Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Regulation in Tajikistan

To be published soon.


Regulation in Kazakhstan

To be published soon.


Regulation in Azerbaijan

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında

Qərar  11

Bakı şəhəri, 31 yanvar 2005-ci il

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, daxili bazarın qorunması və «Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında» Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə» Azərbaycan Respublikasının Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasına gətirilən aşağıdakı mallar əlavə dəyər vergisindən azad olunur:
    1.1. birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün gətirilən əmlak;

    1.2. xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);

    1.3. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;

    1.4. texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədilə dövlətlərin hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;

    1.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna olmaqla fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan mallar;

    1.6. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar;

    1.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, «Giriş-Çıxış» avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar;

    1.8. qanunvericiliyə uyğun olaraq dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar;

    1.9. aksizli malların aksiz markalarının saxta olub-olmamasını yoxlamaq üçün xüsusi avadanlıqlar (əl detektorları və lampalar), Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən blanklar, onların tədbiqinə nəzarət və istifadəsi üçün müvafiq avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar.
2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə dəyər vergisindən azad olunan mallardan başqa Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı təsdiq edilsin (əlavə olunur).

3. «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamının 3.3-cü yarımbəndinə uyğun olaraq «Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı» təsdiq edilsiq (əlavə olunur).

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»nda əlavə və dəyişikliklərin edilməsinə yalnız sonrakı il üçün dövlət büdcəsinin layihəsi hazırlandığı dövrdə baxıla bilər.

5. Müəyyən edilsin ki, əlavə dəyər vergisindən azad olunan idxal edilən mallar təyinatı üzrə istifadə olunmadıqda, həmin mallar yenidən bəyan olunmalı və 10 gün müddətində əlavə dəyər vergisi ödənilməlidir. Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.

6. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 avqust 2000-ci il tarixli 138 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 oktyabr 2000-ci il tarixli 195 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli 22 nömrəli qərarının 10-cu bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 mart 2001-ci il tarixli 62 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 avqust 2001-ci il tarixli 138 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 aprel 2002-ci il tarixli 71 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişik edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 fevral 2003-cü il tarixli 32 nömrəli qərarının 1-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişiklər edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 may 2004-cü il tarixli 73 nömrəli qərarının 1-ci bəndi çıxarılsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı» təsdiq edilsin(əlavə olunur).

8. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ




Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli
11 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı

 XİF ƏN-ın kodu  Mal mövqelərinin adları
 Qrup 01-dən  
 0101 10 100 0  Safqanlı cins atlar
 0102 10 100 0  Cins iribuynuzlu heyvanlar
 0103 10 000 0  Cins donuz
 0104 10 100 0  Cins qoyun
 0104 20 100 0  Cins keçi
 0105 11 190 0  Ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələr
 Qrup 04-dən  
 0402 29 110 0  Xüsusi təyinatlı süd, südəmər uşaqlar üçün, netto çəkisi 500 q-dan çox olmayan germetik qabda, tərkibində 10 %-dən çox yağ olan
 0407 00 110 0;  Quş yumurtası Q yalnız inkubatorda yetişdirmə üçün
 0407 00 190 0  
 Qrup 05-dən  
 0510 00 000 0  Boz ənbər, qunduz ifrazatları, sivetta və muskus; şpanka; öd, o cümlədən quru öd; əczaçılıqda istifadə edilən vəzilər və heyvan mənşəli digər maddələr, təzə soyudulmuş, dondurulmuş və ya qısa müddətli saxlanma üçün başqa üsulla emal olunmuş
 0511 10 000 0  Öküz sperması
 0511 99 801 0  Barama qurdunun toxumu
 0511 99 802 0  Embrionlar
 Qrup 06-dan  
 0602 10  Köksüz qələmlər və peyvəndliklər
 0602 20  Ağaclar, kollar və kolluqlar, peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər
 0602 90 410 0  Meşə ağacları
 0602 90 450 0  Köklənmiş qələmələr və cavan bitkilər
 Qrup 07-dən  
 0701 10 000 1  Kartof- toxumluq, mövsümi olaraq yalnız oktyabr-noyabr, fevral-mart ayları üzrə
 0712 90 110 1  Qarğıdalı- toxumluq hibrid(mart-aprel-may və sentyabr-oktyabr-noyabr)
 0713 10 100 1  Noxud- səpin üçün (fevral-mart-aprel-may)
 0713 20 100 1  Lobya (Vigna spp, Phaseolus spp) - səpin üçün (fevral-mart-aprel-may)
 0713 31 100 1  Vigna mungo (L) Hepper və ya Vigna radiata (L) Wilczek növlərindən olan lobya, səpin üçün (fevral-mart-aprel-may)
 0713 32 100 1  xırda qırmızı lobya (adzuki) (Phaseolus və ya Vigna angularis), səpin üçün (fevral-mart-aprel-may)
 0713 33 100 1  adi lobya, ağ xırdadənəli lobya (Phaseolus Vulgaris) daxil olmaqla, səpin üçün (fevral-mart-aprel-may)
 0713 39 100 1  Digər lobya növləri- səpin üçün (fevral-mart-aprel-may)
 0713 40 100 1  Mərci- səpin üçün (fevral-mart-aprel-may)
 0713 50 100 1  İritoxumlu yem (at) paxlaları (Vicia faba var major) və xırdatoxumlu yem (at) paxlaları (Vicia faba var Equina, Vicia faba var minor), səpin üçün (fevral-mart-aprel-may)
 0713 90 100 1  
 Qrup 10-dan  
 1003 00 100 0  Arpa-toxumluq
 1004 00 000 0  Yulaf-toxumluq
 1005 10 110 0 - 1005 10 190 0  Qarğıdalı - toxumluq hibrid
 1006 10 100 1  Düyü- səpin üçün (yanvar-fevral- mart-aprel)
 1007 00 100 0  Kalış (darıya oxşar dənəli bitki) - səpin üçün hibridlər
 1008 30 000 0  Bülbülotu toxumu
 1008 90 100 0  Tritikale (çovdar-buğda hibridi) - əkin üçün
 Qrup 12  Yağlı və digər toxumlar, saman, furaj (1202; 1206; 1211; 121291 mal mövqeləri istisna olmaqla)
 Qrup 19-dan  
 1901 10 000 0  Uşaq qidası, pərakəndə satış üçün çəkilib bükülmüş
 Qrup 26-dan  
 2606 00000 0  Alüminium filizləri və konsentratları
 Qrup 27-dən  
 2701 11 100 0  Antrasit - uçucu maddələrinin çıxım həddi 10 kütlə %-dən çox olmayan (mineral maddələrsiz quru məhsula hesablanmada)
 2701 12 100 0  Kokslaşan kömür
 2701 20 000 0  Daş kömürdən alınmış bərk yanacağın briketləri, okatışları və analoji növləri
 2702  Liqnit (boz kömür), aqlomerasiya edilmiş və ya edilməmiş, qaqat (qara kəhrəba) istisna olmaqla:
 2709 00 900 0  Yalnız xam neft-tranzit-mübadilə (svop) əməliyyatları üzrə
 2710 11 210 0  Uayt-spirt
 2711 21 000 0  Təbii qaz
 2712 20  0,75 kütlə %-dən az yağ tərkibli parafin
 2716 00 000 0  Elektrik enerjisi
 Qrup 28-dən  
 2833 25 000 0  Mis sulfatı
 Qrup 29-dan  
 2902 19 990 0  Tsiklik karbohidrogenlər - digər məqsədlər üçün
 Qrup 30-dan  Əczaçılıq məhsulları (3005; 3006400000; 3006500000 mal mövqeləri istisna olmaqla)
 Qrup 31  Gübrələr
 Qrup 36-dan  
 3604 90 000 1  Fişənglər; siqnal raketləri, yağış raketləri, dumanaqarşı siqnallar və digər pirotexnika məmulatları - hərbi məqsədlər üçün
   
 Qrup 37-dən  
 3701 10 100 0  Tibbi, stomotoloji və ya baytarlıq məqsədləri üçün fotoplastinkalar
 3702 10 000 0  Rentgen fotoplyonkaları
 Qrup 38-dən  
 3808  İnsektisidlər, rodentisidlər, funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı və boyartımını tənzimləyən vasitələr, dezinfeksiyaedici və onlara anoloji vasitələr, pərakəndə satış üçün qablaşdırılmış, yaxud preparatlar və məmulatlar kimi təqdim edilmiş (məsələn, kükürdlə emal edilmiş lentlər, fitillər, şamlar, milçəklərə qarşı yapışqanlı kağız)
 Qrup 39-dan  
 3903 90  Digər polistirol
 3909 50  Poliuretanlar
 3920 30 000 0  Stirol polimerlərindən
 Qrup 40-dan  
 4011 92 000 0  Kənd təsərrüfatında və meşə təsərrüfatında istifadə edilən nəqliyyat vasitələri üçün təzə pnevmatik rezin şinlər
 Qrup 45  Mantar və ondan hazırlanan məmulatlar
 Qrup 47-dən  
 4701 00 - 4706  Oduncaqdan və ya digər lifli sellioza materiallarından kağız, karton kütlələri
 Qrup 48-dən  
 4801 00 000 0  Qəzet kağızı, rulonlarda və ya vərəq şəklində
 Qrup 49-dan  
 4901; 4902  Çap olunmuş kitab, qəzet və jurnallar
 4907 00  Poçt markaları, dövlət rüsumu markaları və ya anoloji markalar, vaxtlı (ödənilməmiş), nəzərdə tutulduğu ölkədə cari və ya yeni buraxılışı olan və qəbul nominal qiymətili və ya qiymətili olacaq markalar; gerbli kağızlar; çek kitabçaları; banknotlar; aksiyalar, istiqrazlar və analoji qiymətli kağız formaları
 Qrup 50-dən  
 5001 00 000 0  Barama qurdunun baraması, açılmaya yararlı
 Qrup 71-dən  
 7102  Emal olunmuş və ya olunmamış, lakin çərçivəyə salınmamış və bərkidilməmiş almazlar
 7110 21 000 0  Palladium - emal olunmamış və ya tozşəkilli
 7115 10 000 0  məftil torlar və ya platin şəbəkələr şəklində katalizatorlar
 Qrup 72-dən  
 7209 17 100 0;  Elektrotexniki poladdan
 7209 27 100 0;  
 7211 23 910 0  
 7214 99 610 0  Yalnız məişət soyuducularının istehsalı üçün gətirilən polad təbəqə
 Qrup 73-dən  
 7302  Qara metallardan hazırlanmış, dəmir yolu və ya tramvay xətlərində istifadə olunan məmulatlar: relslər, kontrrelslər və dişli relslər, ötürücü relslər, relslərin kip kəsişmə çarpazları, ötürücü ştanqlar və digər köndələn birləşmələr, şpallar, birləşdirici üstlük və altlıqlar, pazlar, dayaq plitələri, qarmaqlı rels boltları, yastıqlar və uzadıcılar, özüllər, köndələn tirlər və başqa detallar, relslərin birləşdirilməsi və bərkidilməsi üçün nəzərdə tutulanlar
 7308 10 000 0  Körpülər və körpü seksiyaları
 7308 40 900 0  Taxtabəndlər, dayaq divarları və ya şaxta bərkidiciləri üçün metal və tikinti ağaclarından avadanlıqlar
 7308 90 100 0  Suaşıranlar, şlüzlər, şlüz qapıları, debarkaderlər (sərnişin platformaları), stasionar doklar, dənizçilik və gəmiçilik üçün digər konstruksiyalar
 Qrup 74-dən  
 7401  Mis şteyni; sementasiya misi (çökdürülmüş mis)
 7402 00 000 0  Saflaşdırılmamış mis; elektrolitik saflaşdırma üçün mis anodlar
 7403  Saflaşdırılmış mis və emal olunmamış mis ərintiləri
 7404 00  Mis tullantıları və qırıntıları
 7405 00 000 0  Mis əsaslı liqaturlar
 7406  Mis tozları və pulcuqları
 7407  Mis çubuqlar və profillər
 7412  Borular və ya borucuqlar üçün mis fitinqlər (məsələn, mufta, dirsək, flans)
 Qrup 84-dən  
 8402110000  Saatda 45 tondan çox buxar istehsal edən su-borusu qazanları
 8404200000  Buxar-su və digər buxar güc qurğuları üçün kondensatorlar
 8404900000  Hissələri
 8406811000  Elektrik enerjisi istehsalı üçün su buxarı turbinləri
 8406819000  Digərləri
 8406909000  Stator kürəkləri, rotorlar və onların kürəkləri-digərləri
 8407109001  Mobil tipli elektrik stansiyaları və onları təşkil edən hissələr
 8410-8412  Hidroturbinlər, su təkərləri və onlar üçün tənzimləyicilər; turboreaktiv və turbovintli mühərriklər, digər qaz turbinləri; digər mühərriklər və güc qurğuları
 8413 30 100 0;  Daxiliyanma mühərrikləri üçün yanacaq, yağ və ya soyuducu mayelər üçün nasoslar; çarx qolu irəli-qeri prinsiplə işləyən digər tutumlu nasoslar; digər mərkəzdənqaçma nasoslar; tutumlu rotor nasosları - mülki aviasiya üçün
 8413 50 100 0 - 8413 70 990 0  
 8414 30 300 0  Soyuducu avadanlıqlarda istifadə olunan, gücü 0,4 kVt-dan çox olmayan kompressorlar
 8414 30 910 0  Soyuducu avadanlıqlarda istifadə olunan, gücü 0,4 kVt-dan çox olan germetik və ya yarımgermetik kompressorlar
 8414 80 100 0 - 8414 80 710 0  Turbo və rotorlu həcmli kompresorlar
 8417  Sənaye və ya laboratoriya peçi və qornı (kürə), zibilyandıran peçlər də daxil olmaqla, qeyri-elektrik
 8418 99 900 1  Məişət soyuducularında istifadə olunan buxarlandırıcı panellər
 8420  Kalandrlar və ya digər vallı (diyircəkli) maşınlar (metal və şüşə emalı üçün olan maşınlardan başqa); onlar üçün kiçik vallar
 8424 81 Q  Kənd təsərrüfatı və bağçılıq üçün suvarma qurğuları;daşınan qurğular; traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş toz paylayan və səpələyən qurğular; aşılama, fotorezistorun yuyulması və ya yarımkeçirici lövhələrin təmizlənməsi zamanı istifadə olunan çiləmə qurğuları; qalvanik ötüyü çəkilməzdən öncə metallik çıxıntıların təmizlənməsi üçün, yarımkeçirici priborların korpusuna quraşdırılan maşın
 8424 90 900 0  
 8429  Buldozerlər, dönməz və dönər kavahınlarla, qreyderlər və planirovşiklər, skreperlər, mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər, toxaclayıcı və yolbasan maşınlar, özügedən
 8430  Yerdəyişmə, planirovka, profilləmə, işlənmə, toxaclama, sıxlaşdırma, süxurun, faydalı qazıntıların eləcə də filizin çıxarılması və qazılması üçün digər maşın və mexanizmlər; dirəklərin vurularaq bastırılması və çıxarılması üçün avadanlıqlar; heyvan qüvvəsinə əsaslanan və rotorlu qartəmizləyicilər
 8432  Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün; qazon və ya idman meydançaları üçün katoklar
 8433  Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, presləyici-toplayıcılar, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər və qazonbiçənlər; 8437 mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya çıxdaş edilməsi üçün maşınlar
 8434  Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar
 8435  Preslər, xırdalayıcılar və şərabçılıq, sidr, meyvə şirələri və digər içkilərin istehsalı üçün analoji maşınlar
 8436  Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubator və bruderlər
 8437  Toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa
 8438  Yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya buxarlanmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa
 8445  Toxuculuq liflərinin hazırlanması üçün maşınlar; əyirici, eşici və ipliklərin hazırlanması üçün digər avadanlıqlar; baramasarıyan və ya sarıyıcı maşınlar (arğac ipliyi sarıyan daxil olmaqla) və 8446 və ya 8447 mal mövqelərində göstərilmiş maşınlarda istifadə üçün ipliyi hazırlayan maşınlar
 8446  Toxuculuq dəzgahları
 8447  Bafta sapı, tül, krujeva, tikmə, tesma və ya tor hörülmələri almaq üçün toxuyucu-tikici trikotaj maşınları və taftinqli maşınlar
 8448  8444, 8445, 8446 və ya 8447 mal mövqelərində göstərilmiş maşınlar üçün yardımçı avadanlıqlar (məsələn, remizaqaldırıcı kiçik karetlər, jakkard maşınları, avtomatik stopor mexanizmləri, məkiklərin dəyişdirilməsi üçün mexanizmlər); yalnız və əsasən 8444 8445, 8446 və ya 8447 mal mövqelərində göstərilmiş maşınlar üçün nəzərdə tutulmuş hissə və ləvazimatlar (məsələn, millər və roqulnik, iynəli qarnitur, daraqlar, filyerlər, məkiklər, remizalar və remiza çərçivələri, trikotaj iynələri)
 8449 00 000 0  Mahud, keçə və fetr (zərif keçə) tikə və ya forma üzrə toxunmamış materiallarının istehsalı və ya emalı üçün avadanlıqlar, fetr şlyapaları istehsalı üçün avadanlıqlar daxil edilməklə, şlyapa hazırlanması üçün qəliblər
 8475  Elektrik və ya elektron lampaların, elektron-şüa borularının və ya şüşə kolbalarda qazyüksüzləşmə lampaların yığılması üçün maşınlar; şüşə və şüşə məmulatlarının hazırlanması və ya isti emalı üçün maşınlar
 8482 20 000 0;  Diyircəkli konsuşəkilli podşipniklər, seperator və diyircəklərlə yığılmış daxili konusşəkilli halqa daxil edilməklə, digər podşipniklər, kombinə edilmiş gürəcikli-diyircəklilər daxil edilməklə Q yalnız metallurgiya sənayesinin texnoloji xətləri, lokomotivlər, vaqonlar və tramvaylar üçün gətirildikdə
 8482 80 000 0  
 Qrup 85-dən  
 8501 31 100 0  Mülki aviasiya üçün gücü 735 vt-dan artıq mühərriklər, sabit cərəyan generatorları
 8501 32 100 0  Mülki aviasiya üçün gücü 750 vt-dan yuxarı, lakin 75 kvt-dan çox olmayan mühərriklər və sabit cərəyan generatorları
 8501 33 100 0;  Mülki aviasiya üçün gücü 150 kvt-dan çox olmayan mühərriklər və generatorlar; digər çoxfazalı dəyişən cərəyan mühərrikləri
 8501 34;  
 8501 51 100 0;  
 8501 52 100 0  
 8502 11 100 0  Mülki aviasiya üçün gücü 75 kvt-dan çox olmayan, sıxılmadan alışan porşenli daxiliyanma mühərrikləri ilə elektrogenerator qurğuları (dizel və ya yarımdizellə)
 8502 20 100 0  Mülki aviasiya üçün qığılcımlı alışma ilə porşenli daxili yanma mühərrikli elektrogenerator qurğuları
 8502 39 100 0  Mülki aviasiya üçün digər elektrogenerator qurğuları
 8502 31 900 0  Küləkenerjili elektrik qurğuları
 8503 00  Yalnız və əsasən 8501 və ya 8502 mal mövqelərində göstərilmiş maşınlar üçün nəzərdə tutulmuş hissələr
 8504 23000 0  Gücü 10 000 kVA-dan yuxarı olan elektrik transformatorları
 8514  Sənaye və laboratoriya peç və kameraları (induksiya hadisəsi və ya dielektrik itkisi əsasında işləyənlər daxil olmaqla); induksiya hadisəsi və ya dielektrik itkisi üsulu ilə materialların termik emalı üçün sənaye və laboratoriya avadanlıqları
 8522 90 590 0  Elektron modullar
 8525 10 100 0  Mülki aviasiya üçün radioteleqraf və ya radiotelefon aparaturaları
 8525 20 100 0  Mülki aviasiya üçün radioteleqraf və ya radiotelefon aparaturaları
 8525 30 100 0  Televiziya kameraları, üç və ya daha artıq ötürücü trubkalarla
 8526  Radiolokasiya, radionaviqasiya aparaturası və distansion idarə olunan radio aparaturalar
 8531 10 100 0;  Mülki aviasiya üçün yanğın təhlükəsizliyi və ya mühafizənin təmin edilməsi üçün siqnalizasiya qurğuları və analoji qurğular; İndikator panelləri, özündə maye kristallarda cihazlar və ya işıq diodları olan digər qurğular
 8531 20 100 0;  
 8531 80 100 0  
 8532  Sabit, dəyişən və tənzimlənən (uyğunlaşdırılan) elektrik kondensatorları
 8537  Elektrik cərəyanının idarəsi və ya bölüşdürülməsi üçün 8535 və 8536 mal mövqelərinin iki və ya daha artıq qurğusu ilə təchiz olunmuş, tərkibinə 8517 mal mövqeyinin kommutasiya qurğularından başqa, 90-cı qrupun cihaz və qurğularını və rəqəmli idarə aparatlarını alan pultlar, panellər, konsollar, stollar, bölüşdürücü şitlər və digər elektrik aparatları üçün altlıqlar
 8538  Yalnız və ya əsasən 8535, 8536 və ya 8537 mal mövqelərindəki aparaturalar üçün nəzərdə tutulmuş hissələr
 8539 90 100 0  Lampaların sokolları
 Qrup 86  Dəmiryol lokomotivləri və ya mühərrikli tramvay vaqonları, dəmiryol nəqliyyat vasitələri və onların hissələri; dəmiryol və tramvay xətləri üçün yol avadanlıqları və qurğuları, onların hissələri; mexaniki (elektromexaniki daxil olmaqla) sinqal avadanlıqlarının bütün növləri
 Qrup 87-dən  
 8701  Traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa)
 8703 21 109 1;  Yalnız yol təhlükəsizliyini təmin etmək üçün idxal olunan xüsusi təyinatlı patrul-keşik avtomobilləri (zavod buraxılış tarixindən 1 ilə qədər ötən, istismar olunmamış avtomobillər)
 8703 22 199 1;  
 8703 23 191 1;  
 8703 23 192 1;  
 8703 24 109 1;  
 8703 31 109 1;  
 8703 32 199 1;  
 8703 33 199 1  
 8703 23 199 0  Məxsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər
 8705  Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri, sərnişin və ya yükdaşınması üçün istifadə olunanlardan başqa (məsələn, qəza-yük avtomobilləri, avtokranlar, yanğınsöndürən nəqliyyat vasitələri, avtobetonqarışdırıcılar, yolların təmizlənməsi üçün avtomobillər, çiləyici-yuyucu maşınlar, avtoemalatxanalar, rentgen qurğuları ilə olan avtomobillər)
 8706 00  8701-8705 mal mövqelərində təsnif edilən motor nəqliyyat vasitələri üçün mühərrikli şassilər (8706009100 mal mövqeyi istisna olmaqla)
 8707 90 100 0  Sənaye yığılması üçün nəzərdə tutulmuş: yanaşı gedən sürücü ilə idarə olunan və 8701 10 000 0 alt yarımmövqeyində göstərilən traktorların; 8704 mal mövqeyində göstərilmiş, mühərrikinin silindrinin işlək hissəsinin həcmi 2500 sm3-dən çox olmayan, sıxılma ilə alışan, porşenli daxiliyanma mühərrikləri (dizel və ya yarımdizel), yaxud mühərrikinin silindrinin işlək hissəsinin həcmi 2800 sm3-dən çox olmayan, qığılcım ilə alışan, porşenli daxiliyanma mühərrikləri ilə təchiz olunmuş nəqliyyat vasitələrinin; 8705 mal mövqeyində göstərilmiş xüsusi təyinatlı, mühərrikli nəqliyyat vasitələrinin kuzovları (kabinə daxil edilməklə)
 8707-8708  Ehtiyat hissələri (yalnız 8701 - traktorlar üçün)
 8709 Q  Özüyeriyən, qaldırıcı və yükləmə qurğuları ilə təchiz olunmamış, zavodlarda, anbarlarda, limanlarda və təyyarə limanlarında yükləri qısa məsafələrə daşımaq üçün sənayə təyinatlı nəqliyyat vasitələri; dəmiryol platformalarında istifadə olunan traktorlar; yuxarıda göstərilmiş nəqliyyat vasitələrinin hissələri; Tanklar və başqa özüyeriyən zirehli döyüş maşınları, silahla və ya silahsız və onların hissələri
 8710 00 000 0  
 8711  Yalnız yol polisi üçün xüsusi təchiz edilmiş motosikllər (zavod buraxılış tarixindən 1 ilə qədər ötən, istismar olunmamış motosikllər)
 8713  Əlil arabaları, mühərrik və ya başqa hərəkət mexanizmləri ilə təchiz olunmuş və ya olunmamış
   
 8714 20 000 0  Əlil arabaları üçün hissələr və ləvazimatlar
 8716 20 000 0  Kənd təsərrüfatı üçün özüyüklənən və ya özüboşalan yedəklər və yarımyedəklər
 8716 39 100 0  Xüsusi olaraq yüksək radioaktiv materialların daşınması üçün nəzərdə tutulmuş
 Qrup 88  Uçuş aparatları, kosmik aparatlar və onların hissələri
 Qrup 89-dan  
 8901-8902 00  Kruiz, ekskursiya sərnişin gəmiləri, bərələr, yük gəmiləri, barjalar və sərnişin və yüklərin daşınması üçün analoji üzən vasitələr; Balıqçılıq gəmiləri; balıq məhsullarının konservləşdirilməsi və emalı üçün üzən bazalar və başqa üzən gəmilər
 8904 00  Yedəklər (buksir) və gəmi itələyənlər
 8905  Üzən mayaklar, yanğın gəmiləri, torpaqazan, üzən kranlar və əsas funksiyası ilə müqayisədə gəmiçilik xüsusiyyətləri ikinci dərəcəli olan başqa gəmilər; üzən tərsanə; üzən və ya su altında işləyən qazma və ya istismar platformaları
 8906  Başqa gəmilər, hərbi gəmilər və xilasetmə gəmiləri daxil olmaqla, avarlı qayıqlardan başqa
 8907  Digər üzən konstruksiyalar (məsələn, sallar, üzən çənlər, kessonlar, debarkaderlər, buylar və bakenlər
 8908 000 00 0  Sökülmə üçün nəzərdə tutulmuş gəmilər və digər üzən konstruksiyalar
 Qrup 90-dan  
 9001  Optik liflər və lifli-optik jqutlar; lifli-optik kabellər (8544 mal mövqeyində göstərilənlərdən başqa); polyarlaşma materiallarından təbəqələr və lövhələr; linzalar (kontakt linzaları daxil olmaqla), prizmalar, güzgülər və istənilən materialdan digər optik elementlər, yerinə qoyulmamış, optik emal olunmamış şüşədən olan analoji elementlərdən başqa
   
 9002 90 100 0  Mülki aviasiya üçün alət və cihazların hissələri olan istənilən materialdan yığma halında linzalar, prizmalar, eynəklər və digər optik elementlər
 9010 41 000 0  Şəkilin bilavasitə yarımkeçirici lövhələrin üzərində əks edilməsi üçün aparatura
 9011  Mürəkkəb optik mikroskoplar, mikrofotoçəkiliş, mikrokinoçəkiliş və mikroproyeksiyalama üçün mikroskoplar daxil olmaqla
 9012  Mikroskoplar, optiklərdən başqa; difraksiya aparatları
 9013  Maye kristallarla olan qurğular, başqa mal mövqelərində daha dəqiq təsvir olunmuş məmulatlardan başqa; lazerlər, lazer diodlarından başqa; digər optik cihaz və alətlər, bu qrupun başqa yerində adı çəkilməyən və təsnif olunmayan
 9014 20  Aeronaviqasiya və ya kosmos naviqasiya üçün cihaz və alətlər (kompasdan başqa)
 9015  Geodezik və ya topoqrafik (fotoqrammetrik cihazlar daxil olmaqla), hidroqrafik, okeanoqrafik, hidroloji, meteoroloji və ya geofiziki alətlər, kompaslardan başqa; məsafəölçənlər
 9018 Q 9019  Tibbi, cərrahi, stomatoloji və ya baytarlıq alət və cihazları, ssintiqrafik aparatlar, digər tibbi elektrik aparatları, digərləri və görməni müayinə etmək üçün cihazlar daxil edilməklə; Mexanoterapiya üçün aparatlar; masaj aparatları; bacarığı müəyyənləşdirmək üçün psixoloji test aparatları; ozon, oksigen və aerozol müalicələri, süni tənəffüs və ya digər tənəffüs müalicəsi aparatları
 9021 10  Ortopedik və ya sınıqların müalicəsi üçün qurğular
 9021 31 000 0 - 9021 90 900 0  Süni bədən hissələri; süni oynaqlar; göz protezləri; eşitmə aparatları; kardiostimulyatorlar və onların hissə və ləvazimatları
 9022  Rentgen, alfa-, beta-, qamma-şüalanmalarının təsirinə əsaslanan, tibbi, cərrahi, stomatoloji və baytarlıq müalicələrində istifadə üçün nəzərdə tutulmuş və ya tutulmamış aparatlar, rentgenoqrafik və radioterapevtik müayinə aparatları, rentgen trubkaları və digər rentgen şüaları generatorları, yüksək gərginlik generatorları, idarə pultları və lövhələri, ekranlar, stollar, kreslolar və müayinə və ya müalicə üçün analoji məmulatlar daxil edilməklə
 9023 00  Nümayiş məqsədləri üçün istifadə olunan cihaz, aparat və modellər (məsələn, tədrisdə və ya nümayiş etdirilmək üçün), başqa istifadələr üçün yararsız olan
 9024  Materialların bərkliyini, möhkəmliyini, sıxılmasını, elastikliyini və digər mexaniki xüsusiyyətlərini sınaqdan keçirmək üçün maşın və cihazlar (məsələn, metalların, oduncaqların, tekstil materialların, kağızların, plastik kütlənin)
 9025  Areometrlər və mayeyə batırıldıqda işləyən analoji cihazlar, termometrlər, pirometrlər, barometrlər, hiqrometrlər və psixrometrlər, yazıcı (qeydedici) qurğularla və ya yazıcı qurğularsız və bu cihazların biri-biri ilə istənilən birləşmələri
 9026  Maye və qazların məsrəfinin, səviyyəsinin, təzyiqinin və digər dəyişən səciyyələrinin ölçülməsi və onlara nəzarət üçün cihaz və aparatlar (məsələn, məsrəfölçənlər, səviyyə göstəriciləri, manometrlər, istilikölçənlər), 9014, 9015, 9028 və 9032 mal mövqelərində göstərilən cihaz və ya aparaturadan başqa
 9027  Fiziki və kimyəvi analiz üçün cihaz və aparatura (məsələn, polyarimetrlər, refraktometrlər, spektrometrlər, qaz və tüstü analizatorları); özlülüyün, məsaməliliyin, genişlənmənin, səthi gərilmənin ölçülməsi və onlara nəzarət üçün və ya cihaz və aparatura (eksponometrlər daxil edilməklə); mikrotomlar
 9028  Qazın, mayelərin və ya elektrik enerjisinin verilməsi və ya istehsalının sayğacları, kalibrləyicilər daxil olmaqla
 9029  Dövrlərin sayı və məhsulun miqdarının sayğacları, taksometrlər, milllə ölçən sayğaclar, addımölçənlər və analoji cihazlar; spidometrlər və taxometrlər, 9014 və ya 9015 mal mövqelərində göstərilənlərdən başqa; stroboskoplar
 9030  Ossilloskoplar, spektr analizatorları, elektrik vahidlərinə nəzarət və onun ölçülməsi üçün digər cihaz və aparatura, 9028 mal mövqeyində göstərilmiş ölçü cihazlarından başqa; alfa-, beta-, qamma-rentgen, kosmik və digər ionlaşdırıcı şüaların aşkar edilməsi və ya ölçülməsi üçün cihaz və aparatura
 9031 80 100 0  Mülki aviasiya üçün ölçü cihazları
 9031 80 990 1  Buxar turbinləri üçün ölçü və nəzarət cihazları, qurğuları və ya maşınları
 9031 90 800 1  Buxar turbinləri üçün ölçü və nəzarət cihazlarının, qurğularının və ya maşınlarının hissələri və ləvazimatları
 9032 89 900 1  Buxar turbinləri üçün avtomatlaşdırılmış tənzimləmə və idarəetmə cihazları və aparatları
 9032 90 900 1  Buxar turbinləri üçün avtomatlaşdırılmış tənzimləmə və idarəetmə cihazlarının və aparatlarının hissələri və ləvazimatları
 9032 10 100 0;  Mülki aviasiya üçün avtomatik tənzimlənmə və idarə üçün cihaz və aparatlar;termostatlar, manostatlar, hidravlik və pnevmatik aparatlar; onların hissələri və ləvazimatları
 9032 20 100 0;  
 9032 81 100 0;  
 9032 89 100 0;  
 9032 90 100 0  
 Qrup 93-dən  
 9301  Hərbi silah növləri (revolver, tapança və 9307 mal mövqeyindəki silahlardan başqa)
 9302 00  Revolverlər və tapançalar (9303 və 9304 mal mövqelərində təsnif edilənlərdən başqa)
 9305  9301-9304 mal mövqelərində təsnif edilən məmulatların hissə və ləvazimatları
 9306  Bombalar, qumbaralar, torpedalar, minalar, raketlər və döyüş aparılması üçün analoji vasitələr və onların hissələri; patronlar, digər döyüş sursatları, mərmilər və onların hissələri, patronlar üçün qırmalar və sıxılar daxil edilməklə
 Qrup 97  İncəsənət əsərləri, kolleksiya əşyaları və antikvariat

Qeyd:
    1. Əlavə dəyər vergisindən azad olunan mallar xarici iqtisadi fəaliyyətdəki nomenklatur üzrə kodlarla müəyyən edilir.

    2. Bu siyahıda 84-cü və 85-ci mal qruplarında göstərilən avadanlıqlar, texnologiya xətləri, qurğular, maşınlar və mexanizmlərin istehsal-buraxılış tarixindən 2 ildən artıq vaxt ötdüyü təqdirdə əlavə dəyər vergisinə cəlb olunur.



Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli
11 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı

 XİF ƏN-ın kodu  Mal mövqelərinin adları
 8424 81  -- kənd təsərrüfatı və bağçılıq üçün:
 8424 81 100 0  --- suvarma qurğuları
   --- digərləri:
 8424 81 300 0  ---- daşınan qurğular
   ---- digərləri:
 8424 81 910 0  ----- traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş toz paylayan və səpələyən qurğular
 8424 81 990 0  ----- digərləri
 8428 20 300 0  --- xüsusi olaraq kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş, pnevmatik qaldırıcı və konveyerlər
 8428 90 710 0  ----- kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular
 8429  Buldozerlər, dönməz və dönər kavahınlarla, qreyderlər və planirovşiklər, skreperlər, mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər, toxaclayıcı və yolbasan maşınlar, özügedən:
   - buldozerlər, dönməz və dönər kavahınlarla:
 8429 11 00  -- tırtıllı:
 8429 11 001 0  --- gücü 250 a.g (at gücü)-dən çox
 8429 11 002 0  --- gücü 400 a.g və çox,-50 0C və aşağı hava tempraturlarında işləmək üçün nəzərədə tutulan
 8429 11 009 0  --- digərləri
 8429 19 000 0  -- digərləri
 8429 20 00  - qreyderlər və planirovşiklər:
 8429 20 001 0  -- qreyderlər gücü 350 a.g və çox
 8429 20 009 0  -- digərləri
 8429 30 000 0  - skreperlər
 8429 40 900 0  -- toxaclayıcı maşınlar
   - mexaniki kürəklər, ekskavatorlar və birçalovlu yükləyicilər:
 8429 51  -- frontal birçalovlu yükləyicilər:
 8429 51 100 0  --- yeraltı işlər üçün xüsusi hazırlanmış yükləyicilər
   --- digərləri:
 8429 51 910 0  ---- birçalovlu tırtıllı yükləyicilər
 8429 51 990 0  ---- digərləri
 8429 52  -- tamdönər maşınlar:
 8429 52 100 0  --- tırtıllı ekskavatorlar
 8429 52 900 0  --- digərləri
 8429 59 000 0  -- digərləri
 8432  Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün; qazon və ya idman meydançaları üçün katoklar:
 8432 10  - kotanlar:
 8432 10 100 0  -- gavahınlı
 8432 10 900 0  -- digərləri
   - dırmıxlar, kətmənlər, kultivatorlar, alaqaparan, kərkilər:
 8432 21 000 0  -- diskli dırmıxlar
 8432 29  -- digərləri:
 8432 29 100 0  --- kətmənlər və kultivatorlar
 8432 29 300 0  --- dırmıxlar
 8432 29 500 0  --- torpaq frezləri
 8432 29 900 0  --- digərləri
 8432 30  - toxumsəpən, əkən və şitilbasdıran maşınlar:
   -- toxumsəpən:
 8432 30 110 0  --- mərkəzi ötürücüsü olan dəqiq səpin aparan toxumsəpən
 8432 30 190 0  --- digərləri
 8432 30 900 0  -- əkən və şitilbasdıran maşınlar
 8432 40  - üzvi və mineral gübrə səpələyiciləri və paylayıcıları:
 8432 40 100 0  -- mineral və ya kimyəvi gübrələrin paylanması üçün
 8432 40 900 0  -- digərləri
 8432 80 000 0  - digər maşın
 8432 90 000 0  - hissələri
 8433  Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, presləyici-toplayıcılar, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər və qazonbiçənlər; 8437 mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya çıxdaş edilməsi üçün maşınlar:
   - qazonlar, parklar və ya idman meydançaları üçün otkəsən maşınlar:
 8433 11  -- motorlu, horizontal səth üzərində fırlanan kəsici hissə ilə:
 8433 11 100 0  --- elektriklə işləyən
   --- digərləri:
   ---- özügedən:
 8433 11 510 0  ----- oturacaqlı
 8433 11 590 0  ----- digərləri
 8433 11 900 0  ---- digərləri
 8433 19  -- digərləri:
   --- mühərrikli:
 8433 19 100 0  ---- elektriklə işləyən
   ---- digərləri:
   ----- özügedən:
 8433 19 510 0  ------ oturacaqlı
 8433 19 590 0  ------ digərləri
 8433 19 700 0  ----- digərləri
 8433 19 900 0  --- mühərriksiz
 8433 20  - otbiçənlər, traktorlara bərkidilənlər daxil olmaqla, digərləri:
 8433 20 100 0  -- mühərriklə
   -- digərləri:
   --- traktor üçün, asma və ya yedəkli:
 8433 20 510 0  ---- horizontal səth üzərində fırlanan kəsici hissə ilə
 8433 20 590 0  ---- digərləri
 8433 20 900 0  --- digərləri
 8433 30  - küləş tədarükü üçün digər maşınlar:
 8433 30 100 0  -- otçevirən, yan dırmıqlı və samanqarışdıranlar
 8433 30 900 0  -- digərləri
 8433 40  - küləş və samandan kipbağlayan preslər, presləyici-yığıcılar daxil olmaqla:
 8433 40 100 0  -- presləyici-yığıcılar
 8433 40 900 0  -- digərləri
   - məhsul yığımı üçün digər maşınlar; taxıldöyən maşın və mexanizmlər:
 8433 51 000 0  -- taxılyığan kombaynlar
 8433 52 000 0  -- digər taxıldöyən maşın və mexanizmlər
 8433 53  -- köklərin və ya meyvəkökllülərin yığılması üçün maşınlar:
 8433 53 100 0  --- kartofqazıyan və kartofyığan maşınlar
 8433 53 300 0  --- çuğundurun tağını kəsən maşınlar və çuğundur yığan maşınlar
 8433 53 900 0  --- digərləri
 8433 59  -- digərləri:
   --- silosyığan kombaynlar:
 8433 59 110 0  ---- özügedən
 8433 59 190 0  ---- digərləri
 8433 59 300 0  --- üzümyığan kombaynlar
 8433 59 800 0  --- digərləri
 8433 60 000 0  - yumurta, meyvə və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar
 8433 90 000 0  - hissələri
