Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
   

Azərbaycan Prezidenti İlham Əliyevin Saatlı və Sabirabad rayonlarına səfəri


Azərbaycan Prezidenti İlham Əliyevin Saatlı və Sabirabad rayonlarına səfəri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Saatlı rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu. Parkın ərazisində milli memarlıq üslubunda tikilmiş Heydər Əliyev Muzeyi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binası, rəsm qalereyası yerləşir. Həmin gün Prezident İlham Əliyev Saatlı şəhərində Heydər Əliyev Muzeyinin açılışında da iştirak etmişdir. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, muzeylə tanış oldu. Sonra Prezident İlham Əliyev muzeyin qarşısında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdi. Sentyabrın 26-da Saatlı rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkı istifadəyə verilmişdir. Prezident İlham Əliyev yeni parkla tanış olmuşdur. Parkda akademik Zərifə xanım Əliyevanın abidəsi qoyulmuşdur. Prezident İlham Əliyev abidəni ziyarət edərək gül dəstəsi qoydu. Prezident İlham Əliyev sentyabrın 26-da Saatlı rayonunda Biyan məhsulları istehsalı zavodunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı əsas istehsal sexində düyməni basaraq, müəssisəni işə saldı. Dövlətimizin başçısı ayrı-ayrı istehsal sahələrini gəzdi, biyan turşusu sexində düyməni basaraq onu işə saldı. Prezident İlham Əliyev bu cür əhəmiyyətli zavodun fəaliyyətinə uğurlar arzuladı və bu məhsulların Azərbaycan markası altında xarici bazara çıxarılmasını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev sentyabrın 26-da Saatlı rayonuna səfərini başa çatdırdıqdan sonra Sabirabada gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə тАЬQafqaz AKPтАЭ Məhdud Məsuliyyətli Cəmiyyətin Alkapon müəssisəsində oldu. Dövlətimizin başçısı ayrı-ayrı sexlərdə istehsal prosesini izlədi, hazır məhsul nümunələrinə baxdı. Prezident İlham Əliyev тАЬQafqaz MTZтАЭ Məhdud Məsuliyyətli Cəmiyyətinin lift zavodu ilə də tanış oldu. Dövlətimizin başçısı istehsal, liftin ayrı-ayrı hissələrinin yığıldığı sexləri gəzdi, müxtəlif sərnişin və yük liftlərinin nümunələri ilə tanış oldu. Sentyabrın 26-da Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişdir. Dövlətimizin başçısı abidə önünə gül dəstəsi qoydu və ətrafda aparılmış abadlıq işləri ilə tanış oldu. Sonra Prezident İlham Əliyev Heydər Əliyev Muzeyinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı rəmzi açılışı bildirən qırmızı lenti kəsdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş muzeydə ümummilli liderin həyat və fəaliyyətinə dair fotoşəkillər, müxtəlif kitablar nümayiş etdirilir. Muzeydə konfrans salonu, kompüter otağı da vardır. Sentyabrın 26-də Sabirabad rayonunda Gənclər evinin açılışı da olmuşdur. Prezident İlham Əliyev açılışda iştirak etmişdir. Gənclər evinin ikimərtəbəli binasında kompüter otağı, elektron kitabxana, dərnəklər və vətənpərvərlik mövzusunda dərslərin keçirilməsi üçün otaqlar vardır. Həmin gün dövlətimizin başçısı Sabirabad rayonunda Olimpiya İdman Kompleksinin açılış mərasimində də iştirak etmişdir. Prezident İlham Əliyev rəmzi açılışı bildirən qırmızı lenti kəsdi. Sonra dövlətimizin başçısı komplekslə yaxından tanış oldu. Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Daha sonra dövlətimizin başçısı Sabirabad rayonundakı ┬лAqroservis┬╗ müəssisəsinə gələrək, burada kənd təsərrüfatı texnikası ilə tanış olmuşdur.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə "Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar" mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    c 2006 — 2008, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb