Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Excise regulation in Tajikistan

To be published soon.


Excise regulation in Kazakhstan

To be published soon.


Excise regulation in Azerbaijan

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli, 20 nömrəli qərarına dəyişiklik edilməsi barədə
Qərar 209


Bakı şəhəri, 15 noyabr 2005-ci il

Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mallar nomenklaturu üzrə aksiz vergisinə cəlb olunan malların kodlarının Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli, 20 nömrəli qərarına dəyişiklik edilərək, həmin qərarla təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri yeni mətndə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə 2002-ci il 28 fevral tarixli, 34 nömrəli qərarının 1-ci bəndinin 6-cı yarımbəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişiklik edilməsi haqqında 2002-ci il 28 oktyabr tarixli, 164 nömrəli qərarının 1-ci bəndi və Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edilməsi barədə 2005-ci il 31 yanvar tarixli, 14 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 15 noyabr tarixli,
209 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190-cı maddəsinin 190.1-ci bəndində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətinin mal nomenklaturuna uyğun kodları Mal mövqelərinin adları Aksiz dərəcələri (ölçü vahidinə görə ABŞ dolları ilə)
1 2 3
2207 10 000 0 Denaturasiya olunmamış etil spirti, 80 həcm %-dən az olmayan spirt konsentrasiyası ilə 1 litr üçün 1,0 ABŞ dolları
2208 90 910 0;
2208 90 990 0
Həcm %-i 80-dən az konsentrasiyalı denaturatlaşdırılmamış etil spirti 1 litr üçün 1,0 ABŞ dolları
2203 00 Səməni pivəsi 1 litr üçün 0,7 ABŞ dolları
2204 30 100 0 Qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları 1 litr üçün 0,05 ABŞ dolları
2204;
(2204 30 100 0 istisna olmaqla)
Təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosu 1 litr üçün 1,5 ABŞ dolları
2205 Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları 1 litr üçün 1,5 ABŞ dolları
2206 00 Digər qıcqırdılmış içkilər (alma sidri, perri (annud sidri), bal içkisi); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyən və ya təsnif olunmamış 1 litr üçün 1,5 ABŞ dolları
2208 20 Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi və ya üzümün sıxılması nəticəsində alınan spirtli tinkturalar (nastoykalar) 1 litr üçün 3,0 ABŞ dolları
2208 30 Viskilər 1 litr üçün 3,0 ABŞ dolları
220840 Rom və taffiya 1 litr üçün 3,0 ABŞ dolları
2208 50 Cin və ardıc arağı 1 litr üçün 3,0 ABŞ dolları
2208 60 Araq (vodka) 1 litr üçün 3,0 ABŞ dolları
2208 70 Likörlər 1 litr üçün 3,0 ABŞ dolları
2208 90 110 0 2208 90 780 0 Başqa spirtli tinkturası (nastoyka, araq) və başqa meyvələrdən çəkilən spirtli içkilər 1 litr üçün 3,0 ABŞ dolları
2402 Siqarlar, ucları kəsilən siqarlar, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri 1000 ədəd üçün 1,8 ABŞ dolları
2710 11 110 0 Emalın spesifik prosesləri üçün yüngül destilyatlar və məhsullar 1 ton üçün 100 ABŞ dolları
2710 11 410 0 Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 250 ABŞ dolları
2710 11 450 0 Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan; 95 və ya daha çox, lakin 98-dən az oktan ədədi ilə 1 ton üçün 250 ABŞ dolları
2710 11 490 0 Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox oktan ədədi ilə 1 ton üçün 250 ABŞ dolları
2710 11 510 0 Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98-dən az oktan ədədi ilə 1 ton üçün 250 ABŞ dolları
2710 11 590 0 Mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla; tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya daha çox oktan ədədi ilə 1 ton üçün 250 ABŞ dolları
2710 19 110 0 Orta destilyatlar, emalın spesifik prosesləri üçün 1 ton üçün 100 ABŞ dolları
2710 19 210 0;
2710 19 250 0;
2710 19 290 0
Emalın spesifik prosesləri üçün nəzərdə tutulmayan kerosindən alınmış reaktiv yanacaq və digər orta destilyatlar 1 ton üçün 100 ABŞ dolları
2710 19 310 0 2710 19 490 0 Ağır destilyatlar; qazoyllar (dizel yanacağı) 1 ton üçün 100 ABŞ dolları
2710 11 150 0 Yüngül destilyatlar və məhsullar; proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 11 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa 1 ton üçün 1,0 ABŞ dolları
2710 11 210 0 Xüsusi benzinlər; uayt-spirit 1 ton üçün 1,0 ABŞ dolları
2710 11 250 0 Digər xüsusi benzinlər 1 ton üçün 1,0 ABŞ dolları
2710 11 310 0 Aviasiya benzinləri 1 ton üçün 1,0 ABŞ dolları
2710 11 700 0 Reaktiv benzin yanacağı 1 ton üçün 1,0 ABŞ dolları
2710 11 900 0 Digər yüngül destilyatlar 1 ton üçün 1,0 ABŞ dolları
2710 19 150 0 Orta destilyatlar, proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa 1 ton üçün 1,0 ABŞ dolları
2710 19 510 0 2710 19 690 0; Maye yanacaq 1 ton üçün 1,0 ABŞ dolları
2710 19 710 0 Sürtkü yağları və digər yağlar; emalın spesifik prosesləri üçün 1 ton üçün 1,0 ABŞ dolları
2710 19 750 0 Sürtkü yağları və digər yağlar; proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 710 0 alt yarımmövqeyində göstərilənlərdən başqa 1 ton üçün 1,0 ABŞ dolları
2710 19 830 0 Hidravlik məqsədlər üçün mayelər 1 ton üçün 1,0 ABŞ dolları
2710 19 850 0 Şəffaf yağlar, vazelin yağı 1 ton üçün 1,0 ABŞ dolları
2710 19 870 0 Dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ 1 ton üçün 1,0 ABŞ dolları
2710 19 910 0 Metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları 1 ton üçün 1,0 ABŞ dolları
2710 19 990 0 Digər sürtkü yağları və digər yağlar 1 ton üçün 1,0 ABŞ dolları
2710 19 810 0 Mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı 1 ton üçün 60 ABŞ dolları
2710 19 930 0 Elektrik izolyasiya yağları 1 ton üçün 60 ABŞ dolları
2712 10 Neft vazelini 1 ton üçün 10 ABŞ dolları
2713 Neft koksu, neft bitumu və neftin və məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar 1 ton üçün 30 ABŞ dolları
2714 Təbii bitum və asfalt; bitumlu şistlər və ya şist yağları və bitumlu qumlar; asfaltitlər və asfalt süxurları 1 ton üçün 1,0 ABŞ dolları
2715 00 000 0 Təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların pekası əsasında bitumlu qarışıqlar (məsələn, bitumlu mastika, yol asfalt örtükləri) 1 ton üçün 1,0 ABŞ dolları


VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb