| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Rəsmi xronika
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Heydər Əliyev adına Sarayda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə binanın fasadına baxdı, burada işlərin gedişi ilə maraqlandı. Prezident İlham Əliyev salona da baxdı. Dövlətimizin başçısı işlərin yğksək səviyyədə və keyfiyyətlə gürülməsi üçün tapşırıq və tövsiyələrini verdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Kğveyt Dövləti Əmiri Aparatının rəhbəri Şeyx Nasir Sabah əl-Əhməd əl-Sabahın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyev siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığımızın da genişlənəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Şeyx Nasir Sabah əl-Əhməd əl-Sabahın Azərbaycana bu səfəri də ikitərəfli münasibətlərimizin daha da mühkəmlənməsi işinə xidmət edəcəkdir.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Bolqarıstanın ölkəmizdəki səfiri İvan Palzevi diplomatik fəaliyyətinin başa zatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı son illər Azərbaycan ilə Bolqarıstan arasında əlqələrin müxtəlif sahələrdə genişləndiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanda diplomatik fəaliyyəti dövründə səfirin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da mühkəmlənməsi işinə öz töhfəsini verdiyini qeyd etdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Müdafiə Sənayesi Nazirliyi Optika-Mexanika İstehsalat Birliyinin “Alov” zavodunun azılış mərasimində iştirak etmiş, yeni yaradılan müəssisənin istehsal prosesi ilə tanış olmuşdur.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi. Sonra dövlətimizin başçısı zavodun həyətində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdi.
Dövlətimizin başçısı müəssisənin əvvəlki və təmirdən sonrakı vəziyyətini əks etdirən videosğjetə baxdı. Sonra Prezident İlham Əliyev müəssisədə yaradılmış Heydər Əliyev muzeyi ilə tanış oldu. Dövlətimizin başçısı ayrı-ayrı istehsal sahələrinin işi ilə maraqlandı. Sonra Prezident İlham Əliyev müəssisədə istehsal olunan hazır məhsulların sərgisi ilə də tanış oldu, onların keyfiyyəti ilə maraqlandı. Daha sonra dövlətimizin başçısı motodor və morodor tipli müasir zirehli maşınların təqdimat mərasimində iştirak etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Əvvəlcə prezidentlərin təkbətək görüşü oldu. Sonra gürüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin, o cümlədən respublikamızla Dağıstan arasında əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə və yeni sahələri əhatə edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Dağıstan Prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin nəticələrinin səmərəli olacağına inamını ifadə etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də ABŞ dövlət katibinin demokratiya, insan hğquqları və əmək məsələləri üçrə müavini Devid Krameri qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurüulandı. Sühbət zamanı ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi ilə bağlı gürülən işlər barədə fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üçrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul etmişdir. Gürüşdə Azərbaycan-NATO əməkdaşlığının hazırki vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyeni, rusiyalı həmsədri Yuri Merzlyakovu, amerikalı həmsədri Mətyu Brayzəni və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir. Gürüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırki vəziyyətinə dair məsələlər müçakirə edilmişdir.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinettini qəbul etmişdir.
Dövlətimizin başçısı Bakıda güləş üçrə Qran-pri beynəlxalq turnirinin kezirilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanda bu cür idman tədbirlərinin keçirilməsini ölkəmizin beynəlxalq idman aləmində əməkdaşlığının daha da genişlənməsi işinə xidmət etdiyini bildirdi.
|
|
|
|
|
|