Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə daxil olması və bu ərazidən sərnişin və yük daşınması üçün istifadə etməsinə görə yol vergilərinin hesablanıb tutulması haqqında

1. Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin hesablanıb alınması Azərbaycan Respublikası Vergi Məcəlləsinin XV fəslinə və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 03 dekabr 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 209,210, 211 və 212 ci maddələriinə uyğun olaraq tənzimlənir.

2. Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisinə daxil olan avtonəqliyyat vasitələri vergitutma obyektidir və bu nəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və qeyri-rezident fiziki şəxslər (və ya onların adından həmin nəqliyyat vasitələrini idarə edən hər hansı digər şəxslər) yol vergisinin ödəyiciləridir.

YOL VERGİSİNİN DƏRƏCƏLƏR ÜZRƏ
HESABLANMASI

1. Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisinə daxil olan avtonəqliyyat vasitələrindən yol vergiləri nəqliyyat vasitələrinin növündən, o cümlədən avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, yük maşınları üçün oxların sayından, yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən və yüklərin təhlükəlilik dərəcəsindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq aşağıdakı dərəcələrlə hesablanır:

2. Minik avtomobillərindən 15 ABŞ dolları.

3. Avtobuslar üçün (ABŞ dolları):
oturacaq yerlərinin sayı: Ölkə ərazisində qaldığı müddət
1 gün üçün 1 həftəyə-dək 1 aya qədər 3 aya qədər 1 ilə qədər
1-12 olduqda 15 30 100 300 1050
13-30 olduqda 20 40 140 400 1400
31 və daha çox 25 50 175 500 1750

4. Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrindən (bundan sonra yük avtomobilləri) avtonəqliyyat vasitələrinin oxlarının sayından və Azərbaycan Respublikası ərazisində qaldığı müddətdən asılı olaraq (ABŞ dolları ilə)

Oxların sayı Ölkə ərazisində qaldığı müddət
1 gün üçün 2 həftəyə-dək 1 aya qədər 3 aya qədər 1 ilə qədər
4 (dörd)oxa qədər 20 40 140 400 1400
4(dörd)ox və çox olanda 30 80 280 800 2800


5. Verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə daşınan yüklərə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometrinə görə nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:

37 tondan 41 tonadək olduqda 0,15 ABŞ dolları;
41 tondan 51 tonadək olduqda 0,30 ABŞ dolları;
51 tondan 61 tonadək olduqda 0,45 ABŞ dolları;
61 tondan 71 tonadək olduqda 0,50 ABŞ dolları;
71 tondan 81 tonadək olduqda 0,75 ABŞ dolları;
81 tondan çox olduqda 1,8 ABŞ dolları qədər artırılır:


6. Tətbiq olunan verginin məbləği xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisindən istifadə edən avtonəqliyyat vasitələri ilə daşınan yüklərin təhlükəlilik dərəcəsindən asılı olaraq 4-cü bənddə göstərilmiş formada:

az təhlükəli yüklər üçün 100 faiz;
təhlükəli yüklər üçün 200 faiz;
xüsusi təhlükəli yüklər üçün isə 400 faiz artırılır.


Yüklərin təhlükəlilik dərəcəsi 18 iyul 2000-ci il tarixli 913- İQ saylı Azərbaycan Respublikasının qanununa uyğun olaraq 30 sentyabr 1957- ci il il tarixdə Cenevrə şəhərində imzalanmış « Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında Avropa Sazişi (DOPOQ)» ilə müəyyən olunur.

7. Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş xarici dövlətlərin avtonəqliyyat vasitələri müəyyən edilmiş müddət ərzində həmin ərazini tərk etmədikdə əlavə qaldıqları günlər üçün verginin məbləği həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasından çıxan zaman alınır.


YOL VERGİSİNİN TUTULMASI VƏ
RƏSMİLƏŞDİRİLMƏSİ

1. Yol vergisinin düzgün hesablanması, tutulması və vaxtında dövlət büdcəsinə köçürülməsi üçün xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sürücülərindən aşağıdakı sənədlər tələb olunur:
  • Avtonəqliyyat vasitəsinin texniki pasportu.
  • İnvoys.
  • Yol nəqliyyat sənədi.
  • Yükün mənşə sertifikatı.
  • Yükün keyfiyyət sertifikatı.
Sənədlər alındıqdan sonra avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qalma müddəti həmin avtonəqliyyat vasitəsinin sahibi və ya onun adından sürücüsü tərəfindən müəyyən edilir. Avtonəqliyyat vasitəsi və yük barəsində bütün məlumatlar, yəni sürücünün adı və familiyası, nəqliyyat vasitəsinin mənsub olduğu ölkə, markası, dövlət nişan nömrəsi, oxlarının sayı, yüklə birlikdə ümumi çəkisi, yükün adı,yükün XİF-in mal namenkulaturasına uyğun kodu, yükü göndərən ölkə, yükü qəbul edən ölkə, yükün təhlükəlilik dərəcəsi, ağır çəki ilə qət edəcəyi yol, Azərbaycan Respublikası ərazisində qalma müddəti kompüterə daxil edilir və verginin məbləği hesablanıb alınır. Verginin alınması barədə qəbz şöbənin (bölmənin) nömrəli ştampı ilə təsdiq edilərək sürücüyə təqdim edilir.
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
     2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb