərbaycan torpaqları get-gedə öz məhsuldarlığını itirir. Bir parça çörək üçün kəndlərdən şəhərlərə axın başlayıb. Şəhərlərdə isə yaşayış evləri, mədəniyyət ocaqları tikilmir. Işsizlik, ehtiyac, süstlük hökm sörür. Xalqın öz gələcəyinə inamı, milli təfəkkürü, milli şüuru çıraq kimi sönməkdədir.
Dahi öndər həm də düşünürdü ki, qədim və zəngin tarixə, böyük mədəniyyətə malik olan bir millət SSRI məkanında tanınmır. Hər yerdə Qafqazda yaşayan xalqlarla qarışıq salınır və ilk baxışda ya gürcü, ya da erməni olduğu zənn edilir.
Zəngin Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, folklor nümunələri Azərbaycan sərhədləri daxilindən kənara çıxa bilmir. Bu sərhəddən kənara çıxanlar isə başqa xalqların musiqisi, incəsənət nümunəsi kimi təbliğ edilirdi. Bir sözlə, bəşəriyyətə dahi şəxsiyyətlər bəxş etmiş Azərbaycan xalqı heç yerdə tanınmır və onun tarix boyu topladığı mədəni sərvətlər öyrənilmirdi...
Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbəri - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra böyük və tökənməz eneræi və sarsılmaz iradə ilə milli dəyərlərimizin bərpasına, inkişafına və «imzalar içində imzası olmayan» və adı bilinməyən millətimizi Ittifaq və hətta dünya miqyasında tanıtmaq işinə başladı. Ilk olaraq o, Azərbaycan xalqının gələcəyə inamını, milli mübarizlik ruhunu yüksəltdi. Get-gedə məhsuldarlığı azalmaqda olan torpaqlarımızı dirçəltdi. Kənd əməkçilərinin şəhərə axınının qarşısını aldı. Onları kənd yerlərində kənd təsərröfatı işlərinə cəlb etdi. Kəndlərə yeni yollar çəkildi, işıqla, qazla təminat yaxşılaşdırıldı. Məhz onun səyi nəticəsində kəndlərdə mədəniyyət və maarif ocaqları - müasir mədəniyyət evləri, klublar, kitabxanalar, məktəblər, eləcə də uşaq bağçaları, xəstəxanalar, məişət və iaşə obyektləri tikilib istifadəyə verildi.
Azərbaycan şəhərlərinin, o cümlədən respublikamızın paytaxtı Bakı şəhərinin də siması kökündən dəyişdi. Yeni yaşayış massivləri salındı. Onlarla müasir zavodlar, fabriklər, mədəni-sosial obyektlər inşa edildi. Geridə qalmış aqrar ölkəsi kimi tanınan Azərbaycan az vaxt ərzində yüksək inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevrildi.
Dahi öndər tam mənası ilə dünyaya söbut etdi ki, onların tanıyıb öyrənmək belə istəmədiyi Azərbaycan xalqı uzun illər düşmənlərinin təlqin etdiyi tənbəl, bacarıqsız, elmi və mənəvi potensialı olmayan xalq deyil. Işgüzarlığı, yaradıcılığı, qabiliyyəti və bacarığı ilə tarixə nadir incilər, mənəvi sərvətlər bəxş etmiş və bununla da varlığını tarixin və zamanın dərin qatlarına sancmış qədim və köklü bir millətdir. Bu xalq dünyanın ən zəngin mənəvi sərvətlərinə malikdir. Və bu mənəvi dəyərlərin dünya mədəniyyəti xəzinəsində layiqli yeri var.
Heydər Əliyev Azərbaycan Sovet Sosialist \Respublikasına ləyaqətlə rəhbərlik etdiyi 14 illik zaman kəsiyində bir əsrin işini gördü desək, əsla yanılmarıq. Onun gərgin və rəşadətli əməyi sayəsində Azərbaycan çiçəklənən, varlı bir diyara çevrildi, Azərbaycan elmi, mədəniyyəti, incəsənəti yüksəldildi. Azərbaycan musiqisinin şah əsərləri dünyaya tanıdıldı. Məhz onun sayəsində Azərbaycan xalqının dahi sənətkarlarının əsərləri rus, Avropa və digər xalqların dillərinə tərcümə edildi. Moskvada Nizamiyə, Ulyanovskda Nəriman Nərimanova, Taqanroqda 416-cı Azərbaycan diviziyası şərəfinə fundamental abidələr ucaldıldı. YUNESKO xətti ilə Azərbaycanın sənət və elm korifeylərinin - Nizaminin, Fözulinin, Nəsiminin, Vaqifin, Sabirin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Səməd Vurğunun, Üzeyir Hacıbəyovun yubiley təntənələri keçirildi. Ölməz sənətkarımız Hüseyn Cavidin nəşi uzaq Sibir torpaqlarından doöma vətəninə gətirildi. Şuşada Vaqifə məqbərə tikildi, Qazaxda Səməd Vurğunun, Bakıda Üzeyir Hacıbəyovun ev muzeyləri açıldı. Nəriman Nərimanovun, Nəsiminin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Müşfiqin mühtəşəm abidələri ucaldıldı.
Heydər Əliyev ötən əsrin yetmişinci illərində böyük uzaqgörənliklə Azərbaycan gənclərinin milli təfəkkürünün inkişafına, milli vətənpərvərlik tərbiyəsinə böyük önəm verirdi. Gənclərin elmi biliklərə daha səylə yiyələnməsini, gələcək elmi və hərbi kadrların yetişdirilməsini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə hər il SSRI-nin ən nöfuzlu ali məktəblərinə 800-900 gəncin gündərilməsini təmin edirdi.
Heydər Əliyev sovet ordusunun komandir heyətində Azərbaycan zabitlərinin azlığını da görür və gənclərimizin hərbi biliklərə yiyələnməsi qayğısına qalırdı. Elə bu məqsədlə də Azərbaycanda ilk hərbi lisey ulu öndərin təşəbbösö ilə yaradılmış və o düvrlərdə Bakıda fəaliyyət göstərən ümumqoşun komandirləri hazırlayan ali məktəbdə azərbaycanlı gənc hərbçilərin sayı dəfələrlə artmışdır.
Azərbaycan öz müstəqilliyinə qovuşduqdan və dahi Heydər Əliyev ölkənin başçısı seçildikdən sonra gənclərin hərbi vətənpərvərliyinin daha da yüksəldilməsi, milli ordumuzun qüdrətinin artması və ordunun bacarıqlı hərbi kadrlara olan ehtiyacının tam ödənilməsi üçün neçə-neçə hərbi akademiyaların yaranmasının təşkilatçısı da məhz Heydər Əliyev olmuşdur.
Heydər Əliyev Sov.IKP MK Siyasi Börosunun özvö olanda və SSRI Nazirlər Sovetinin birinci müavini vəzifəsində işləyəndə də bu imkanlardan istifadə edərək Azərbaycan xalqının birliyi, əlbir fəaliyyəti üçün tədbirlər görürdü. Heydər Əliyev bu və ya digər səbəblərdən dünyanın hər bir guşəsinə səpələnmiş azərbaycanlıları bir daha Azərbaycan mədəniyyətinə və incəsənətinə qovuşdurmaq üçün Azərbaycan mədəniyyətinin inciləri hesab edilən şah əsərlərin xarici ölkələrdə geniş təbliğ edilməsini daim diqqət mərkəzində saxlayırdı. Onun bilavasitə şəxsi göstərişi ilə Qara Qarayevin «Ildırımlı yollarla», Arif Məlikovun «Məhəbbət əfsanəsi», Fikrət Əmirovun «Min bir gecə» baletləri və digər əsərlər dünya səhnələrində tamaşaya qoyulmuşdur.
Ulu öndər Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra milli-mənəvi dəyərlərimizin qorunmasına, azərbaycançılıq ideyalarının yayılmasına və dünya azərbaycanlılarının bir araya gəlməsinə daha böyük inamla səy göstərirdi. O, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan vaxt üçrəngli bayrağımızı Azərbaycan Respublikasının dövlət atributlarından biri kimi başı üzəinə qaldırmış, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə yazmışdır. Ölkə prezidenti seçildikdən sonra isə xüsusi fərmanla həmin tarixi günü milli bayramlarımız sırasına qatmışdır. 2001-ci ildə isə Bakıda dünya azərbaycanlılarının birinci qurultayını keçirmişdir.
Heydər Əliyev həm də dini dəyərlərimizə, milli adətlərimizin qorunmasına daim qayğı göstərirdi. Dahi öndərin təşəbbüsü ilə dini bayramlar - Ramazan və Qurban bayramları daha böyük təntənə ilə qeyd edilmiş, inanc yerlərinin qapıları xalqın özünə açılmışdır. Bibiheybət məscidi və Şüvəlanda Mirmöhsün ağa məscidi Heydər Əliyevin təşəbbüsü ilə yenidən qurulmuşdur.
Azərbaycanlı olması ilə daim fəxr edən, azərbaycançılıq ideyalarının yaradıcısı olan, Azərbaycan dilinin, Azərbaycanın zəngin milli-mədəni irsinin keşiyində müsəlləh əsgər kimi ayıq-sayıq dayanan Heydər Əliyev həmişə inamla deyirdi: «Həyatda uğur qazanmaq üçün xalqımızın milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır. Bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır». Ulu öndərimizin bu nəsihəti həm də öz milli dəyərlərinə arxa çevirib, ifrat avropalaşmaq istəyənlərə tutarlı cavab idi.
Bəli, adını dünya tarixinə qızıl hərflərlə yazmış, dünyanın nəhəng siyasi xadimlərinin ön cərgəsində dayanmış Heydər Əliyev mənsub olduğu xalqı ürəkdən sevən, onun azadlığı, müstəqilliyi və tərəqqisi üçün hər cür əzablara düzən, xalqın milli-mənəvi dəyərlərinin qorunması keşiyində ayıq-sayıq dayanan ən böyük azərbaycanlıdır və azərbaycançılıq ideologiyasının banisidir.
Müstəqil Azərbaycanın qurucusu, gələcəyimizin təminatçısı
Azərbaycan xalqı bu il ən böyük dövlət xadimlərindən biri, onu azadlıq, müstəqillik və tərəqqi yoluna çıxarmış, parlaq gələcəyi üçün möhkəm və sarsılmaz təməl yaratmış ulu öndər Heydər Əliyevin 85 illik yubileyini böyük məhəbbətlə qeyd edir. İllər ötdükcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımız naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Artıq beş ildir ki, bu əbədiyaşar insan haqq dünyasına qovuşmuşdur. Lakin Heydər Əliyev dühası, Heydər Əliyev ideyaları yaşayır, xalqımızı yeni-yeni qələbələrə, daha yüksək zirvələrə aparmaqda davam edir.
Azərbaycan tarixinə «böyük xilaskar» və «böyük qurucu» kimi daxil olmaqla ölkə həyatının bütün sahələrində əldə edilmiş misilsiz nailiyyətlərin əsasını qoyan Heydər Əliyev dövlətin hər bir vətəndaşı üçün mübarizliyin və xalqa təmənnasız xidmətin simvoluna çevrilmişdir. Respublikaya ilk dəfə rəhbərlik etdiyi illərdə Heydər Əliyev tərəfindən Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradılmış, siyasi, iqtisadi və hüquqi sahələrdə mühüm addımlar atılaraq ciddi nailiyyətlər əldə edilmişdir. Məhz həmin illər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə respublikamızda İttifaq əhəmiyyətli bir sıra sənaye müəssisələrinin tikintisinə başlanılmış, iqtisadiyyatın, mədəniyyətin, elmin və digər sahələrin daha da inkişaf etdirilməsinə nail olunmuşdur.
1993-cü ildə xalqın təkidli tələbi və çağırışı ilə yenidən hakimiyyətə qayıdan xalqın ümummilli lideri Heydər Əliyevin gərgin əməyi sayəsində respublikada ictimai-siyasi sabitlik bərpa edildi. Dövlət və hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Bundan sonra siyasi, hüquqi və iqtisadi sahələrdə əsaslı islahatlar proqramının həyata keçirilməsinə start verildi. Beləliklə, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı başlıca xidmətləri sırasına müstəqilliyin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən əsas işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması da daxil oldu.
İqtisadiyyatın dinamik inkişafının təmin olunmasını və əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasını nəzərdə tutan ulu öndərimizin fərmanları ilə həyata vəsiqə alan «Dövlət İnvestisiya Proqramı», habelə «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı» ölkə iqtisadiyyatının bütün sahələrinə tarazlı şəkildə sərmayənin cəlb edilməsi, yoxsulluğun səviyyəsinin azaldılması və əhalinin sosial durumunun yaxşılaşdırılması üçün konkret tədbirlər planını gerçəkləşdirdi. 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» ölkənin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını nəzərdə tuturdu və həmin layihənin gerçəkləşməsi nəticəsində respublikaya milyardlarla dollar həcmində sərmayənin cəlb olunması təmin olundu.
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlət quruculuğunun əsaslarını qoydu. Yeni Konstitusiya dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olduğunu, Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar respublika olmasını, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin ediləcəyini bəyan etmişdir. Əvvəlki konstitusiyalardan fərqli olaraq, ölkənin yeni Əsas Qanununda insan hüquq və azadlıqlarının təminatına geniş yer ayrılmışdır. Heç də təsadüfi deyildir ki, sənədin böyük bir fəsli insan hüquq və azadlıqlarından bəhs edir.
Konstitusiyanın verdiyi imkanlar sayəsində Azərbaycanda çox qısa bir vaxtda siyasi, iqtisadi, sosial və hüquqi islahatlar həyata keçirilmiş, islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətlərinin təmin edilməsinə nail olunmuşdur.
Qeyd edək ki, Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. Yurdumuz regionun lider dövlətinə çevrilmişdir. Xalqımızın güzəranı gündən-günə yaxşılaşmaqdadır. Az vaxt içərisində əldə edilən böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu siyasətin gerçəkliyə çevrilməsində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevlə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır.
Prezident kürsüsünə əyləşərkən cənab İlham Əliyev artıq dünyada tanınmış və qəbul olunmuş təcrübəli, sayılıb-seçilən dövlət xadimi idi. Dövlət başçısı yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə ümummilli liderimizin ən yaxın silahdaşı olmuş, həyata keçirilən bütün islahatlarda fəal iştirak etmiş, sərbəst iqtisadiyyatın qanunauyğunluqlarına mükəmməl surətdə yiyələnmiş, Heydər Əliyevin yeni neft strategiyasının və gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində öncül rol oynamışdır.
Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı barədə strateji konsepsiyaya sadiqlik nümayiş etdirən və onun reallaşdırılması istiqamətində bütün tədbirlərin görülməsini təmin edən Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər hesabına ölkəmiz iqtisadi cəhətdən qüdrətlənir, dünya birliyində layiqli yerini tutur.
Bütün zamanların ən böyük AZƏRBAYCANLISI
Aprelin 29-da «Gömrükçü» İdman-Sağlamlıq Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Dövlətz Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili Ağacan Əbiyev, «Gömrükçü» İdman-Sağlamlıq Mərkəzinin direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev və digər şəxslər çıxış etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri, ayrı-ayrı məqamları barədə danışmışlar. Qeyd olunmuşdur ki, öz xalqını ürəkdən sevən, bütün ömrünü Azərbaycana həsr edən bu tarixi şəxsiyyət 1969-cu ildə Azərbaycana rəhbərlik etdikdən sonra SSRİ məkanında bütün sahələrdə geridə qalan bir ölkənin - Azərbaycanın həyat ahəngi tez bir zamanda dəyişdi. Elə o dövrlərdən başlayaraq respublikamız hər sahədə, o cümlədən idman sahəsində də böyük inkişaf yoluna qədəm qoydu. Müstəqillik əldə etdikdən sonra da ulu öndərin idmana bilavasitə qayğısı nəticəsində Azərbaycan idmançıları böyük nailiyyətlər əldə etdilər. Məhz bu qayğının nəticəsi idi ki, yarandığı dövrdən «Gömrükçü» İdman-Sağlamlıq Mərkəzinin idmançıları ölkəmizə 700 medal gətirmişlər.
Çıxışlarda ulu öndərin müasir, müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafındakı misilsiz xidmətlərindən, onun nümayiş etdirdiyi cəsarətdən, siyasi iradədən, zəngin dövlətçilik təcrübəsinin heyrətamiz məziyyətlərindən söz açılmış və bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında inkişafına təkan verilmiş bədən tərbiyəsi və idman sahəsindəki ənənələr bu gün layiqincə davam etdirilir. İdmançılarımız son illər ərzində bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişlər. Bütün bunlar dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Azərbaycanın yalnız idman nailiyyətləri ilə deyil, həm də mötəbər yarışların təşkili sahəsindəki uğurları ilə də tanındığını diqqətə çatdıran natiqlər vurğulamışlar ki, 2007-ci ildə ölkəmizdə 36 beynəlxalq turnur keçirilmişdir. Artıq bir çox beynəlxalq idman qurumları dünya səviyyəli yarışların Azərbaycanda təşkilinə tərəddüd etmədən razılıq verirlər. Bu, Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.
Sonda məruzəçilər birmənalı şəkildə bəyan etmişlər ki, Prezident İlham Əliyevin siyasi kursu bundan sonra da dəstəklənəcəkdir. Bildirilmişdir ki, Azərbaycan idmançıları qarşıdan gələn prezident seçkilərində də ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.
Heydər Əliyevin müstəqil Azərbaycan naminə qurub-yaratdıqlarından biri
də gömrük xidmətidir
Mayın 6-da Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş yığıncaq keçirilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirmişdir ki, bu gün Azərbaycanın hər bir güşəsində, eləcə də ölkə hüdudlarından uzaqlarda xalqımızın dahi oğlu Heydər Əliyevin 85 illik yubileyi qeyd olunur. Bu yubiley mərasimində Dövlət Gömrük Komitəsi də fəal iştirak edir, Komitənin Mərkəzi Aparatı və yerli orqanlarında müvafiq tədbirlər həyata keçirilir.
DGK sədri A.Əliyev qeyd etmişdir ki, yubiley çərçivəsində hələ aprelin 22-də Komitədə "Heydər Əliyev irsinin tədqiqi və təbliği" mövzusunda konfrans-sərgi işə başlamış, ulu öndərin həyat və fəaliyyətini, idarəçilik təcrübəsini, respublikanın beynəlxalq aləmdə nüfuzunun artırılması və sosial-iqtisadi inkişafı üçün apardığı siyasətini, elm, təhsil və mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən 600-dən artıq ədəbiyyat nümayiş olunmuşdur. Bundan başqa, mayın 5-də Azərbaycanda ilk dəfə olaraq BMT-nin Asiya və Sakit okean regionu üzrə Sosial-İqtisadi və Avropa İqtisadi komissiyalarıyla birlikdə "Mərkəzi Asiyada Vahid Pəncərə və Məlumatın Harmonikləşdirilməsi" mövzusunda beynəlxalq seminar işə başlamışdır. Bu tədbirin də təsadüfi olmadığını bildirən A.Əliyev xatırlatmışdır ki, bu seminar qədim İpək Yolunun bərpasına dair 10 il bundan öncə Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində keçirilmiş beynəlxalq konfransın davamı kimi qiymətləndirilməlidir.
DGK sədri vurğulamışdır ki, XX əsr boyunca heç bir liderin görə bilmədiyi işləri Heydər Əliyev bacarmış, ötən əsrin sonlarında respublikamızda baş verən təlatümlərdən xalqımızı xilas etmişdir. "Onun ideyaları ictimai-siyasi həyatın, dövlət quruculuğunun bütün sahələrinə dərindən nüfuz etmişdir" - deyən Komitə sədri onu da diqqətə çatdırmışdır ki, Heydər Əliyev təkcə ideyalar irəli sürməmiş, həm də bu ideyaları həyata keçirmişdir. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyatımızın bütün sahələrində inkişaf başlanmışdır. Bu gün əldə edilən bütün nailiyyətlər, müvəffəqiyyətlər məhz Heydər Əliyevin məqsədyönlü və gərgin əməyinin, siyasi uzaqgörənliyinin nəticəsidir. Məhz onun iradəsi, prinsipiallığı və uzaqgörən siyasəti nəticəsində möhkəm və sarsılmaz təməllər üzərində qurulan müstəqil Azərbaycan dövləti öz varlığı ilə əbədi yaşamaq hüququ qazanmışdır.
"Heydər Əliyevin müstəqil Azərbaycan naminə qurub-yaratdıqlarından biri də gömrük xidmətidir" - deyə sözünə davam edən Komitə sədri qeyd etmişdir ki, ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və daha da inkişaf etdirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Ümummilli liderin gömrük orqanları üçün verdiyi tövsiyələr bu gün də gündəlik işdə rəhbər tutulmaqdadır. Gömrük işçiləri ilə keçirdiyi görüşlər, gömrük işinin inkişafı üçün həyata keçirdiyi məqsədyönlü tədbirlər bundan sonra da Azərbaycan gömrükçülərinin yaddaşlarından silinməyəcək.
Sonra DGK sədri Aydın Əliyev tədbirə dəvət olunmuş xalq şairi Zəlimxan Yaqubun bu yaxınlarda işıq üzü görən və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən "Əbədiyyət dastanı" kitabından söhbət açaraq qeyd etmişdir ki, kitabın əsas qayəsi və mahiyyəti Heydər Əliyev böyüklüyünün etirafıdır və bu əsər ümummilli liderimizə xalq məhəbbətinin təzahürü kimi dəyərləndirilməlidir.
Tədbirdə "Əbədiyyət dastanı" barədə çıxış edən qocaman gömrük işçisi Dilavər Mehdiyev bildirmişdir ki, kitab "Böyük ömrün dastanı" və "Böyük ömrün davamı" adlı iki müstəqil poemadan ibarətdir. Birinci poemada Heydər Əliyevin keçdiyi mənalı ömür yolu, xalqımızın bu günü və gələcəyi üçün gecəli-gündüzlü apardığı mübarizədən söhbət açılır, həyat səhifələri xatırlanır. İkinci poemada isə Heydər Əliyev şəxsiyyətinin ölməzliyi və ulu öndərdən əmanət qalan müstəqil Azərbaycanın xoşbəxt gələcəyindən bəhs olunur.
Daha sonra xalq şairi Zəlimxan Yaqub çıxış edərək vurğulamışdır ki, ulu öndər Heydər Əliyevə həsr olunmuş mövzular onun yaradıcılığında xüsusi yer tutur. Heydər Əliyevin bənzərsiz fəaliyyətinin bütün sahələrini əks etdirmək istiqamətində yorulmadan çalışdığını söyləyən şair "Əbədiyyət dastanı" kitabının yaranma tarixi, onun məzmunu ilə bağlı fikirlərini də mərasim iştirakçıları ilə bölüşmüşdür. Bildirilmişdir ki, Heydər Əliyev həyatı və fəaliyyəti boyu gələcəyin perspektivlərini də müəyyənləşdirmiş, Azərbaycanın adını dünya ölkələri sırasında böyük hərflərlə yazmışdır. Həyatımızın hansı sahəsini götürsək Heydər Əliyevin böyük xidmətlərinin, gözəl əməllərinin şahidi olarıq.
"Heydər Əliyev mənəvi dəyərlərimizin hamisi idi. O, dinimizin, mənəviyyatımızın saflığı uğrunda yorulmadan, ardıcıl, prinsipial mübarizə aparırdı" - deyə xalq şairi Zəlimxan Yaqub vurğulamışdır ki, ulu öndər yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və dəmir iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə müasiri olduğu insanların dərin rəğbətini və sevgisini qazanmış, bu xüsusiyyətləri ilə hamını heyran qoymuşdur. O da vurğulanmışdır ki, Heydər Əliyevin başladığı işlər, ideyalar bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ölkədə sabitlik, iqtisadi yüksəliş, xalqın rifah halının daha da yaxşılaşmasına verilən töhfələr, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və digər müsbət addımlar göstərilən səylərin real nəticələridir.
Sonda yekun sözü ilə çıxış edən DGK sədri Aydın Əliyev qeyd etmişdir ki, Azərbaycan dövlətçiliyində, eləcə də müstəqil gömrük xidmətinin yaradılmasında xüsusi xidmətlər göstərmiş Heydər Əliyevin irsinin öyrənilməsi çox əhəmiyyətli və zəruridir. Komitə sədri əmin olduğunu bildirmişdir ki, ulu öndərdən əmanət qalan müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyinin və maraqlarının qorunmasında gömrük əməkdaşları bundan sonra da öz səylərini əsirgəməyəcək, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı - dövlət başçısı İlham Əliyevin ətrafında daha sıx birləşərək Azərbaycanın qarşıya qoyduğu bütün məqsəd və vəzifələrin həyata keçirilməsi istiqamətində daha qətiyyətli addımlar atacaqlar. |