 8434  Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar:
 8434 10 000 0  - sağıcı qurğu və aparatları
 8434 20 000 0  - südün emalı və təkrar emalı üçün avadanlıqlar
 8434 90 000 0  - hissələri
 8435  Preslər, xırdalayıcılar və şərabçılıq, sidr, meyvə şirələri və digər içkilərin istehsalı üçün analoji maşınlar:
 8435 10 000 0  - avadanlıqlar
 8435 90 000 0  - hissələr
 8436  Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər:
 8436 10 000 0  - heyvan yemi hazırlanması üçün maşın və mexanizmlər
   - quşçuluq üçün avadanlıqlar; inkubatorlar və bruderlər:
 8436 21 000 0  -- inkubatorlar və bruderlər
 8436 29 000 0  -- digərləri
 8436 80  - digər avadanlıqlar:
 8436 80 100 0  -- meşə təsərrüfatı üçün maşın və avadanlıqlar
   -- digərləri:
 8436 80 910 0  --- avtomişarlar
 8436 80 990 0  --- digərləri
   - hissələr:
 8436 91 000 0  -- quşçuluq və ya inkubatorlar və bruderlər üçün avadanlıqlar
 8436 99 000 0  -- digərləri
 8437  Toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa:
 8437 10 000 0  - toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar
 8437 80 000 0  - digər avadanlıqlar
 8437 90 000 0  - hissələri
 8438  Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya buxarlanmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa:
 8438 10  - çörək-bulka məmulatları, makaron, spagetti və ya analoji məmulatların hazırlanması üçün avadanlıqlar:
 8438 10 100 0  -- çörək-bulka məmulatlarının istehsalı üçün avadanlıqlar
 8438 10 900 0  -- makaron, spagetti və ya analoji məhsulların istehsalı üçün avadanlıqlar
 8438 20 000 0  - qənnadı sənayesi, kakao tozu və ya şokolad istehsalı üçün avadanlıqlar
 8438 30 000 0  - şəkər sənayesi üçün avadanlıqlar
 8438 40 000 0  - pivəbişirmə sənayesi üçün avadanlıqlar
 8438 50 000 0  - ət və quş emalı üçün avadanlıqlar
 8438 60 000 0  - meyvə, qoz-fındıq və ya tərəvəz emalı üçün avadanlıqlar
 8438 80  - digər avadanlıqlar:
 8438 80 100 0  -- çay və kofe emalı üçün
   -- digərləri:
 8438 80 910 0  --- içki hazırlanması və ya istehsalı üçün
 8438 80 990 0  --- digərləri
 8438 90 000 0  - hissələr
 8701  Traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa):
 8701 10 000 0  - yanaşı gedən sürücü tərəfindən idarə olunan traktorlar
 8701 20  - yarımqoşqular üçün təkərli traktorlar:
 8701 20 10  -- təzələri:
 8701 20 101 0  --- yəhərli dartıclar
 8701 20 109 0  --- digərləri
 8701 20 90  -- istismar olunmuş:
 8701 20 901 0  --- yəhərli dartıclar
 8701 20 909 0  --- digərləri
 8701 30  - tırtıllı traktorlar:
 8701 30 100 0  -- xizək trassları çəkmək üçün
 8701 30 900 0  -- digərləri
 8701 90  - digərləri:
   -- kənd təsərrüfatı işləri üçün traktorlar (yanaşı gedən sürücü tərəfindən idarə olunan traktorlardan başqa) və meşə təsərrüfatı üçün traktorlar, təkərli:
   --- təzələri, mühərrikinin gücü:
 8701 90 110 0  ---- 18 kVt-dan çox olmayan
 8701 90 200 0  ---- 18 kVt-dan yuxarı, lakin 37 kVt-dan çox olmayan
 8701 90 250 0  ---- 37 kVt-dan yuxarı, lakin 59 kVt-dan çox olmayan
 8701 90 310 0  ---- 59 kVt-dan yuxarı, lakin 75 kVt-dan çox olmayan
 8701 90 350 0  ---- 75 kVt-dan yuxarı, lakin 90 kVt-dan çox olmayan
 8701 90 390 0  ---- 90 kVt-dan yuxarı
 8701 90 500 0  --- istismar olunmuş
 8701 90 900 0  -- digərləri



Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli
11 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının
S İ Y A H I S I

  • Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 13 iyul 2000-ci il 124 nömrəli qərarı (4-cü bəndi istisna olunmaqla).
  • «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2000-ci il 124 nömrəli qərarına əlavələr və dəyişiklər edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 may 2001-ci il tarixli 101 nömrəli qərarı.
  • «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2000-ci il 124 nömrəli qərarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2002-ci il tarixli 6 nömrəli qərarı.
  • «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2000-ci il 124 nömrəli qərarına dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 iyun 2002-ci il tarixli 95 nömrəli qərarı.
  • «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2000-ci il 124 nömrəli qərarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 2003-cü il tarixli 6 nömrəli qərarı.
  • «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2000-ci il 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 dekabr 2003-cü il tarixli 155 nömrəli qərarı.
  • «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2000-ci il 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 dekabr 2003-cü il tarixli 155 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2003-cü il tarixli 163 nömrəli qərarı.
  • «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2000-ci il 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 mart 2004-cü il tarixli 36 nömrəli qərarı.
  • «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2000-ci il 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2004-cü il tarixli 66 nömrəli qərarı.
  • «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2000-ci il 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 avqust 2004-cü il tarixli 107 nömrəli qərarı.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb